Aqoqe (yun. ἀγωγή — Spartada oğlanların təlim-tərbiyə sistemi.
Sparta tərbiyə sistemi- Lakonika əkinçilik ölkəsi idi. Əsas yeri qul əməyi tuturdu. Qullar amansızcasına istismar edildiklərindən, bəzən üsyan edir, öz sahibkarlarına divan tuturdular. Qədim yunan mütəfəkkiri Aristotelə görə, Sparta vətəndaşlarının tərbiyəsində daha çox hərbi icma üzvləri hazırlamaq məqsədi güdülürdü. Burada vəzifə möhkəm və davamlı hərbiçilər, gələcək quldarlar yetişdirmək idi. Ona görə də quldar övladlarının fiziki cəhətdən sağlam olmasına ciddi fikir verilirdi. 7 yaşa qədər spartalılar ailədə məşhur dayələrin himayəsində tərbiyə alırdılar. Sonra elə bir vaxt gəldi ki, dövlət böyüməkdə olan nəslin tərbiyə və təlimini öz üzərinə götürdü. Belə tərbiyənin müddəti çox böyük idi və üç mərhələni əhatə edirdi: 1) 7 yaşdan 14 yaşadək; 2) 14 yaşdan 20 yaşadək; 3) 20 yaşdan 30 yaşadək. Dövlət tərbiyə müəssisəsi olan məktəbə aqellam deyilirdi. Bu məktəblərin rəhbərliyinə hakimiyyətə məlum olan adamlar təyin olunurdular ki, onlara da pedanom deyilirdi. I mərhələdə uşaqlar pedaqnomun rəhbərliyi altında olurdular. Onlar birlikdə yaşayır, oxuyur, minimum oxu və yazı vərdişlərinə yiyələnirdilər. 14 yaşlı oğlanları eyrenə-müəyyən vətəndaşlıq hüququna malik icma üzvlüyünə qəbul edirdilər. Bu zaman yeniyetmələr sərt fiziki cəza tədbirlərinə dözməli olurdular. Tərbiyənin II mərhələsində uşaqların savad təliminə musiqi və nəğmə əlavə edilirdi. 18–20 yaşlarında hərbi və mülki xidmət məktəbi sayılan xüsusi düşərgələrdə-efebiyalarda biliklərini və fiziki hazırlıqlarını təkmilləşdirirdilər. Gənclərin əxlaqi və siyasi tərbiyəsi dövlət başçılarının bilavasitə onlarla söhbətləri zamanı həyata keçirilirdi. Uşaqların tərbiyəsindəki mühüm məsələlərdən biri onların tikanlı, lakin zərif formada və bir neçə sözdə çox şeyi ifadə etməyə qabil olan nitqə yiyələnmələri idi. Yeniyetmələrə cavablarında dəqiq və müxtəsər olmaq öyrədilirdi ki, buna "Lakonik nitq" deyilirdi. Spartalı qızların tərbiyəsi kişilərinkilərdən az fərqli idi. Onların da hərbi-fiziki tərbiyəsinə diqqət yetirilirdi. Bu ondan irəli gəlirdi ki, kişilər müharibədə olduğu zaman, qulların üsyanı baş verdikdə qadınlar daxili asayişi qorumalı və qulları silah gücünə itaətdə saxlamalı idilər.
Tarix haqqında olan bu məqalə bu məqalə qaralama halındadır. Məqaləni redaktə edərək Vikipediyanı zənginləşdirin. |