Sudak (şəhər)

Sudak
ukr. Судак
krımtat. Sudaq, Судакъ
Gerb
Gerb
44°51′05″ şm. e. 34°58′21″ ş. u.HGYO
Ölkə  Ukrayna
Region Krım Muxtar Respublikası
Tarixi və coğrafiyası
Əsası qoyulub e.ə. 212
Sahəsi
  • 15 km²
Mərkəzin hündürlüyü 50 ± 1 m
Saat qurşağı
Əhalisi
Əhalisi
  • 17.834 nəf. (2021)[1]
Rəqəmsal identifikatorlar
Telefon kodu +380-6566, +7 (36566)
Poçt indeksi 98000–98023
Xəritəni göstər/gizlə
Sudak xəritədə
Sudak
Sudak
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

Sudak (ukr. Судак, krımtat. Sudaq, Судакъ) — Krım yarımadasının cənubunda, respublika tabeli şəhər.[2] Qara dəniz sahilində yerləşən Sudak şəhəri turizm və şərabçılıq mərkəzi kimi tanınır. Sudak dairəsinin inzibati mərkəzidir.

Osmanlı dövründə şəhər Sudak adını almışdır və indi də bu adı daşıyır.[3] Adın mənası kırım-tatar dilində suv — su, dak — dağ deməkdir. Yəni suda olan dağ və ya su altında dağlar.[4][5]

Sudak Krım yarımadasının cənub-şərq sahilində, Aluşta şəhərində 47 km şimali-şərqdə və Feodosiyadan 42 km cənub-qərbdə yerləşir. Şəhər eyni adlı çayının vadisində, Sudak körfəzinin sahilindədir. Qərbdən Krepostnaya dağı ilə və şərqdən Alçak burnu ilə həmsərhədlənir. Şimaldan şəhəri əhatə edən dağlar fıstıq və palıd meşələri ilə örtülüdür. Şərqdə quraq Kapselskaya vadisi yerləşir. Şəhər öz ərazisini daim genişləndirir. 1996-cı ildə 480.29 hektardan 1429.46 hektara, 2003-cü ildə isə şəhər ərazisinin sahəsi 2347.7 hektara qədər artırılmışdır.[6][7]

Sudak şəhərinin iqlimi Krımın cənub sahillərinin iqliminə yaxındır - qışı mülayim, yayı quraq. Kəskin temperatur dəyişilməsi müşahidə olunmur. İllik yağıntı miqdarı azdır - ildə orta hesabla 318 mm (Yaltada - 609 mm). Orta illik temperatur +11.9 °C-dir. Yay aylarında isti və quru, bəzən də çox isti olur. Xüsusilə iyul və avqust aylarında isti olur - +38 °C.

Sudak (Xalkinski) əlyazmalarında yazılan məlumata görə (13-cü əsrin sonu), şəhər 212-ci ildə qurulmuşdur. Sugdeya (yun. Σουγδαία) adlı bu şəhər Bosfor dövlətinin forpostu idi. Krepostnaya dağındakı olan qalanın qalıqları III-V əsrlər aiddir.[3]

2014-cü ilin əhalinin siyahıyaalınmasına görə şəhər əhalisinin sayı 16784 nəfərdir.[2]

  1. https://rosstat.gov.ru/storage/mediabank/tab-5_VPN-2020.xlsx (rus.).
  2. 1 2 Постановление ВС Крымской АССР от 24 октября 1991 года № 166-I «Об отнесении Судака к категории городов республиканского подчинения»
  3. 1 2 "СУДАК • Большая российская энциклопедия - электронная версия". bigenc.ru. 2019-10-15 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2019-10-15.
  4. Краткая история города Судак Arxivləşdirilib 2019-10-04 at the Wayback Machine — «Остров Крым»
  5. Судак Arxivləşdirilib 2019-10-15 at the Wayback Machine — Топонимический словарь Крыма
  6. Об изменении границ города Судака. Arxivləşdirilib 2016-03-05 at the Wayback Machine Верховная Рада АРК; Постановление от 22.05.1996 № 797-1
  7. https://zakon.rada.gov.ua/krym/show/rb0769002-03