Bu məqalə qaralama halındadır. |
Stromatoporatalar — şərti olaraq hidroidlərə aid edilən yarımsinif; fossil halında ardıcıl olaraq bir-birinin üzərində yatan çoxsaylı lövhəciklərdən (laminlər) ibarət olan karbonatlı əmələgəlmələr qalır. Laminlərin paylanması orqanizmin ardıcıl böyüməsi ilə əlaqədardır. Stromatoporatalar koloniyalarının formaları müxtəlifdir: lövhəciklərdən kürə — sferoidşəkilli və silindirik — budaqlıya qədər. Koloniyanın alt hissəsində ümumi qırışıqlı örtük — bazal epiteka müşahidə edilir. Stromatoporatalar təhkim olunan və ya sərbəst uzanmış bentosa aid edilirlər. Onlar əsasən tropiklərdə və subtropiklərdə sublitoralın üst hissəsində yaşamış, çox güman ki, evriqalin orqanizmlər olmuşdur. Stromatoporatalar karbonat süxurlarda, o cümlədən dolomitlərdə rast rast gəlirlər; əhəngdaşı, bəzən isə rifogen əhəngdaşları əmələ gətirirlər. Müxtəlif formalı koloniyaların yaratdığı əhəngdaşlar stromatopor, silindirik və budaqlı koloniyaların (məsələn: Amphipora cinsi və b.) əmələ gətirdiyi əhəngdaşlar isə amfipora əhəngdaşları adlanır. Orta ordovik — paleogen; paleozoy stromatoporatalar yüksək inkişaf dövrü gec ordovik, silur və devonda, mezozoy stromatoporatalar yüksək inkişaf dövrü isə yura və təbaşirə təvafüq edir.