Suriyanın Türkiyənin nəzarətində olan əraziləri əl-Bab, Əzaz, Cərablus, Racu, Təl-Əbyəz və Rəsulayn kimi şəhərlər də daxil olmaqla 1,000-dən çox yaşayış məntəqəsindən ibarət 8,835 kvadrat kilometr ərazini əhatə edir. Bu yaşayış məntəqələrinin əksəriyyəti Türkiyə hökuməti tərəfindən terror təşkilatı kimi tanınan İslam Dövləti (İŞİD) və Suriya Demokratik Qüvvələrindən (SDQ) ələ keçirilmişdir. Buna baxmayaraq, bəzi şəhərlər, o cümlədən Əzaz Türkiyənin müdaxiləsindən əvvəl Suriya müxalifətinin nəzarəti altında idi. Suriya Müvəqqəti Hökuməti Türkiyənin nəzarətində olan ərazilərə köçmüşdür. Hökumət burada qismən səlahiyyətlərini genişləndirməyə başlamış, Suriya vətəndaşlarına sənədlərin verilməsi ilə məşğul olmuşdur. Bu ərazilər Türkiyə rəsmiləri tərəfindən "təhlükəsiz zonalar" adlandırılır.[8] İşğalın bəzi ərazilərdə insan haqlarının pozulmasına, o cümlədən etnik təmizləməyə səbəb olduğu iddia edilir.[9][10][11][12]
Şimali Suriya, o cümlədən Türkiyənin nəzarətində olan ərazilər tarixən etnik cəhətdən çox qarışıq olmuşdur. Burada əsasən ərəblər, kürdlər, türkmənlər, yezidilər və çərkəzlər yaşayır.[13][14] 2020-ci ildən etibarən türklərin nəzarətində olan ərazilərdə ərəblər çoxluq təşkil edirdi.[15] Türkiyə işğalından əvvəl əl-Bab regionunda ərəblər, Afrin bölgəsində isə kürdlər çoxluq təşkil edirdi.[15][16][17] Təll-Əbyəzdə daha çox ərəblər yaşayırdı,[18] Rəsulaynda isə kürdlərin üstünlük təşkil edirdi.[19] Bununla belə, bütün bu ərazilər vətəndaş müharibəsi səbəbindən qaçqınların yerdəyişməsi və əhalinin hərəkətindən güclü şəkildə təsirlənmişdir.[20][21] Türkiyənin müdaxiləsindən sonra çoxlu sayda suriyalı qaçqın könüllü və ya iradələrindən kənar olaraq bu ərazilərə köçmüşdür.[15][21]
Türkiyənin rəhbərlik etdiyi qüvvələr 2018-ci ilin əvvəlində Əfrin kantonunu ələ keçirdikdən sonra əsasən ərəb döyüşçüləri[22] və Suriyanın cənubundan olan qaçqınları[23] regionda yerləşdirməyə başlanılmışdır. Onlar evlərindən didərgin düşmüş yerlilərin evlərində məskunlaşmışdır.[24] Əfrinin əksəriyyəti kürd və ya yezidi olan əvvəlki sakinlərinin evlərinə qayıtmasında maneələr təşkil edilmişdir.[22][23]Suriya Milli Ordusunun (SMO) bəzi kürd milisləri və Türkiyənin dəstəklədiyi mülki şuralar bu köçürmə siyasətlərinə qarşı çıxsalar da, əksər SMO bölmələri onları tam formada dəstək vermişdilər.[23]Dəməşqdən, Şərqi Qutadan olan bəzi qaçqınlar "mütəşəkkil demoqrafik dəyişikliyin" bir hissəsi olduqlarını söyləmiş, bu planda Əfrinin kürd əhalisini ərəblərlə əvəz edilməsinin nəzərdə tutulduğunu qeyd etmişdilər.[22] 2018-ci ilin mart ayına qədər Türkiyənin müdaxiləsi zamanı 200,000-dən çox insan Əfrin regionundan qaçqın düşmüş,[25] Türkiyənin müdaxiləsindən sonra isə Suriyanın digər bölgələrindən olan 458,000 nəfər Əfrinə yerləşdirilmişdir.[26]
Regionda Türkiyənin nəzarətinin qurulmasından sonra bir sıra küçə, meydan və kəndlərin adları dəyişdirilmişdir. Məsələn, Kastal Məkdad və Kutana kəndləri, həmçinin Rayi şəhərinin adı rəsmi olaraq Səlcuq obası, Zəfər obası və Çobanbəy olaraq dəyişdirilmişdir. Əfrində Saraya meydanı Ərdoğan meydanı adını daşıyır. Həm türkcə, həm də ərəbcə adın verildiyi lövhələrdə türkcə adlar daha böyük şriftlə vurğulanır.[27]
↑Sirwan Kajjo. "Skirmishes Mar Fight Against IS in Northern Syria". Voice of America. 2 March 2017. 13 April 2017 tarixində arxivləşdirilib. İstifadə tarixi: 13 April 2017. Turkish occupation "is an existential threat to the Assad government's ability to reclaim the entirety of its territory, which is a key argument that regime loyalists make in their support of Bashar al-Assad's government," Heras said.