Suriya mühafəzələri (ərəb. محافظات سوريا) — Suriya Ərəb Respublikasının birinci dərəcəli inzibati vahidi. Suriya unitar bir dövləttir, lakin inzibati səbəblərə görə ölkə 14 mühafəzəyə (ərəb. محافظة) bölünür. Bu mühafəzələr 60 rayona (ərəb. منطقة; mıntıka), bu rayonlar isə ölkənin ən kiçik inzibati vahidi – 206 nahiyəyə (ərəb. ناحية) bölünmüşdür.
Hər bir mühafəzəyə Nazirlər Kabinetinin təsdiqi ilə prezident tərəfindən təyin edilən valilər rəhbərlik edir. Vali mühafəzədə idarəetmə, səhiyyə, sosial servislər, təhsil, turizm, ictimai işlər, nəqliyyat, daxili ticarət, kənd təsərrüfatı, sənaye, mülki müdafiə və son olaraq qanun və qaydanın qorunub saxlanılmasından məsuldur. Yerli İdarəetmə Naziri yerli inkişaf layihələrinə nəzarət etmək üçün valilər ilə yaxından işləyirlər. Mühafəzə valisi üzvlərinin 4-illik xidmət üçün əksəriyyət tərəfindən seçilən Əyalət Şurası ilə də yaxından fəaliyyət göstərir.
Rayonlar və nahiyələr vali tərəfindən təyin edilən məmurlar tərəfindən idarə edilir. Bu məmurlar xalq tərəfindən seçilmiş rayon şuraları ilə yerli məsələlər üzrə işləyir və mərkəzi hökümətlə kənd rəisləri, ağsaqqallar şuraları, dini rəhbərlər kimi ənənəvi yerli liderlər arasında vasitəçi qurum olaraq fəaliyyət göstərirlər.
Mühafəzə adı | Ərazi (km²) |
Əhali (2010) |
Əhali sıxlığı (km²) |
Rayonların sayı | Şəkil | Xəritədə yeri |
---|---|---|---|---|---|---|
Hələb mühafəzəsi | 18,500 | 4,600,166 | 248.65 | 8 | ||
Ər-Rəqqə mühafəzəsi | 19,616 | 919,000 | 46.84 | 3 | ||
Əs-Süveyda mühafəzəsi | 5,550 | 364,000 | 65.58 | 3 | ||
Dəməşq mühafəzəsi | 1,599 | 2,211,042 | 18,273.07 | 1 | ||
Dəra mühafəzəsi | 3,730 | 998,000 | 267.65 | 3 | ||
Deyr əz-Zor mühafəzəsi | 33,060 | 1,200,500 | 36.31 | 3 | ||
Həma mühafəzəsi | 8,883 | 1,593,000 | 179.33 | 5 | ||
Əl-Həsəkə mühafəzəsi | 23,334 | 1,272,702 | 55.54 | 4 | ||
Hüms mühafəzəsi | 42,223 | 1,762,500 | 41.74 | 6 | ||
İdlib mühafəzəsi | 6,097 | 1,464,000 | 240.11 | 5 | ||
Əl-Laziqiyyə mühafəzəsi | 2,297 | 1,278,486 | 556.58 | 4 | ||
Əl-Qüneytirə mühafəzəsi | 1,861 | 87,000 | 46.74 | 2 | ||
Dəməşq mühafəzəsi | 18,032 | 2,831,738 | 157.03 | 9 | ||
Tərtus mühafəzəsi | 1,892 | 785,000 | 414.90 | 5 |
Aşağıda verilən xəritədə Suriyanın mühafəzələri göstərilmişdir:
Mühafəzə | 2004[1][2] s.a. | 2009[3] r.t. | 2011[4] r.t. |
---|---|---|---|
Hələb mühafəzəsi | 4,045,166 | 4,507,000 | 4,868,000 |
Dəməşq mühafəzəsi | 2,273,074 | 2,570,000 | 2,836,000 |
Dəməşq şəhəri | 1,552,161 | 1,690,000 | 1,754,000 |
Hüms mühafəzəsi | 1,529,402 | 1,686,000 | 1,803,000 |
Həma mühafəzəsi | 1,384,953 | 1,524,000 | 1,628,000 |
Əl-Həsəkə mühafəzəsi | 1,275,118 | 1,409,000 | 1,512,000 |
İdlib mühafəzəsi | 1,258,427 | 1,393,000 | 1,501,000 |
Deyr əz-Zor mühafəzəsi | 1,004,747 | 1,128,000 | 1,239,000 |
Əl-Laziqiyyə mühafəzəsi | 879,551 | 959,000 | 1,008,000 |
Dəra mühafəzəsi | 701,395 | 943,000 | 1,027,000 |
Ər-Rəqqə mühafəzəsi | 793,514 | 876,000 | 944,000 |
Tərtus mühafəzəsi | 843,478 | 762,000 | 797,000 |
Əs-Süveyda mühafəzəsi | 313,231 | 352,000 | 370,000 |
Əl-Qüneytirə mühafəzəsi | 66,627 | 81,000 | 90,000 |
Ümumi əhali | 17,920,844 | 19,880,000 | 21,377,000 |