Stolbçatı burnu | |
---|---|
![]() | |
Yerləşməsi | |
44°01′28″ şm. e. 145°40′33″ ş. u.HGYO | |
Akvatoriya | Sakit okean |
Ölkə |
![]() |
|
|
![]() |
Stolbçatı burnu — Kunaşir adasının qərb sahillərində yerləşən burun. Federal bölgüyə görə Saxalin vilayəti Yujno-Kuril şəhər dairəsinə daxildir (Rusiya). Ancaq adaya Yaponiya iddia edərək onu Hokkaydo prefekturasının Nemuro dairəsi ərazisi hesab edir[1][2][3].
Stolbçatı burnu Mendeyeyev vulkanının lava axınları zamanı formalaşmışdır. Dalğaların eroziya fəaliyyəti isə ona əsrarəngiz görkəm vermişdir. Burada qayaların hündürlüyü 40-50 m arasında dəyişir. Qayalar Kunaşir boğazı daxilinə doğru uzanır. Suyun dağıdıcı fəaliyyəti isə sualtı daş «dirəkləri»[4][5] əmələ gətirir.
Unikalığı və əsrarəngizliyinə görə burun turistlər arasında tanınır. Kuril qoruğu adminiostrasoyası tərəfindən buruna Stolbçatı ekoloji cığırı adlı turlar təşkil edilir. maşrutun ziytarət olunması azaddır. Ancaq qoruğa giriş zamanı mütləq şəkildə qaydara uyğun şəkildə sənədləşmə aparılır[6].