Spec Ops (seriya) |
---|
Spec Ops — taktiki atıcı videooyunlar seriyası. İlk iki oyun "Zombie Studios" tərəfindən istehsal edilmiş, "Runecraft" növbəti üç oyunda istehsal prosesinə təhfə vermiş, altıncı oyun isə 2002-ci ildə "Big Grub" tərəfindən istehsal olunmuşdur.
İlk iki oyunu "Ripcord Games" sonrakı üç oyunu "Take-Two Interactive", altıncı oyunu isə 2002-ci ildə "Gotham Games" tərəfindən yayımlanmışdır.
Seriya 2012-ci ildə "Yager Development"ın istehsal etdiyi və "2K Games"in yayımladığı "Spec Ops: The Line" epizodunda üçüncü şəxs atıcı kimi yenidən canlandırılmışdır.
İlk oyun, "Spec Ops: Rangers Lead the Way" hələ istehsal mərhələsində olduğu dövrdə "Spec Ops"u davam edən bir franşizə çevirmək qərarı alınmışdır. İcraçı prodüser Mayk Suares belə əsaslandırmışdı ki, simulyasiya pərəstişkarları üçün auditoriya "çox sadiqdir; onlar hər il altı ilə on iki arası məhsul satın alırlar. Simulyasiyalar kateqoriyasında uğurlu franşiz işə sala bilsəniz, bu, əsl həmişəyaşıl biznes olar".[1]