StuG III | |
---|---|
Ölkə | |
İstismar tarixçəsi | |
İstismara başlanması | 1940 |
İstifadə edilən döyüşlər | |
İstehsal tarixçəsi | |
Konstruktor | Daimler-Benz |
İstehsalçı | Daimler-Benz |
Xüsusiyyətləri | |
Ağırlığı | 23,9 t |
Uzunluğu |
|
Eni | 2,95 m |
Hündürlüyü | 2,16 m |
Vikianbarda əlaqəli mediafayllar |
Sturmgeschütz III (StuG III) Nasist Almaniyası ordusu Wehrmacht tərəfindən İkinci Dünya müharibəsi əsnasında istifadə edilən ən əhəmiyyətli hücum silahı. Panzer III tankının şassisi üzərinə quraşdırılmışdır. Əsl quruluş məqsədi qarşıdurma əsnasında piyada birliklərinə doğrudan dəstək vermək idi. Bunun yanında döyüşün irəliləyən illərində antitank mərmiləri əlavə edilərək tanklara qarşı da istifadə edilmişdir.
Bütün müharibə boyunca 10,500 ədəd istehsal edilen Sturmgeschütz (Almaniya-nın İkinci Dünya müharibəsində ən çox istehsal olunan zirehli vasitəsidir) ardıcıllığı mükəmməl xərc-performans nisbətinə sahib bir tank idi.
Sturmgeschütz III Polkovnik Erich von Manstein en 1935-ci ildə General Beck e piyada birliklərinə dəstək verəcək Sturmartillerie mövzusundakı təklifi ilə başladı. 15 iyun 1936 tarixində Daimler-Benz firması üzərində 75 mm topla zirehli bir vasitə sifarişi aldı. Topun çevril bucağı çox deyildi və mürettabatı qoruyacaq bir üst qisim yox idi. Vasitənin yüksəkliyi normal bir insan boyu qədər idi.
Daimler-Benz bu vasitə üçün Panzerkampfwagen III yüngül tanka aid şase və gedən ağsamdan faydalandı. 1937-ci ildə 5 ədəd prototip 0-serisi StuG modeli PzKpfw III Ausf B tankından çevrildi. Prototiplərin polad zirehi və Krupp marka qısa lüləli 75 mm Sturmkanone 37 L/24 topu yerləşdirildi
StuG III quruluş məqsədi düşmən piyada birlikləri üzərində təzyiq etmək idi. Buna görə ilk modellərinə düşmən piyadasına qarşı yüksək partlayıcılı güllə atan aşağı lülə sürətinə sahib 75 mm StuK 37 L/24 top taxıldı. Döyüşün irəliləyən dövrlərində Sovet T-34 tanklarına qarşı bu topun təsirsiz qalması üzərinə , StuG III modelinə yüksək sürətli 75 mm StuK 40 L/43 (1942 yazında) və ya StuK 40 L/48 (1942 payızında) tanksavar topu taxıldı.
Daha sonrakı modellərində StuG III qülləsinə düşmən piyadasına qarşı istifadə edilməsi üçün 7.92mm MG 34 yüngül pulemyotu taxıldı.
1944-cü ildə Almaniyadan 59 ədəd StuG III əldə edən Fin Ordusu bunları Qırmızı Orduya qarşı istifadə etdi. 8 vasitə itkisinə qarşılıq (bəzisi məhv edildi bir qisimi isə ekipajı tərəfindən tərk edildi) cəmdə bu vasitələr 87 dənə düşmən tankını yox etdi. Müharibədən sonra 1960-cı illərə qədər bu vasitələr Fin Ordusu tərəfindən istifadə edildi.
İkinci dünya müharibəsindan sonra, Qızıl ordu ələ keçərdiyi bu vasitələrin bir qisimini Suriyaya verdi. Suriya bu texnikaları 1967-ci ildə baş vermiş Altı günlük müharibə əsnasında İsrail ordusuna qarşı istifadə etmişdir.
Sturmgeschütz III Ausf F modelinin vəzifə əsnasında əldə etdiyi ən gözebatan qarşıdurma sentyabr 1942 də Stalingrad əhatə etməsi əsnasında yaşandı. Oberwachtmeister Qurd Pfreundtner əmrindəki Stug. Abt.244 (Stug III Ausf F model), 20 dəqiqə içərisində 9 ədəd Sovet tankını məhv etdi. Komandir, Oberwachtmeister Qurd Pfreundtner 18 sentyabr 1942 tarixində Knight's Cross medalı ilə şərəflənilmişdir.
1 ilə 4 yanvar 1943 tarixləri arasında , Unteroffizier Horst Naumann əmrindəki Stug. Abt.184 Demyansk bölgəsində 12 Sovet tankını məhv etmişdir. 4 yanvarda Naumann cəmdə 27 Sovet tankı məhv etdiyi üçün Knight's Cross medalı ilə şərəflənilmiş.
Ancaq ən böyük müvəffəqiyyət 5 iyul 1943 ilə 17 iyun 1944 tarixləri arasında 2. SS Panzer Diviziyasına "Das Reich bağlı Sturmbannführer Walter Kniep əmrindəki 2. Sturmgeschütz Abteilung birliyinin əldə etdiyi müvəffəqiyyətdir. Bu birlik 2 ədəd itirilən Stug a qarşılıq cəmdə 129 ədəd Sovet tankını məhv etmişdir. Kniep də Knight's Cross medalı ilə şərəflənilmişdir.
Hər nə qədər Tiger və Panther tanklarının adı eşidilmiş olsa da Sturmgeschütz ardıcıllığı döyüşdəki ən əhəmiyyətli hücum topu və tank məhv vasitəsiidi. Bunun ən əhəmiyyətli səbəbi kiçik olmaları idi. Yaxşı kamuflyaj edilən bu vasitələr düşmən tərəfindən asan görülmürdü bu səbəbdən çətin məhv edilirdi . Bir çox Alman topu yüksək sürətli 75 mm top daşıyırdı. Sturmgeschütz mürettabatı topçu sinifi içərisində ən seçmə sinif idi. Sturmgeschütz birlikləri 1944 payızına qədər ki müddətdə qırılması çox güc bir rekorda imza atdılar. Cəmdə təxminən 20,000 düşmən tankını məhv etdilər. 10 aprel 1945 tarixində cəmdə, 1,053 ədəd Stug III və 277 ədəd StuH III vəzifə yerinə yetirirdi. mart 1945 tarixinə qədər cəmdə 9500 ədəd Sturmgeschütz III modelindən tank istehsal edilmişdi
İlk olaraq Fransa Hərəkatı əsnasında istifadə edildi. StuG III Ausf. A şasesinde olaraq the Panzer III Ausf. F modeli top olaraq da 7.5 sm StuK 37 L/24 istifadə edilmişdir. Rəngli şəkili Arxivləşdirilib 2007-09-27 at the Wayback Machine
Palitraları genişlədildi kiçik dəyişikliklər edildi. Rəngli şəkili Arxivləşdirilib 2007-09-30 at the Wayback Machine
StuG B nin kiçik dəyişikliklər edilmiş modeli. Rəngli şəkili Arxivləşdirilib 2007-09-30 at the Wayback Machine
StuG C nin kiçik dəyişikliklər edilmiş modeli. Rəngli şəkili Arxivləşdirilib 2007-09-30 at the Wayback Machine
MG 34 maşınlı tüfəng əlavə olunaraq düşmən piyadasına qarşı qoruma təmin edildi. rəngli şəkili Arxivləşdirilib 2007-09-30 at the Wayback Machine
Daha uzun olan 7.5 sm StuK 40 L/43 top ilişdi. Beləcə piyada dəstək vasitəsindən tank məhv vasitəsinə çevrildi Sovet tanksavar tüfənglərinə qarşı mürettabatı qorumaq üçün qüllənin yanlarına zireh yerləşdirildi. Bu zireh irəlidə ausf G modelində də istifadə edildi. Rəngli şəkili Arxivləşdirilib 2007-09-30 at the Wayback Machine
Top olaral 7.5 sm StuK 40 L/48 modeli istifadə edildi. Rəngli şəkili Arxivləşdirilib 2007-09-30 at the Wayback Machine
Ən çox çıxarılan modeldir. The G-series StuG da qüllə olaraq Panzer III Ausf. M qülləsi istifadə edilmiş 1944-cü ildə bu qülləyə ikinci bir maşınlı tüfəng daha ilişmişdir. İrəlidəki illərdə Almanca Saukopf (Türkcəsi donuz başı) top qalxanı yerləşdirilmişdir. Qüllənin yanlarınada zireh yerləşdirilmişdir. Rəngli şəkili Arxivləşdirilib 2007-09-30 at the Wayback Machine
Bəzi StuG III istehsalında Panzer III şasesi istifadə edilsə də Panzer IV tankına aid süspansiyon sistemi istifadə edilən vasitələrdə çıxarılmışdır. Yalnız 20 ədəd istehsal edilən bu vasitələr asan təmir edilə bilər olsalarda yaxşı işdiklərində proyekt ləğv edilmişdir.
1942-ci ildə , StuG III F modelində 105 mm-lik istifadə edilmişdir. Bu yeni vasitəyə Sturmhaubitze 42 (ya da StuH 42, Wehrmacht adıyla Sd. Kfz 142/2) adı verilmişdir. StuG III F/8 və G modellərinə tanksavar dəstək vəzifələrində kömək etmişdir. Rəngli şəkili Arxivləşdirilib 2007-09-30 at the Wayback Machine
1943, 10 ədəd StuG III toplarının yerinə ‘Schwade' alov maşını yerleştrilerek StuG I (FLAMM) modelinə çevrildi. Ancaq bunların vəzifəyə çıxdığına dair hər hansı bir məlumat yox idi. Bu vasitələr daha sonra g modelinə çevrildilər. Rəngli şəkili Arxivləşdirilib 2007-09-30 at the Wayback Machine
Sovet su-76i qundağı motorlu topun istehsalında Alman ordusundan ələ keçərilən StuG III and Panzer III vasitələri istifadə edilmişdir. Cəmdə 1,200 ədəd vasitə Qırmızı Ordu üçün çevrildi. Üzərləri tamamilə zirehlə örtüldü və ZiS-5 model 76.2 mm top taxıldı.