Paxakn kəndi | |
---|---|
Sultanabad kəndi | |
41°03′13″ şm. e. 43°40′08″ ş. u.HGYO | |
Ölkə | Ermənistan |
Tabesində | Şirak mərzi |
Region | Ağbaba mahalı |
Rayon | Amasiya rayonu |
Tarixi və coğrafiyası | |
Əvvəlki adları | Sultanabad, Şuraabad |
Mərkəzin hündürlüyü | 2.040 m |
Saat qurşağı | UTC+4 |
Əhalisi | |
Əhalisi | 59[1] nəfər (2018) |
Rəsmi dili | |
Sultanabad (Paxakn)—Qərbi Azərbaycanın Ağbaba mahalının Amasiya rayonunda bir kənd. Hal-hazırda Ermənistanın Şirak mərzinə daxil olan keçmiş Təpəkənd, indiki Berdaşen kəndi ilə birgə kənd inzibati vahidinə daxildir.
Sultanabad Rayon mərkəzindən 20 km şimal-qərbdə, Arpagölün yaxınlığında yerləşir. Qafqazın 5 verstlik xəritəsində qeyd edilmişdir.[2]
Sultanabad toponimi iki sözün − şəxs adı bildirən Sultan və «müntəzəm çoxlu tikintisi, yaşayış üçün hər cür şəraiti olan; şen»[3] mənasında işlənən abad sözünün birləşməsindən əmələ gəlmiş antropotoponimdir. Quruluşca mürəkkəb toponimdir.
Erm. SSR AS RH-nin 12.XI.1935-ci il tarixli fərmanı ilə kəndin adı dəyişdirilib Şurabad (Sovetabad mənasında) qoyulmuşdur.
1991-ci ildən sonra adı Paxakn olaraq dəyişdirilmiş, 2000-ci illərdə yaradılan Şirak mərzinə daxil edilmiş, keçmiş Təpəkənd, indiki Berdaşen kəndi ilə bir kənd inzibati vahidinə daxil edilib.
Kəndin sakinləri azərbaycanlılar olmuşdur. Erməni mənbələrində kənddə yaşayanların qarapapaqlar olduğu göstərilir[4].
Qarapapaqlar azərbaycanlıların etnoqrafik qruplarından biri olmuşdur və türk tayfalarından biridir.
Kənddə 1886-cı ildə 171 nəfər, 1897-ci ildə 249 nəfər, 1908-ci ildə 286 nəfər, 1914-cü ildə 384 nəfər qarapapaqlar[5] yaşamışdır[6]. 1916-cı ildə azərbaycanlılar ermənilər tərəfindən qovulmuşdur. 1920-ci il noyabrın 29-da indiki Ermənistanda sovet hakimiyyəti qurulandan sonra azərbaycanlılar öz doğma kəndlərinə qayıda bilmişdir. Burada 1922-ci ildə 144 nəfər, 1926-cı ildə 198 nəfər, 1931-ci ildə 224 nəfər[7], 1970-ci ildə 219 nəfər, 1987-ci ildə 319 nəfər azərbaycanlı yaşamışdır. 1989-cu ilin qışında — yanvar ayında azərbaycanlılar Ermənistan dövləti tərəfindən qovulmuş, kəndə ermənilər yerləşdirilmişdir. Hal-hazırda ancaq ermənilər yaşayır.