Sublimasiya — psixikanın müdafiə mexanizmi olaraq, daxili gərginliyinin sosial faydalı əməyə istiqamətləndirilməsi vasitəsilə çıxarılması.
İlk dəfə Ziqmund Freyd tərəfindən təsvir edilib. Ziqmund Freyd iddia edirdi ki, seksual instinktlərin birbaşa çıxışınının məhdudlaşdırılması nəticəsində, onların başqa fəaliyyət növlərinə çevrilməsi baş verir.
İbtidai tayfada Ulu Atanın öz oğullarının seksual həyatını məhdudlaşdılıması nəticəsində, onların çıxış tapa bilməyən seksual enerjisi, başqa sosial faydalı fəaliyyət növlərinə çevrilməyə başlamışdır. Onlarda diqqət, düşüncə, dözümlülük, qavrama və bir çox başqa keyfiyyətlər yaranmışdır.
Ziqmund Freyd, öz nəzəriyyəsinin konsepsiyalarına uyğun olaraq, sublimasiyanı bioloji enerjilərin, xüsusilə də seksual meyllərin, onların birbaşa məqsədlərindən kənarlaşaraq əlverişli sosial məqsədlərə istiqamətlənməsi kimi izah edirdi. O, sublimasiyanı konstruktiv fəaliyyətə və fərdin daxili gərginlikdən azad olmasına xidmət edən müdafiə mexanizmi kimi dəyərləndirirdi. Sublimasiyanın bu cür dəyərləndirilməsi, şəxsiyyətin daxili konfliktlərdən "təmizlənməsinə" yox, onların sosial adaptiv həllininin axtarışına istiqamətlənmiş (əsasən psixoanalizdə) istənilən müalicə zamanı saxlanılır,
Hal-hazırda sublimasiya termini daha geniş mənada - bütün mənfi impulsların (təbiətindən asılı olmayaraq) yenidən istiqamətləndirilməsi kimi başa düşülür. sublimasiya müxtəlif formalar qazana bilər. Məsələn, cərrahiyə sahəsi ilə məşğul olmaqla sadist arzuları sublimasiya etmək mümküdür. Həmçinin həddәn artıq seksual meylliyini incəsənətə, ilk növbədə ixtiraçılığı istiqamətləndirmək mümkündür Sublimasiya mexanizmi arzuolunmaz, psixikanı zədələyən və neqativ hissləri müxtəlif konstruktiv və tələb olunan fәaliyyәt növlərinə verir.