Stiven Harper

Stiven Harper
ing. Stephen Joseph Harper
Şəxsi məlumatlar
Doğum adı Stephen Joseph Harper
Doğum tarixi 30 aprel 1959(1959-04-30)[1][2] (65 yaş)
Doğum yeri
Fəaliyyəti siyasətçi, iqtisadçı, pianoçu

Təltifləri Queen Elizabeth II Golden Jubilee Medal Queen Elizabeth II Diamond Jubilee Medal "Kanada" ordeninin üzvü Alberta Centennial Medal Azadlıq ordeni
İmzanın şəkli
stephenharper.com
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

Stiven Cozef Harper (ing. Stephen Joseph Harper; 30 aprel 1959[1][2], Toronto[3][4]) — 6 fevral 2006-cı ildən Kanada baş naziri, 2006-cı il yanvarın 23-də növbədənkənar parlament seçkilərində qalib gələn Kanada Mühafizəkarlar Partiyasının lideri.

Stiven Harper 1959-cu ildə Torontoda doğulub.

Alberta əyalətində Kalqari universitetində iqtisadiyyat fakültəsini bitirib. 1993-cü ildə ilk dəfə parlamentə seçilib, 2004-cü ildə isə sağ cərəyanın əvvəl mövcud olan iki qrupunun birləşməsi nəticəsində formalaşan Mühafizəkarlar Partiyasının lideri olub.

Liberalların on iki il hakimiyyətdə qalması 2006-cı il yanvarın 23-də seçkidə müxalifət partiyası olan Mühafizəkar partiyanın seçilməsi ilə sona çatdı. Partiyanın lideri Stiven Harper baş nazir vəzifəsində Pol Martini əvəz etdi. Mühafizəkarlar parlamentdə mütləq çoxluq təşkil etmədiyindən, hakimiyyətdə yalnız müxalifət partiyalarının dəstəyi ilə qala bilərlər.

Seçkiqabağı kampaniya dövründə mühafizəkarlar vergiləri aşağı salmaq, cinayətkarlıqla mübarizəni gücləndirmək, hərbi xərcləri çoxaltmaq və ABŞ-la münasibətdə yaranmış problemləri aradan qaldırmaq vədləri vermişdilər. Harper siyasi opponentlərinin onda ultrasağ ideologiyaya olan meyli barədə fikirlərini qəbul etmirdi. Müşahidəçilər qeyd edirdilər ki, Harperin dövründə mühafizəkarlar sosial problemlərə diqqət yetirmirdilər, əsasən, iqtisadi mövzular barədə fikirlər yürüdür və bütünlüklə daha mərkəzçi mövqe tuturdular. Yanvar seçkisi 2005-ci ilin noyabr ayında parlamentin korrupsiya qalmaqallarına görə Pol Martinin liberal hakimiyyətinə etimadsızlıq votumu (qərar) verdikdən sonra baş tutdu. Martin 1990-cı illərin sonunda frankdilli əyalətdə yer alan maliyyə cinayəti ittihamlarından qaçmaq istəsə də, alınmırdı. Kanada məhkəməsi həmin vaxt federal hökumətdə maliyyə naziri vəzifəsində olan Martinin heç nə ilə əlaqəsi olmadığına qərar vermişdi, amma qalmaqal liberallara hokumətin sonu ilə nəticələndi. Liberal partiyası üçün bu hakimiyyət dalbadal dördüncü idi.

Stiven Harper evlidir, iki uşağı var. Siyasət və müxtəlif intellektual məşğuliyyətlərdən əlavə, Harper xokkeylə də maraqlanır.

  1. 1 2 Stephen Harper // Library of Parliament. 1876.
  2. 1 2 Stephen Harper // Store norske leksikon (бук.). 1978. ISSN 2464-1480
  3. 1 2 http://www.bbc.com/news/world-us-canada-13217949.
  4. 1 2 Stephen Harper // Encyclopædia Britannica (ing.).

Xarici keçidlər

[redaktə | mənbəni redaktə et]