Stronsium karbonat

Stronsium karbonat
Fayl:File:Strontiumcarbonaat.png
Molekulyar modelin şəkli
Ümumi
Kimyəvi formulu CO₃Sr[1]
Molyar kütlə 147,63 q/mol
Fiziki xassələri
Sıxlıq 3,785 q/sm³
Termik xüsusiyyətlər
Ərimə nöqtəsi 1494 °S
Təsnifatı
CAS-da qeyd. nöm. 1633-05-2
PubChem
RTECS WK8305000
ChemSpider

Stronsium karbonat (SrCO4)- karbon turşusunun stronsium duzudır. Stronsium karbonat təbiətdə stronsianit mineralı kimi mövcuddu. Selestinlə (SrSO4) birgə sənaye əhəmiyyəti var.

Fiziki xassələri

[redaktə | mənbəni redaktə et]

Suda az həll olunan rəngsiz kristallardı (25 °C -də 100 q H2O-da 2⋅10−3 q). SrCO3-ın üç modifikasiyası var: 925 °C-ə qədər α modifikasiya, araqonit tipli rombik kristalik qəfəs; 925 °C-dən yuxarı β-modifikasiyası kalsit forması; 1416 °C-dən yuxarı temperaturda və 2 MPa təzyiqdə, kub sisteminin γ-modifikasiyası mövcuddu.

1. Stronsium karbonatı stronsium sulfonatın natrium karbonatın qatı məhlulu ilə reaksiya zamanı almaq olar :

2. Stronsium hidroksid karbon dioksidlə reaksiyaya girərək stronsium karbonat və su əmələ gətirir:

Kimyəvi xassələri

[redaktə | mənbəni redaktə et]

Stronsium karbonat 1100 - 1200 °C -dən yuxarı olan temperaturda, stronsium oksid və karbon qazının əmələ gəlməsi ilə parçalanır:

Duru xlorid, azot, sirkə turşuları ilə reaksiyaya daxil olaraq duzlar əmələ gətirir:

Stronsium karbonat hidrogen sulfid ilə 900 - 1000 °C temperaturda reaksiya daxil olur, nəticədə stronsium sulfid, su və karbon dioksid alınır:

Stronsium karbonat əsasən atəşfəşanlıq üçün boya kimi istifadə olunur. Həmçinin müxtəlif məqsədlər üçün istifadə olunan stronsium birləşmələrinin istehsalı üçün xammal kimi istifadə olunur. Stronsium karbonat şüşə sənayesindədə istifadə olunur. Onu şüşəyə əlavə etdikdə radiasiyaya və rentgen şüalarına davamlı edir.


  • Рабинович В.А., Хавин З.Я. Краткий химический справочник. - Л.: Химия, 1977.
  • Волков, А.И., Жарский, И.М. Большой химический справочник / А.И. Волков, И.М. Жарский. - Мн.: Современная школа, 2005.
  1. STRONTIUM CARBONATE (ing.).