Suy sülaləsi

Suy sülaləsi (Çincə: 隋朝, Hanyu Pinyin: suí cháo) — Çində (586–618)-ci illər arasında iqtidarda olmuş xanədan.

Çində feodal dağınıqlığı III əsrdən başlamışdı. Şimaldan türk xalqlarının hücumları kəsilmirdi. Lakin VI əsrin sonunda Çində yenidən vahid dövlət yaradılmasına cəhd edildi. Belə ki, Şimali Syon dövlətinin sərkərdəsi Yan Szyan rəqiblərinə qalib gəlib Suy sülaləsi hakimiyyətinin (586–618) əsasını qoydu. O, 589-cu ildə ölkənin cənubunda hökmranlıq edən Çin sülaləsinin hakimiyyətini devirdi və Çin imperiyasını bərpa etdi. VI əsrin sonu VII əsrin əvvəllərində "Yantszı" və "Xuanxe" çaylarını birləşdirən, uzunluğu 1700 km olan "Böyük kanal" çəkildi. Kanal ölkənin cənub-şərqdəki dəniz sahillərində kənd təsərrüfatının inkişafı üçün şərait yaratdı. Suyun sahilə çıxartmasını təmin edən qurğu ixtira edildi, ağacdan hazırlanan ipəktoxuma dəzgahı təkmilləşdirildi, ticarət də gücləndi.

Suy sülaləsi imperatorları

[redaktə | vikimətni redaktə et]
Ölümündən sonrakı adı Adı İllər Təqvim erası və erasının illəri
Tarixdə qəbul edilmiş forma: "Suy" + ölümündən sonrakı adı
Suy Ven-di
文帝 Wéndì
Yan Szyan
楊堅 Yanq Jian
581–604
  • Kayxuan (開皇 Kāihuáng) 581–600
  • Jenşou (仁壽 Rénshòu) 601–604
Suy Yan-di
煬帝 Yángdì
Yan Quan
楊廣 Yáng Guǎng
605–617
  • Dae (大業 Dàyè) 605–617
Suy Qun-di
恭帝 Gōngdì
Yan Yu
楊侑 Yáng Yòu
617–618
  • İnin (義寧 Yìníng) 617–618

Xarici keçidlər

[redaktə | vikimətni redaktə et]