Suriyanın şimalının Türkiyə tərəfindən işğalı

Suriyanın şimalının Türkiyə tərəfindən işğalı
Bayraq
Bayraq
  Fərat Qalxanı əməliyyatı (2016) sahəsi   Zeytun budağı əməliyyatı (2018) sahəsi   Sülh Bulağı əməliyyatı (2019) sahəsi   Fərat Qalxanı əməliyyatı (2016) sahəsi   Zeytun budağı əməliyyatı (2018) sahəsi   Sülh Bulağı əməliyyatı (2019) sahəsi
  Sülh Bulağı əməliyyatı (2019) sahəsi
  Sülh Bulağı əməliyyatı (2019) sahəsi
Tarixi
 • Birinci müdaxilə 24 avqust 2016
 • İkinci müdaxilə 20 yanvar 2018
 • Üçüncü müdaxilə 9 oktyabr 2019
Paytaxt Əzaz[1]
İdarəetmə forması Müvəqqəti hökumət
Prezident Səlim Məslət
Baş nazir Əbdürrəhman Mustafa
Müdafiə naziri Səlim İris
Sahəsi
 • Ümumi 8835[2][3][4] km²

Suriyanın şimalının Türkiyə tərəfindən işğalıSuriya vətəndaş müharibəsi zamanı Suriyanın şimalındakı ərazilərin Türkiyə Silahlı Qüvvələri və onun müttəfiqi Suriya Milli Ordusu tərəfindən işğal edilməsi. Bu proses 2016-cı ilin avqustundan başlamışdır.[5][6] Bu ərazilər nominal olaraq Suriya müxalifəti ilə əlaqəli bir hökuməti tanısalar da, praktikada mərkəzləşdirilməmiş yerli şuraların və Türkiyənin hərbi administrasiyasının ikili səlahiyyəti altında ayrıca kvazidövlət təşkil edirlər.[7]

Suriyanın Türkiyənin nəzarətində olan əraziləri əl-Bab, Əzaz, Cərablus, Racu, Təl-ƏbyəzRəsulayn kimi şəhərlər də daxil olmaqla 1,000-dən çox yaşayış məntəqəsindən ibarət 8,835 kvadrat kilometr ərazini əhatə edir. Bu yaşayış məntəqələrinin əksəriyyəti Türkiyə hökuməti tərəfindən terror təşkilatı kimi tanınan İslam Dövləti (İŞİD) və Suriya Demokratik Qüvvələrindən (SDQ) ələ keçirilmişdir. Buna baxmayaraq, bəzi şəhərlər, o cümlədən Əzaz Türkiyənin müdaxiləsindən əvvəl Suriya müxalifətinin nəzarəti altında idi. Suriya Müvəqqəti Hökuməti Türkiyənin nəzarətində olan ərazilərə köçmüşdür. Hökumət burada qismən səlahiyyətlərini genişləndirməyə başlamış, Suriya vətəndaşlarına sənədlərin verilməsi ilə məşğul olmuşdur. Bu ərazilər Türkiyə rəsmiləri tərəfindən "təhlükəsiz zonalar" adlandırılır.[8] İşğalın bəzi ərazilərdə insan haqlarının pozulmasına, o cümlədən etnik təmizləməyə səbəb olduğu iddia edilir.[9][10][11][12]

Şimali Suriya, o cümlədən Türkiyənin nəzarətində olan ərazilər tarixən etnik cəhətdən çox qarışıq olmuşdur. Burada əsasən ərəblər, kürdlər, türkmənlər, yezidilərçərkəzlər yaşayır.[13][14] 2020-ci ildən etibarən türklərin nəzarətində olan ərazilərdə ərəblər çoxluq təşkil edirdi.[15] Türkiyə işğalından əvvəl əl-Bab regionunda ərəblər, Afrin bölgəsində isə kürdlər çoxluq təşkil edirdi.[15][16][17] Təll-Əbyəzdə daha çox ərəblər yaşayırdı,[18] Rəsulaynda isə kürdlərin üstünlük təşkil edirdi.[19] Bununla belə, bütün bu ərazilər vətəndaş müharibəsi səbəbindən qaçqınların yerdəyişməsi və əhalinin hərəkətindən güclü şəkildə təsirlənmişdir.[20][21] Türkiyənin müdaxiləsindən sonra çoxlu sayda suriyalı qaçqın könüllü və ya iradələrindən kənar olaraq bu ərazilərə köçmüşdür.[15][21]

Etnik təmizləmə

[redaktə | mənbəni redaktə et]

Türkiyənin rəhbərlik etdiyi qüvvələr 2018-ci ilin əvvəlində Əfrin kantonunu ələ keçirdikdən sonra əsasən ərəb döyüşçüləri[22] və Suriyanın cənubundan olan qaçqınları[23] regionda yerləşdirməyə başlanılmışdır. Onlar evlərindən didərgin düşmüş yerlilərin evlərində məskunlaşmışdır.[24] Əfrinin əksəriyyəti kürd və ya yezidi olan əvvəlki sakinlərinin evlərinə qayıtmasında maneələr təşkil edilmişdir.[22][23] Suriya Milli Ordusunun (SMO) bəzi kürd milisləri və Türkiyənin dəstəklədiyi mülki şuralar bu köçürmə siyasətlərinə qarşı çıxsalar da, əksər SMO bölmələri onları tam formada dəstək vermişdilər.[23] Dəməşqdən, Şərqi Qutadan olan bəzi qaçqınlar "mütəşəkkil demoqrafik dəyişikliyin" bir hissəsi olduqlarını söyləmiş, bu planda Əfrinin kürd əhalisini ərəblərlə əvəz edilməsinin nəzərdə tutulduğunu qeyd etmişdilər.[22] 2018-ci ilin mart ayına qədər Türkiyənin müdaxiləsi zamanı 200,000-dən çox insan Əfrin regionundan qaçqın düşmüş,[25] Türkiyənin müdaxiləsindən sonra isə Suriyanın digər bölgələrindən olan 458,000 nəfər Əfrinə yerləşdirilmişdir.[26]

Toponimik türkləşdirmə

[redaktə | mənbəni redaktə et]

Regionda Türkiyənin nəzarətinin qurulmasından sonra bir sıra küçə, meydan və kəndlərin adları dəyişdirilmişdir. Məsələn, Kastal Məkdad və Kutana kəndləri, həmçinin Rayi şəhərinin adı rəsmi olaraq Səlcuq obası, Zəfər obası və Çobanbəy olaraq dəyişdirilmişdir. Əfrində Saraya meydanı Ərdoğan meydanı adını daşıyır. Həm türkcə, həm də ərəbcə adın verildiyi lövhələrdə türkcə adlar daha böyük şriftlə vurğulanır.[27]

  1. "Turkey's Idlib Incursion and the HTS Question: Understanding the Long Game in Syria". War on the Rocks. October 31, 2017. June 4, 2019 tarixində arxivləşdirilib. İstifadə tarixi: April 12, 2018.
  2. "30 يوما من نبع السلام: "قسد" تخسر نصف مساحة سيطرتها تقريبا.. وروسيا و"النظام" لاعب جديد في الشمال السوري.. وانتهاكات الفصائل التركية تجبر المدنيين على الفرار.. وأكثر من 870 شهيداً وقتيلاً.. وأوضاع إنسانية وصحية كارثية تهدد المنطقة". 9 November 2019. 2019-11-09 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2019-11-09.
  3. "Fırat Kalkanı Harekatının 216 günlük bilançosu". 30 March 2017. 2019-11-09 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2019-11-09.
  4. "Bozdağ: Türkiye'nin Afrin de işi bitmemiştir - Politika haberleri". 26 March 2018. 2019-11-09 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2019-11-09.
  5. Sirwan Kajjo. "Skirmishes Mar Fight Against IS in Northern Syria". Voice of America. 2 March 2017. 13 April 2017 tarixində arxivləşdirilib. İstifadə tarixi: 13 April 2017. Turkish occupation "is an existential threat to the Assad government's ability to reclaim the entirety of its territory, which is a key argument that regime loyalists make in their support of Bashar al-Assad's government," Heras said.
  6. Robert Fisk. "In northern Syria, defeated Isis fighters leave behind only scorched earth, trenches – and a crucifixion stand". The Independent. 29 March 2017. 28 July 2017 tarixində arxivləşdirilib. İstifadə tarixi: 17 September 2017. You can’t mistake the front line between the Syrian army and Turkey’s occupation force east of Aleppo.
  7. Haid Haid. "Turkey's Gradual Efforts to Professionalize Syrian Allies". Carnegie Endowment for International Peace. 2 November 2018. 20 November 2018 tarixində arxivləşdirilib. İstifadə tarixi: 19 November 2018.
  8. "Safe zone 'crucial for Turkmen in Syria'". www.aa.com.tr. 2019-10-07 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2019-10-10.
  9. Rudaw. "Afrin, Syria: Kurdish population more than halved since 2018 Turkish invasion". genocidewatch (ingilis). 2020-04-20. 2021-11-04 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2021-11-04.
  10. "NYT accused of whitewashing Turkey's Afrin occupation". The Jerusalem Post | JPost.com (ingilis). 2021-11-04 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2021-11-04.
  11. "'Nothing is ours anymore': Kurds forced out of Afrin after Turkish assault". the Guardian (ingilis). 2018-06-07. 2021-11-05 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2021-11-04.
  12. Iddon, Paul. "Turkey's actions in Syria's Afrin amount to ethnic cleansing - Kurdish analysts". Ahval (ingilis). 2020-03-19. 2021-11-04 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2021-11-04.
  13. Morton, (2020)
  14. Vanly, (1992)
  15. 1 2 3 Asli Aydıntaşbaş. "A new Gaza: Turkey's border policy in northern Syria". 28 May 2020. 12 January 2021 tarixində arxivləşdirilib. İstifadə tarixi: 10 February 2021.
  16. Khayrallah al-Hilu. "Afrin Under Turkish Control: Political, Economic and Social Transformations" (PDF). 2019. 26 December 2020 tarixində arxivləşdirilib (PDF). İstifadə tarixi: 10 February 2021.
  17. Adar, Sinem; Stiftung Wissenschaft Und Politik. "Repatriation to Turkey's "Safe Zone" in Northeast Syria". SWP Comment. 1 January 2020. doi:10.18449/2020C01. 23 January 2021 tarixində arxivləşdirilib. İstifadə tarixi: 10 February 2021.
  18. Fabrice Balanche. "The district's ethnic composition and wartime migrations make it the weakest point of the YPG defense system, and the most likely entryway for Turkish troops and their proxies". 21 December 2018. 11 February 2021 tarixində arxivləşdirilib. İstifadə tarixi: 10 February 2021.
  19. Tessa Fox. "Who Exactly Is Turkey Resettling in Syria?". 19 December 2019. 3 February 2021 tarixində arxivləşdirilib. İstifadə tarixi: 10 February 2021.
  20. Khayrallah al-Hilu. "Afrin Under Turkish Control: Political, Economic and Social Transformations" (PDF). 2019. 26 December 2020 tarixində arxivləşdirilib (PDF). İstifadə tarixi: 10 February 2021.
  21. 1 2 Ferhat Gurini. "Turkey's Lack of Vision in Syria". 26 February 2019. 2 March 2021 tarixində arxivləşdirilib. İstifadə tarixi: 10 February 2021.
  22. 1 2 3 Patrick Cockburn. "Yazidis who suffered under Isis face forced conversion to Islam amid fresh persecution in Afrin". The Independent. 18 April 2018. 13 June 2019 tarixində arxivləşdirilib. İstifadə tarixi: 23 August 2018.
  23. 1 2 3 Ammar Hamou; Barrett Limoges. "Seizing lands from Afrin's displaced Kurds, Turkish-backed militias offer houses to East Ghouta families". SYRIA:direct. 1 May 2018. 13 April 2019 tarixində arxivləşdirilib. İstifadə tarixi: 23 August 2018.
  24. "Syria's war of ethnic cleansing: Kurds threatened with beheading by Turkey's allies if they don't convert to extremism". The Independent. 12 March 2018. 5 June 2019 tarixində arxivləşdirilib. İstifadə tarixi: 16 December 2018.
  25. "More than 200,000 people fled Syria's Afrin, have no shelter: Kurdish official Arxiv surəti 25 noyabr 2018 tarixindən Wayback Machine saytında Arxivləşdirilib 2018-11-25 at the Wayback Machine". Reuters. 19 March 2018.
  26. "Afrin: Kurdish population more than halved since 2018 offensive, says rights group". Rudaw. 20 April 2020. 29 April 2020 tarixində arxivləşdirilib. İstifadə tarixi: 6 May 2020.
  27. Baker, Rauf. "When will Turkey annex Northern Syria?". Middle East Quarterly. Fall 2021. September 2021. November 1, 2021 tarixində arxivləşdirilib. İstifadə tarixi: November 1, 2021.

Əlavə ədəbiyyat

[redaktə | mənbəni redaktə et]