Subway Surfers | |
---|---|
Hazırlayan | Kiloo games & Sybo games |
Yayımlayan | Kiloo games & Sybo games |
Distribüterlər | Kiloo games & Sybo games |
Anons tarixi | 18 sentyabr 2012 |
Buraxılış tarixi | 20 sentyabr 2012 |
Lisenziya | Freemium |
Versiya | Venesiya 1.40.0 (4 iyun 2015) |
Sonuncu versiya | 1.40.0 |
Sonuncu beta-versiya | Subway Surfers "Venesiya" |
Janrlar | Aksiyon və Macəra |
Yaş reytinqləri | yoxdur |
Texniki məlumat | |
Platformalar | Android, İOS |
Oyun rejimi | birnəfərli oyun |
Daşıyıcılar | SD Kart |
Sistem tələbləri | Sensor ekran,klaviatura,maus |
İdarəetmə | Sensor |
Prosessor | Android 2.3.3 və + |
Səs | mp3 |
Rəsmi saytı |
Subway Surfers (ing. Subway Surfers, azərb. Metro sörfçüləri) — Kiloo Games və Sybo Games tərəfindən yaradılmış Android və IOS əməliyyat sistemli mobil telefon və planşet kompyuterlər üçün nəzərdə tutulmuş, aksiyon-macəra janrlı oyun. Sonradan oyunun müxtəlif bayram və şəhərlərlə bağlı digər versiyaları çıxmışdır.
Oyunun anonsu 18 sentyabr 2012-ci ildə YouTube video sosial şəbəkəsi vasitəsilə edilib və 20 sentyabr 2012-ci ildən Google Play və App Store online mağazalarında öz yerini alıb. 30 may 2013-cü ildə 1.11.0 versiyası çıxmışdır. Oyunun tutumu 45 mb-dir.
Hadisələr bir metro deposunda baş verir. Öz dostları Triki (ing. Tricky) və Freş (ing. Fresh)ilə depoya vaqonların üzərinə şəkil çəkməyə gələn Cek (ing. Jake) dayanmış metro vaqonlarından birinin üzərinə şəkil çəkərkən metro nəzarətçisi tərəfindən aşkar edilir. Bundan sonra depoda nəzarətçidən qaçış başlayır. Nəzarətçi və iti Cekin arxasınca düşür. Bir oyunçu bir şeylə qarşılaşsa, müfəttiş onunla görüşür (və nə qədər qaçmağından asılı olmayaraq) və oyun başa çatır. Ancaq toqquşma zamanı bir səth lövhəsi istifadə olunarsa, bunun qarşısını almaq olar, əks halda açarları xərcləmək və ardınca davam etmək mümkündür.[1]
Oyun biroyunçuludur. Və oyuna yeni başlayarkən Ceklə başlayır. Sonradan qızıllar və hədiyyələr hesabına digər oyunçuları da satın alıb seçmək mümkündür. Oyunda məqsəd maneələri dəf edərək nəzarətçidən qaçmaqdır. 2 mərtəbədə 3 qaçış zolağı mövcuddur. Qaça-qaça müxtəlif zolaqlarda olan qızılları yığmaq mümkündür. Bundan əlavə hərəkət edə-edə avtomatik xallar da qazanılır. Bundan başqa 3 ədəd olmaqla hər fəfə missiyalar verilir. Missiyalar yerinə yetirildikcə oyun üzrə xalların hesablanması sürətlənir.
Oyuna yeni başlayarkən yalnız baş qəhrəman Cek açıq olur. Digər oyunçuları seçmək üçün ya hədiyyə qutularından oyunçuya uyğun tələbolunan müxtəlif əşyalar tapılmalı ya da qızıllarla birbaşa satın alınmalıdır. Oyunçular mən (ing. Me) bölməsindən seçilir, dəyişdirilir və ya satın alınır. Oyunçuların siyahısı:
Adı | Əsil adı (ing. name) | Miqdarı[2] | Qiyməti[3] |
---|---|---|---|
Yutani | Yutani | 500 | Uçanboşqab |
Spayk | Spike | 200 | Gitara |
Freş | Fresh | 50 | Radio |
Trikki | Tricky | 3 | Papaq |
Cek | Jake | - | - |
Frank | Frank | 40 000 | Qızıl |
Frizzi | Frizzy | 150 000 | Qızıl |
Kinq | King | 80 000 | Qızıl |
Lusi | Lucy | 7 000 | Qızıl |
Ninja | Ninja | 20 000 | Qızıl |
Taqbot | Tagbot | 12 000 | Qızıl |
Taşa | Tasha | 30 000 | Qızıl |
Zoye | Zoe | 120 000 | Qızıl |
Brodi | Brody | 350 000 | Qızıl |
Prins K | Prince K | 980 000 | Qızıl |
Oyunda oyun zamanı sörfdən də istifadə etmək mümkündür. Sörfləri "Mən" bölməsindən sörflər qrupundan qızıllarla əldə etmək mümkündür. Oradan sörfü seçdikdən, dəyişdirdikdən və ya satın aldıqdan sonra "Əsas səhifə"-dən qızılla miqdarını təyin etmək mümkündür. Oyun zamanı ekrana iki dəfə arxa-arxaya toxunmaq mümkündür ki, sörf aktiv olsun. Sörflərin siyahısı:
Adı | Qiyməti |
---|---|
Freestyler | 45 000 |
Bouncer | 280 000 |
Hot Rod | 280 000 |
Skull Fire | 75 000 |
Hoverboard | - |
Lowrider | 320 000 |
Starboard | 0 |
Daredevil | 85 000 |
Great White | 20 000 |
Scoot | 35 000 |
Lumberjack | 4000 |
Superhero | 8000 |
Big Kahuna | 65 000 |
Miami | 12 000 |
Monster | 30 000 |
Oyunun təkoyunçulu olması səbəbilə şəbəkə oyunu mövcud deyil. Lakin qazanılmış ən yüksək nəticəni "facebook" sosial şəbəkəsi vasitəsilə "facebook" dostları ilə paylaşmaq və həmçinin onlarınnsn da nəticəsinin olduğu siyahını görmək mümkündür.
Əvvəl orijinal Subway Surfers oyunu üçün "Kiloo Games" tərəfindən bayramlarla əlaqədar 2 versiya işıq üzü görür:
Adı | Versiya | Tarix |
---|---|---|
Halloween | 1.4 | Oktyabr 2012 |
Holiday | 1.5 | Dekabr 2012 |
Sonradan orijinal Subway Surfers oyunu üçün "Kiloo Games" tərəfindən Dünya turu (ing. World Tour) layihəsi çərçivəsində müxtəlif şəhər versiyaları buraxılır: