Sultaniyə

Şəhər
Sultaniyə
36°26′04″ şm. e. 48°47′51″ ş. u.HGYO
Ölkə
Tarixi və coğrafiyası
Sahəsi
  • 790,14 ha[1]
  • 349,72 ha
Mərkəzin hündürlüyü 1.784 ± 1 m
Əhalisi
Əhalisi
  • 7.638 nəf. (2016)[2]
Digər
soltaniyeh.mcth.ir
Xəritəni göstər/gizlə
Sultaniyə xəritədə
Sultaniyə
Sultaniyə
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar
Olcaytu Xudabəndə türbəsi

Sultaniyə (fars. سلطانیه‎) — İranın Zəncan ostanının Sultaniyə şəhristanının mərkəzi şəhəri.

2006-cı il əhalinin siyahıya alınmasına əsasən, şəhərin əhalisi 5,684 nəfər və 1,649 ailədən ibarət idi[3]. Əhalisinin əksəriyyəti azərbaycanlılardan ibarətdir və azərbaycan dilində danışırlar.

1256-1357-ci illərdə Azərbaycanda hakimiyyətdə olan Elxanilər özlərinə aid olan yerlərdə bir sıra dəyərli binalar qurmağa başladılar. Onlardan biri də Zəncan şəhərinə yaxın Sultaniyyə çəmənliyində qurulan binadır. Bu bina bir neçə məqsədlə tikilmişdi. Binanı təşkil edən hissələr haqqında danışaq.

Sultaniyə bazarı

[redaktə | mənbəni redaktə et]

Sultaniyyədə böyük bir bazar var imiş. Dünyanın hər tərəfindən gələn məhsullar burada alınıb-satılarmış. İspaniyalı səfir Gilavixo belə yazır:

"Sultaniyyə çox cəmiyyətli bir şəhərdir. Alver sahəsində Təbrizdən önəmlidir. Onun bazarı bu şəhərdən balaca görünür. Yaz fəslində dəvələrə yüklənmiş mallar bazara daxil olur. Xalq ona "karvan" deyir... Hindistan tacirləri ədva, Gilan tacirləri ipək, Şirvan tacirləri parça gətirirlər."

Həmdullah Müstəvfi əl-Qəzvini bazarın 3 min addım olan genişliyindən yazır. Bu bazarı hətta Aran-Bağdad-Gilan-Hindistan sərhəddi belə adlandırmışlar.

  1. World Heritage List (ing.): Soltaniyeh. UNESCO.
  2. جمعیت به تفکیک تقسیمات کشوری (fars.).
  3. ""Census of the Islamic Republic of Iran, 1385 (2006)"". 2011-11-14 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 2012-06-27.

Xarici keçidlər

[redaktə | mənbəni redaktə et]