Sri Vahyuni Agustiani

Sri Vahyuni Agustiani
Şəxsi məlumatlar
Vətəndaşlığı İndoneziya İndoneziya
Doğum tarixi (30 yaş)
Doğum yeri Bandunq, İndoneziya
Boyu 1.47 sm.
Çəkisi 47 kq.
İdman növü Ağır atletika
Medallar
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

Sri Vahyuni Agustiani (d. 13 avqust 1994; Bandunq, İndoneziya) — İndoneziyalı ağır atlet. Sri Vahyuni Agustiani 2016-cı ildə İndoneziyanı XXXI Yay Olimpiya Oyunlarında təmsil edib və gümüş medal qazanıb. Agustiani həm də 2014-cü ildə Asiya Oyunlarında gümüş medal qazanıb.

Sri Vahyuni Agustiani 1994-cü ilin 13 avqust günündə İndoneziyanın Bandunq vilayətində anadan olub.

Sri Vahyuni Agustiani karyerasında birinci ciddi uğurunu 2014-cü ildə Cənubi Koreyanın İnçeon şəhərində qazandı. Ahustiani Asiya Oyunlarında 187 kiloqramlıq nəticə ilə gümüş medal qazandı.

Sri Vahyuni Agustiani karyerasında birinci dəfə Olimpiya Oyunlarına 2016-cı ildə qatıldı. Braziliyanın Rio-de-Janeyro şəhərində baş tutan XXXI Yay Olimpiya Oyunlarında Agustiani birdən qaldırmada 85 kiloqram, təkanla qaldırmada isə 107 kiloqram nəticə göstərdi. Ümumi olaraq isə 192 kiloqramlıq nəticə ilə Sri Vahyuni Agustiani XXXI Yay Olimpiya Oyunlarında gümüş medal qazandı.