Subatan (Göyçə)

Kənd
Subatan
40°07′ şm. e. 45°41′ ş. u.HGYO
Ölkə
Rayon Basarkeçər rayonu
Tarixi və coğrafiyası
Mərkəzin hündürlüyü 2.158 ± 1 m
Saat qurşağı
Əhalisi
Əhalisi
  • 136 nəf. (2011)[1]
Rəsmi dili
Xəritəni göstər/gizlə
Subatan xəritədə
Subatan
Subatan
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

SubatanGöyçə mahalının Basarkeçər rayonunun keçmiş Çaxırlı sovetliyində kənd[2].

Subatan kendi

B.e.ə. IV əsrdə Albaniyanın kiçik yaşayış məntəqələrindən biri olub. Alban yaşayış məskənlərinin qalıqları Xudat bulağının ətrafında, qədim alban qəbir daşları isə indiki daş mədəninin ətrafında 1992-ci ilə qədər qalırdı. Bu daşların hündürlüyü 3–5 m arasında idi. İndi ermənilər həmin daşları qonşu Qızılvəng, Gödəkbulaq və Yarpızlı kəndlərinə aparıblar. Qədim alban tarixinin izləri bu ərazidə bir çox yerlərdə var. Çaxırlı kəndi ilə sərhəddə yerləşən Murad xaç abidəsi bunların ən qədimidir. Subatan kəndinin bünövrəsi XVII əsrin ortalarında (1850-1860) Mayıllılar tayfasının başçısı Kərbəlayı Şıxəli kişi Çaxırlı kəndindən qohumları olan 8 ailə ilə birlikdə çıxaraq indiki Subatan kəndini özləri üçün yaşayış yeri seçmişdir. Kəndin adı yarandığı ilk gündən 1988-ci ilin dekabrına kimi iki dəfə dəyişdirilmişdir.

Bığdey deyilən ərazidə gur sulu bulaq axırmış. İrandan Göyçə yaylaqlarına bir yay istirahətə gələn bir erməni qoyun sürüsü ilə Bığdey ətrafında düşərgə salır. Ərazi çox xoşuna gəlir. Gedəndə qoyunları qırxdıraraq yununu bulağın gözünə tıxayır və üstünü torpaqlayır ki, bu cənnət misallı yerlər türklərə qalmasın. Su öz məcrasını dəyişərək başqa istiqamətə yön alır. Suyun batdığı ərazi "Subatan", məcrasını dəyişib çıxdığı ərazini isə yerli əhali "Suçıxan" adlandırıblar.

Kəndin adı 1988-ci ilin dekabrına qədər Subatan olmuşdur.

Göyçənin mənzərəli kəndlərindən biri olan Subatan kəndi rayon mərkəzindən 12 km cənub- qərb tərəfdə yerləşmişdir. Kənd cənub tərəfdən 6 km Çaxırlı kəndi ilə, şərq tərəfdən 5 km Tüstülü və Yuxarı Zağalı kəndləri ilə həmsərhəddir. Kəndin eni 2 km, uzunluğu isə 2,5 kmdir. Mənbəyi Şişpilləkən və Qarnıyarıq dağlarından başlayan Zağalı çayı kəndin ətrafından keçərdi. Çaydan qonşu Çaxırlı, Tüstülü və Qırxbulaq kəndlərinin əhalisi də istifadə edərdi. Kəndin 1350 hektar torpağı olmuşdur. Ondan 650 hektarı əkənək, 700 hektarı isə otaraq və biçənək sahələridir. Bunun 650 hektarı əkin, qalanı isə otlaq və biçənək sahəsi idi. Rayon mərkəzindən 12 km cənub-qərbdə yerləşən Subatan cənubda Yuxarı Zağalı, şimalda Çaxırlı, Tüstülü, qərbdə Qızılvəng, Yarpızlı, şərqdə Daşkənd, Qırxbulaq kəndləri ilə həmsərhəd olub.

Kəndin kolxoz təsərrüfatı əsasən kökəltmə maldarlıq və tütünçülük olub. Əhali şəxsi təsərrüfatda mal-qara ilə yanaşı, kartof əkinçiliyi ilə də geniş şəkildə məşğul olub. Bunlardan başqa, burada xalçaçılıq da geniş yayılıb. İrəvan xalçaçılıq məktəbinin "Zəngəzur", Şirvan xalçaçılıq məktəbinin bir çox nümunələri və digər xalça növləri şəxsi evlərdə toxunub, dövlətə təhvil verilib. İndi ermənilər bu xalçaları dünyaya erməni əsərləri kimi təqdim edirlər.

Köçkünlük vaxtı sovxozda 3 DT-75 markalı traktor, 3 otbiçən, 3 presbağlayan, 3 kombayn, 3 otyığan, 4 qoşqu və əlavə olaraq 10-a yaxın müxtəlif texnika, 7 yük maşını, 2000 başdan çox iribuynuzlu heyvan qalıb. Şəxsi təsərrüfatda isə 1000-dən çox iribuynuzlu, 3000-dən çox isə xırdabuynuzlu heyvan qalıb.

Kənddə IV dəfə qaçqınlıq zamanı olmuşdur. I qaçqınlıq zamanı kənd əhalisinin əksəriyyətini erməni qəsbkarları doğma yurdlarından çıxara bilməmişdir.

1918-1920-ci illərdəki II qaçqınlı zamanı kənd əhalisi doğma yurdlarından çıxarılaraq qaçqın düşmüşlər. Kənd əhalisi Şamaxı, Gədəbəy, Goranboy, və başqa yerlərdə məskunlaşmışdır. Kənd əhalisi 1921-ci ilin yazında doğma kəndinə qayıtmış, az bir hissə isə məskunlaşdıqları ərazilərdə qalmışdır. Kəndin təxminən 140-150 evi, 500-600 nəfərə yaxın əhalisi oluşdur.1938-1939-cuillərdə kəndin 140-150 evi, 500-600 nəfərə yaxın əhalisindən 70-80 evi, 250-300 nəfərə yaxın əhalisi mahalın Canəhməd kəndinin yaxınlığındakı, Ağyoxuş kəndinə köçərək özəri üçün daimi yaşayış yeri seçdilər. Parçalanan Subatan kəndinin 70-80 evi, 250-300 nəfərə yaxın əhalisi qaldı. 1948-1953-cü illərdəki III qaçqınlıq zamanı kənd əhalisi heç bir yana çıxmamış, tamamilə doğma yurdlarında qalmışdır. Kəndin qaçqınlıq zamanı 70-80 evi, 250-300 nəfərə yaxın əhalisi olmuşdur. 1988-1991-ci illərdəki IV qaçqınlıq zamanı kənd əhalisi zorla doğma yurdlarından çıxarılaraq qaçqın düşmüşdür. Əhali Bakı, Gəncə, Şəmkir, Yevlax, Xanlar, Samux, Bərdə, Ağdaş, Şamaxı və başqa yerlərdə yaşayır. Kəndin 100 evi, 600-700 nəfərə yaxın əhalisi olmuşdur.

Kənddə səkkizillik məktəb, kinoklub, kitabxana fəaliyyət göstərib.

Yer-yurd adları

[redaktə | mənbəni redaktə et]

Kənddən 2 km gündoğan tərəfdə Su dərəsi adlanan yerdə, adları Türk toponimlərindən ibarət çox mənzərəli və gəzməli yurd yerləri vardır. Onlardan tarixi III-V əsrlərə təsadüf edən, üzərində Qrabar əlifbası ilə yazılan Alban Türklərinin yaşamasından bəhs edən xaç daşları tarixi abidələr, kənddə müqəddəs pir kimi sayılan "Ocaqlı" adlanan müqəddəs yer və kəndin mərkəzindəki Seyidlilər tayfasının ocağı isə dini abidələrdəndir. Seyidlilər və ocaqlı adlanan həmin müqəddəs pirlərə qonşu kəndlərin də əhalisi nəzir dilər və ziyarət edərdilər. Kəndin ərazisindəki qədim yurd yerlərindən Dərəağıl, Atyeyən, Topdaş, Təpədalı, Damqaya, Quzeylər, Qızılitənlər, Namazın əriştəliyi, Danaqırılan, Haçrax, Keşişin xamı, Düllək qayası, Dəvə qayası, Padişahlıq, Molla Salman, Qırğıngüneyi, Kartof yeri, Bığdey, Şəldilərin xamı, Siçanlı, Hacı Şaban, Quş ölən, Ziveydə qalan qaya, Xaxoy, Komsomol qayası, Hoyuq, Şaravan təpəsi, Bədəl dombağı, Qırma, Pollu ev, Kazımın çanağı, Seyidin kalafası, Yuxarı dərə, Qəribin dərəsi, Göy dərə, Tüstülünün komu, Qışqaşdı, Su tökülən, Tülkü yuvası, Suçıxan,Qədimbiçən təpəsi, Ocaqlı təpə, Sarı təpə, Qul təpə, Qotur təpə, Daşlı təpə,Xudat bulağı, Ağakişi bulağı, Bığdey bulağı, Məşədi Şərif bulağı, Suçıxan, Buzlu bulaq, Seyidin kalafası,Cilli göl, Bülbül gölü, Marat gölü, Ördəkli göl və başqa yerləri göstərmək ollar.

Kənddə ilk dəfə Şəldilər tayfasından olan Molla Oruc Alıoğlu tərəfindən təxminən 1897-1898-ci illərdə dini məktəb yəni mollaxana açılmışdır. Məktəbdə kənd əhalisi ilə birlikdə qonşu kəndlərin də əhalisi dini təhsil alaraq müqəddəs "Qurani Kərim"-i öyrənərdilər. Məktəb yarandığı ilk gündən yəni 1897-1898-ci illərdən 1917-ci ilə qədər təxminən 20 ilə yaxın davam etmişdir. Məktəbin 20 illik fəaliyyəti dövründə 60-a yaxın məzunu olmuşdur.

Kəndin tayfaları

[redaktə | mənbəni redaktə et]
  • Mayıllılar - (Cənubi Azərbaycanın Sulduz əyaləti)
  • Alcanlılar - (Cənubi Azərbaycanın Sulduz əyaləti)
  • Göyməmmədlilər - ( Qazax mahalının Qaraçöp kəndi)
  • Şəldilər və ya Şahgəldilər - (Qazax mahalının Qaraçöp kəndi)
  • Koralılar - (Qazax mahalı)
  • Kərbəlayı Vəlilər - (Qazax mahalı)
  • Seyidlilər - (Naxçıvanın Şərur rayonu)
  • Məşədi Qasımlılar - (Naxçıvan Sədərək rayonu)
  • Haqverdilər - ( Gədəbəy rayonunun Söyüdlü kəndi)
  • Süleymanlılar
  • İmanlılar
  • Koralılar

Görkəmli şəxsiyyətləri

[redaktə | mənbəni redaktə et]
  1. Հայաստանի 2011 թ. մարդահամարի արդյունքները (erm.).
  2. İbrahim Bayramov, "Qərbi Azərbaycanın türk mənşəli toponimləri", Bakı, "Elm", 2002.