Streyzand effekti (ing. Streisand effect) — müəyyən məlumatların ictimaiyyət üçün əlçatan olmasının qarşısını almaq cəhdinin (senzura)[1] onun daha da geniş miqyasda yayılmasına (adətən internet vasitəsilə) səbəb olması ilə ifadə olunan sosial fenomen. Məsələn, fotoşəklə, fayla, mətnə və ya nömrəyə girişi məhdudlaşdırmaq cəhdi (məsələn, qanuni üsullarla) bu məlumatın digər serverlərdə təkrarlanmasına, fayl paylaşma şəbəkələrində görünməsinə və ya digər təkrarlanmasına səbəb olur.[2][3]
"Streyzand effekti" termini 2003-cü ildə ABŞ aktrisası və müğənnisi Barbra Streyzand ilə fotoqraf Kennet Adelman arasında baş verən hadisədən sonra populyarlıq qazanmışdır. Streyzand, onun evinin şəkli Kaliforniya sahillərini təsvir edən 12,200-dən çox digər fotoşəkil ilə birlikdə internetdə yerləşdirildiyi üçün Adelman və "Pictopia.com" saytından 50 milyon ABŞ dolları təzminat alması üçün məhkəməyə müraciət etmişdir.[4][5][6] Adelman evin fotoşəklini sahil eroziyasının hökumət tərəfindən sifarişli tədqiqatı olan Kaliforniya Sahil Hesabatları Layihəsinin bir hissəsi olaraq sahildə yerləşən digər evlərlə birlikdə çəkdiyini iddia etmişdir.[7][8]
Streyzandın vəkilləri iddia qaldırmazdan əvvəl 3850 nömrəli (Streyzandın evini təsvir edən) fotoşəkil layihənin saytından cəmi 6 dəfə endirilmişdi ki, bunlardan ikisini vəkillərin özləri etmişdir.[9] 10 may 2004-cü ildə məhkəmə Streyzandın iddialarını rədd etdi və Streyzanddan Adelmanın 154,000 ABŞ dolları məbləğində məhkəmə xərclərini ödəməsini tələb etmişdir.[10]
Daha sonra jurnalist Pol Rocers iddia ilə bağlı məlumatların yayılması nəticəsində Streyzandın evinin fotoşəklinin internetdə çox populyarlaşdığını qeyd etmişdir. Xüsusilə, iddianın məhkəməyə verilməsindən bir ay sonra görüntüyə 420,000-dən çox insan baxmışdır.[11]
Adelman iddia ilə bağlı məlumatın onun internet saytına milyondan çox ziyarətçi gətirdiyini və fotoşəkildən "Associated Press" xəbər agentliyi tərəfindən onun foto arxivində istifadə edildiyini, bunun da öz növbəsində dünyanın bir çox qəzetləri tərəfindən onun yenidən nəşrinə səbəb olduğunu söyləmişdir.[12]
Termin özü ilk dəfə 2005-ci ilin əvvəlində "Techdirt.com" bloqunu yaradan və idarə edən Mayk Masnik adlı bloger tərəfindən istifadə edilmişdir.[13][14]
The 'Streisand effect' is what happens when someone tries to suppress something and the opposite occurs. The act of suppressing it raises the profile, making it much more well known than it ever would have been.Şablon:Архивировано
Another unintended consequence of this move could be that it extends the kerfuffle over Ms. Abdul's behavior rather than quelling it. Mr. Nguyen called this the 'Barbra Streisand effect', referring to that actress's insistence that paparazzi photos of her mansion not be used
The phenomenon takes its name from Barbra Streisand, who made her own ill-fated attempt at reining in the Web in 2003. That's when environmental activist Kenneth Adelman posted aerial photos of Streisand's Malibu beach house on his Web site as part of an environmental survey, and she responded by suing him for $50 million. Until the lawsuit, few people had spotted Streisand's house, Adelman says—but the lawsuit brought more than a million visitors to Adelman's Web site, he estimates. Streisand's case was dismissed, and Adelman's photo was picked up by the Associated Press and reprinted in newspapers around the world.