Sumba boğazı

Sumba boğazı
ind. Selat Sumba
Ümumi məlumatlar
Eni minimum 45 km
Ən böyük dərinliyi 900 m
Yerləşməsi
9°08′00″ c. e. 119°55′00″ ş. u.HGYO
Ölkə  İndoneziya
Akvatoriyası
Ayırır Sumba adasını Kiçik Zond adalarından
Sumba boğazı xəritədə
Sumba boğazı
Sumba boğazı

Sumba boğazı (ind. Selat Sumba) — Kiçik Zond adaları arasında yerləşən boğaz. Boğaz Kiçik Zond adalarını Sumba adasından ayırır. Savu dənizini Hind okeanı ilə birləşdirir. Gəmiçilik üçün böyük əhəmiyyət kəsb edir. Ərazisi müxtəlif Milli Parkların ərazisinə daxildir.

Boğaz şimaldan Sape, Lintax və Molo boğazları ilə birləşir. Boğazın eni 45 km təşkil edir. Sahil xətti ərazisində dərinlik 200 metr, maksimsl dərinliyi isə 900 metri keçmir.

Suyunun orta illik temoeraturu 30 °C-dir ki, bu isə digər boğazlardan 1-3 °C yuxarıdır. Suyunun duzluğu 35 ‰ təşkil edir. Boğazın sahəsi 35 km² təşkil edir. Sularında 14 növ balina kimilər, 336 növ balıq 500 növ mərcan yaşayır[1]

Tarixi və əhəmiyyəti

[redaktə | mənbəni redaktə et]

1942-ci ilin martında boğaz ərazisində Böyük Britaniyaya məxsus hərbi nəqliyyat təyyarəsi Douglas DC-3 vurulur. Onun ekipazı 30 saatlıq üzgüdən sonra Sumba sahillərinə çatmışdırlar[2]. Boğaz əraxisindən bərə nəqliyyatı hərəkət edir.

  1. "Keputusan Menteri Kelautan Dan Perikanan Republik Indonesia Nomor Kep.38/Men/2009 Tentang Pencadangan Kawasan Konservasi Perairan Nasional Laut Sawu Dan Sekitarnya Di Provinsi Nusa Tenggara Timur" (PDF) (indoneziya). Kementerian Kelautan dan Perikanan Republik Indonesia. 2016-04-18 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2016-04-08.
  2. "Lionel Van Praag - Speedway" (ingilis). Sport Australia Hall of Fame. 2016-03-26 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 2016-04-08.