Storm Shadow | |
---|---|
Tipi |
qanadlı raket gəmi əleyhinə raket |
Ölkə | |
İstismar tarixçəsi | |
İstismara başlanması | 2002 |
İstifadə edilən döyüşlər |
|
İstehsal tarixçəsi | |
Konstruktor | Matra BAe Dynamics |
Konstruksiya tarixi | 1994–2001 |
İstehsalçı | MBDA |
Xüsusiyyətləri | |
Ağırlığı | 1.300 kq |
Mühərrik | Microturbo TRI 60-30 turbojet |
Uzunluğu |
|
Vikianbarda əlaqəli mediafayllar |
Storm Shadow — 1994-cü ildən etibarən Matra və British Aerospace şirkətləri tərəfindən hazırlanaraq inkişaf etdirilmiş və hal-hazırda MBDA tərəfindən istehsal olunan Britaniya-Fransa mənşəli uzun mənzilli, stels texnologiyasına əsaslanan havadan buraxılan qanadlı raketdir. "Storm Shadow" silahın ingilis dilində olan adıdır; Fransada isə silah SCALP-EG (fr. Système de Croisière Autonome à Longue Portée – Emploi Général; azərb. Uzun mənzilli avtonom qanadlı raket sistemi - Ümumi təyinatlı) kimi tanınır. Raket fransızlar tərəfindən hazırlanmış olan “Apaçi” adlı qanadlı raketə əsaslanır, lakin kassetli sursatların əvəzinə tək döyüş başlığı daşıması ilə ondan fərqlənir.[1]
Matra və British Aerospace 1996-cı ilin iyul ayında Konvansiyonal (Adi) Silahlı Standoff Raketi (CASOM) üçün əsas podratçılar olaraq seçilmişdirlər. Storm Shadow raketinin dizaynı Matra şirkətinin Apache uçuş-enmə zolaqlarına (pist) qarşı nəzərdə tutulmuş qanadlı raketinə əsaslanırdı. Matra və BAE 1997-ci ilin fevral ayında Matra BAe Dynamics adlı yeni bir şirkəti yaratmaq üçün birləşmələrini başa çatdırmışdırlar. Fransa 1998-ci ilin yanvar ayında 500 ədəd SCALP raketi üçün sifariş vermişdir.[2]
Storm Shadow/SCALP EG raketinin ilk müvəffəqiyyətli idarə olunan buraxılışı 2000-ci ilin dekabr ayında Fransada Miraj 2000 və 2001-ci ilin may ayında İngiltərədə Panavia Tornado hərbi təyyarələrindən həyata keçirilmişdir.
Raket 2013-cü ilin noyabr ayında Eurofighter Typhoon qırıcısı üzərində də sınaqdan keçirilmişdir.[3]
Storm Shadow raketi müxtəlif münaqişələr zamanı aktiv döyüş əməliyyatlarında istifadə edilmişdir. İraqın 2003-cü ildəki işğalı zamanı Kral Hərbi Hava Qüvvələrinə məxsus olan Tornadolar tərəfindən istifadə edilmişdir. 2011-ci ildəki Liviyaya müdaxilə zamanı isə Fransız Rafales və İtalya və Böyük Britaniya tərəfindən istifadə olunan Tornadolar tərəfindən istifadə edilmişdir. Raket yüksək müvəffəqiyyət nisbətinə sahibdir. İtaliya tərəfindən istifadə olunan Tornado təyyarələrindən döyüşdə buraxılan raketlərin 97%-i hədəflərini vurmağa nail olmuşdurlar.[4] Fransa təyyarələri Suriyada İŞİD-ə qarşı SCALP raketlərindən istifadə etdiyi halda, İngiltərədə bu raketlərin Yəməndəki Husilərə qarşı aparılan döyüşlər zamanı Səudiyyə Ərəbistanı tərəfindən istifadə edildiyini təsdiqləmişdir. 2018-ci ildə Suriyadakı kimyəvi silah obyektini vurmaq üçün ABŞ və Fransa raketləri ilə bərabər “Storm Shadow” raketlərindən də istifadə edilmişdir.[5][6]
2023-cü ilin may ayında Böyük Britaniya Rusiyanın Ukraynaya müdaxiləsi zamanı Ukrayna Silahlı Qüvvələrinə Rusiyaya qarşı istifadə etməsi üçün Storm Shadow raketləri verdiyini elan etmişdir. Fransa da öz növbəsində Ukraynaya SCALP-EG raketləri verəcəyini vəd etmişdir. Raketlər modifikasiya olunmuş Suxoy Su-24 təyyarələrindən buraxılmışdır. Ziddiyyətli xəbərlərə baxmayaraq, Ukraynanın müdafiə naziri raketlərin yüksək müvəffəqiyyət göstəricisinə Nənail olduğunu bəyan etmişdir. Storm Shadow raketlərinin Rusiyanın bir general-mayorunun öldürülməsi və strateji infrastruktur obyektlərinə edilmiş olan hücumlar da daxil olmaqla Rusiyada ciddi təsirlərə səbəb olduğu iddia edilir.[7][8][9][10]