Suva Planina | |
---|---|
Suva planina | |
Ümumi məlumatlar | |
Mütləq hündürlüyü | 1.810 m |
Yerləşməsi | |
43°10′57″ şm. e. 22°10′16″ ş. u.HGYO | |
Ölkə | Serbiya |
|
|
Vikianbarda əlaqəli mediafayllar |
Suva Planina[1] (serb :Сува планина «quru dağ») - Serbiyanın cənub-şərqində dağ massivi. Silsilə Nişka Banya (şimal-qərbdə) şəhəri ilə Babuşnisa (cənub-şərq) şəhəri arasında yerləşir. Şimalda massiv Bela Palanka şəhəri ilə həmsərhəddir.[2] Suva Planina dağlarında Serbiyada yaşamış neandertal insanın qalıqları aşkar edilmişdir. Qalıqlar 2019-cu ilin aprelində tapılmışdır.[3][4][5]
Suva Planina massivinin ən yüksək zirvəsi Tremdir (1810 m). Hündürlüyünə görə ikinci zirvə Qolemodur (1714 m). Üçüncü ən hündür zirvə Pitika olub hündürlüyü 1683 metrdir. Massivin adı ərazidə bulaqların çox olması ilə əlaqədardır. Suva Planinada iki təbi bulaq var:Bojanine Vode və Rakoš Česma. Bulaqlar təxminən 860 metr yüksəklikdə yerləşir.
Suva Planina dağları əsasən əhəng daşları və dolomitlərdən ibarət süxurlardan təşkil olunub. Silsilənin cənub hissəsində miosenə yaşlı qum daşı konqlomeratları üstünlük təşkil edir. Massiv kontinental dağ iqliminə malikdir. Suva Planina Serbiyanın yay aylarında ən isti bölgəsi hesab olunur. Ərazi keçmişdə əsasən keçi otlaqları kimi istifadə olunmuşdur. Bu landşaftın yetərincə dəyişilməsi ilə nəticələnmişdir.[6]
Dağlıq massivdə yerləşən Peşturina mağarası serbiyanın qədim insan yaşayış məskəni hesab olunur. Mağara dağın şimal yamacında yerləşir. 2006-cı ildə mağarada geniş arxeoloji araşdırmalar aparılmış və paleolit dövrünə aid çoxlu artefaktlar tapılmışdır.[7][8] Artefaktlar niandertal insana, əsasən mustye mədəniyyətinə aiddir. Yaşı 102 000 - 39000 arasında dəyişir. Mağara niandertal insanın ən uzun müddətli yaşama məkanı kimi tanınır.
Qış aylarında dağlıq ərazi xizəksürmə həvəskarlarının sevimli məkanına çevrilir. Hər ilin fevralında Zimski uspon na Trem alpinizm yarışması keçirilir. Balkan yarımadasından 600-dən çox alpinist bu yarışmada iştirak edir.
2010-ci ildə ərazi Serbiyanın xüsusi qorunan ərazisi elan edilmişdir.
Suva planina /1 808 m/, ranije Kunovica