Stana Katiç | |
---|---|
serb-xorv. Stana Katić | |
![]() | |
Doğum tarixi | 26 aprel 1978 (46 yaş) |
Doğum yeri | |
Uşağı | 1 |
Təhsili | |
Fəaliyyəti | aktrisa, televiziya aktrisası, kino aktrisası, kinorejissor |
Fəaliyyət illəri | 1999-cu ildən |
stanakatic.com | |
![]() |
Stana Katiç (serb-xorv. Stana Katić, ing. Stana Katic 26 aprel 1978, Hamilton, Ontario) — Serb-xorvat mənşəli kanadalı aktrisa, Kasl televiziya serialındakı detektiv Keyt Bekket rolu ilə tanınır.
Katiç Kanadanın Ontario vilayəti, Hamilton şəhərində anadan olub. Atası serb, anası xorvat əsillidir. Yuqoslaviyadan Kanadaya köçmüşlər. Milliyyəti haqqında danışan Stana deyir: "Valideynlərim Xorvatiyadan olan serblərdir. Bizi Dalmatiyalı adlandırıram"[1]. Atası Vrlicdən, anası Sindəndir[2]. Daha sonra Katiç ailəsi ilə Aurora şəhərinə (İllinoys, ABŞ) köçür. 1996-cı ildə Vest Avrora Liseyini bitirdikdən sonra Toronto Universitetində və 2000–2004-cü illərdə aktyorluq təhsili aldığı Qudman Dram Məktəbi adlanan De Paul Universitetinin Teatr Məktəbində oxuyur. Stana Katiçin dörd qardaşı və bir bacısı var[3].
Beş dildə sərbəst danışır: ingilis, serb, sloven, fransız və italyan. ABŞ və Kanadanın ikili vətəndaşlığına malikdir[4].
Katiç Qəhrəmanlar serialında Xana Qitelman, 24 serialının 5-ci mövsümündə Kollet Stancer, Morqan Friman ilə Sevgi bayramı filmində Cenni rolunu ifa edir. O, "Qisasçı" filmində Morqenştern, Ceyms Bondun "Kvat mərhəməti" filmindəki Korin Vinau[5] rollarını oynayır.
2008-ci ilin avqustunda Stana Neytan Fillion ilə oynadığı Kasl televiziya seriyasında Kate Bekket rolunu aldı[6].
2008-ci ildə Katiç Latınca "Qorxusuz" mənasını verən Sine Timore Productions adlı öz film şirkətini qurur.
2010-cu ilin yayında Katiç, Riçard Gir ilə birlikdə Fransadakı "For Lovers Only" və Dublindəki "İkili agent" filmlərində rol alır[7].
2016-cı ildə Stana Katiç üç filmdə şəkilir: "Əkiz şəhərlər" dramı, "Randevu" macəra fəaliyyət filmi və "Florensiyada itkin" melodramı.
25 sentyabr 2017-ci ildə Stana altı ildir itkin düşmüş bir FTB agenti rolunu oynadığı Amneziya seriyasının premyerası baş tutur. Katiç eyni zamanda şounun icraçı prodüseridir.
2018-ci ildə Katiçin iştirakı ilə dəhşət janrındakı "Kadavr" filmi nümayiş olundu.
2015-ci ilin aprel ayından bəri Kris Brkliyats ilə evlidir[8].