Stiven Kreyq Peddok 9 aprel 1953 tarixində ABŞ-nin Ayova ştatında anadan olmuşdur.[3] 1969-cu ildə 15 yaşındaykən həbsxanadan qaçan bir bank soyğuncusu olan Bencamin Hoskins Peddokun oğlu olaraq, KaliforniyanınSan Velley qonşuluğunda böyümüşdür.[4] 1971-ci ildə Con H. Fransis adına Politeknik Liseyini bitirmiş[5] və 1977-ci ildə Kaliforniya Dövlət Universitetini biznes administrasiyasında dərəcə ilə bitirmişdir.[6] Məhkəmə qeydlərinə görə Peddok iki dəfə evlənmiş və boşanmışdır. İlk evliliyi 1977–1979-cu illərdə, ikinci evliyi isə 1985–1990-cı illərdə olmuşdur.[7] 1985–1988-ci illərdə Lakiid Martin şirkətinin sələfi üçün "daxili auditor" işləmişdir. 2013–2015-ci illərdə Peddok, Florida ştatının Melburn şəhərində, təqaüdçü cəmiyyətində yaşamışdır. 2016-cı ildə Las-Veqasın təxminən 80 kilometr şimal-şərqindəki Nevada ştatının Meskit şəhərindəki yeni bir təqaüdçü evinə qardaşı Erikin köməyi ilə köçmüşdür. Əmlak qeydlərinə görə, o, 2013-cü ildə tək-ailəlik bir evi satın almışdır. Peddok bir sıra təqaüdçü icmalarında yaşamışdır. Bir neçə il sevgilisi Merilou Danli ilə yaşamışdır. Daha əvvəl Texasda və Kaliforniyada yaşamışdır. Burada bir dəfə evlənmiş və daha sonra boşanmışdır.[8][9]
Peddok qətliamdan üç gün əvvəl, 28 sentyabr tarixində, cümə axşamında Mandalay Bay hotelindən bir otaq kirayəyə götürdü. Polis otaqda AR-15-üslublu və AK-47-üslublu tüfənglər və xeyli miqdarda silah-sursat olmaqla cəmi 23 tüfəng və bir tapança tapmışdır.[10][11] Tüfənglərdən ikisi tripodlara quraşdırılmış və nişangahlarla təchiz olunmuşdu.[12][13] Mandalay Bay hotelinin 32-ci mərtəbəsində ölü tapılmışdır. Polisin verdiyi məlumata görə Peddok intihar etmişdir.[14][15][16][17]