Staqflyasiya (ing. stagflation) — inflyasiya və işsizliyin eyni anda baş verməsi halını ifadə edir. Bu zaman iqtisadi inkişaf yavaşlamağa və işsizlik səviyyəsi yüksəlməyə başlayır.[1] Başqa perspektivdən, bir iqtisadiyyatda inflasiya yüksəkdirsə buna baxmayaraq iqtisadiyyat böyüyə bilmirsə, yəni sıfıra yaxın real böyümə müşahidə edilirsə, o iqtisadiyyatda staqflyasiya (inflasiya içində durğunluq) halının mövcudluğu güman edilir.[2]