"Suus" | |
---|---|
Rona Nişliu tərəfindən ifa olunmuş mahnı | |
Yayımlanıb | 2012 |
Yazılma tarixi | 2012 |
Janr | dünya musiqisi[d] |
Dil | Alban dili |
Sözlərin müəllifi | Rona Nişliu |
"Suus" (azərb. Özünün, Şəxsi) — Kosovo-Alban ifaçı və bəstəkarı Rona Nişliu səsləndirməsində alban dilli[a] folklor ballada. Mahnı musiqi mütəxəssisləri və tənqidçiləri tərəfindən müsbət rəylər alaraq, Avroviziya Mahnı Müsabiqəsinin "Həqiqi qalibləri" siyahısına daxil edilmişdir.[1]
Böyük musiqiçi kütləsi tərəfindən müsbət müzakirələrə hədəf olaraq "Şah əsər" adlandırılan "Suus" hüznlü sülh əsərinin sözləri Rona Nişliu, bəstəsi isə Florent Boşnyakuya məxsusdur.
Mahnının mövzusu 1999-cu ildə baş verən dəhşətli Kosova müharibəsi və bu çətin günlərdə ifaçının məruz qaldığı həqiqi acıları əks etdirir. O, sözügedən böhranlı anlarda doğma vətəni Mitrovitsanı tərk etmək məcburiyyətində qalmışdır. Mahnının sözlərində yer alan "Bu dünyada artıq mərhəmət yoxdur, hətta zamanın belə bizə ayıracaq "Zamanı" qalmayıb. Dünənlərin heç bir əhəmiyyəti yoxdur, çünki dünən mövcud ola bilməyənlər onsuzda təlatümlü dənizlərdə məhv oldular. Sabahlar da heç bir ümid gətirməyəcək. Mənə ağlamağı öyrədin! Ağla! Ağla!" kimi cümlələrdə, Rona Nişliunun müharibə kədəri əks-səda verməkdədir. Mərsiyə xarakterli əsərin sonunda yer alan nida beyti mahnının ruhunu ümumiləşdirir.
Musiqi əsərindəki vokal çıxışı səbəbilə də təriflərə layiq görülən istedadlı ifaçı Rona Nişliu müəllifi olduğu "Suus" mahnısı haqqında: "Mahnı bütün insanların yaşaya biləcəyi çətin anlardan bəhs etsədə, sonda mütləq bir işıq mövcuddur" ifadələrini söyləmişdir.[2]
Ərazi | Tarix | Müddət | Format | Etiket |
---|---|---|---|---|
Müxtəlif ölkələr | 20 iyul 2016 | 3:06[b] | Rəqəmsal yükləmə | Broken Al, RTSH |
"Suus" mahnısı Albaniyanın ənənəvi musiqi hadisəsi hesab edilən Festivali i Këngësin, 29 dekabr 2011-ci il tarixində təşkil edilən əlli illik yubiley buraxılışının finalında qələbə qazanmışdır. Bu, mahnının beynəlxalq səhnələrdə səslənməsinə şərait yaratdı.
Qitə çıxışları
Rona Nişliu "Suus" mahnısını daha da tanıtmaq və mənəvi ruhunu izləyici kütləsi ilə paylaşmaq məqsədi ilə Kipr, Macarıstan, Monteneqro, Rumıniya və Niderland da daxil olmaqla çoxsaylı ölkələrin səhnələrində canlı olaraq ifa etmişdir.[3][4]
Avroviziya Mahnı Müsabiqəsi 2012
22 may 2012-ci tarixində keçirilən sayca 58-ci Avroviziya Mahnı Müsabiqəsinin ilk yarı-final mərhələsində "Suus" mahnısı ilə Albaniyanı təmsil edən Rona Nişliu, ölkəsini ikinci sırada böyük finala yüksəltmişdir. Möhtəşəm finalda Macarıstandan sonra və Litvadan əvvəl səhnədə 3-cü nömrə altında "Suus" mahnısını bir daha canlı olaraq səsləndirən ifaçı, müsabiqənin yekun səsvermə nəticələrinə əsasən, ümumilikdə 146 xal toplayaraq beynəlxalq yarışmanı 5-ci sırada tamamlamışdır. Aşağıdakı cədvəldə "Suus" mahnısına təqdim olunan xallar sistemi göstərilmişdir;
"Suus" musiqi əsərinə təqdim edilmiş xallar(Yalnız böyük finalda);[5]
Xal | Ölkə |
---|---|
12 xal | |
10 xal | |
8 xal | |
7 xal | |
6 xal | |
5 xal | |
4 xal | |
3 xal | |
2 xal | |
1 xal |
Çart (2014) | Zirvə nöqtəsi |
---|---|
Xorvatiya[6] | 18 |