Sünnilik

Ərəbcə xətt yazısı ilə Əhlis-Sünnə vəl-Camaat

Əhlis-Sünnə vəl-Cəmaat (ərəbcə: أهل السنة والجماعة), qısa olaraq Əhlis-Sünnə (ərəbcə: أهل السنة) və ya Sünnilikİslamda ən böyük məzhəb və ya əqidə.

Etimologiyası və Tarixi

[redaktə | vikimətni redaktə et]

Əhlis-Sünnə vəl-Cəmaat üç sözdən əmələ gəlmişdir. Bunlar aşağıdakılardır:

  • Əhl (ərəbcə: أهل) - ərəbcə mənsubiyyət ifadə edən sözlərdəndir. Nəyəsə və ya harayasa bağlı olmaq mənasını verir.
  • Sünnə (ərəbcə: سنة) sözü ərəbcədən tərcümədə "yol" mənasını bildirir.
  • Cəmaat (ərəbcə: جماعة) - lüğətlərdə “toplanmaq, toplanmış şey, bütövləşmiş tamlıq” kimi mənaları daşıyır. Bir termin olaraq müsəlmanların icmasına ifadə edir. Hədislərdə də bu mənada qeyd edilmişdir.

Bu məzhəbə mənsub olanlara "sağlam və doğru inancı mənimsəyənlər" mənasında "sünni" deyilir. M. Watt "sünni" teriminin ilk dəfə IV. əsrdə istifadə olunduğunu qeyd edir.[1] Lakin tabeindən Səid ibn Cübeyrə istinad edilən bir rəvayətə görə bu söz VIII. əsrin əvvəli (hicri I. əsrin sonuna doğru) ortaya çıxıb.[2] "Əhli sünnə" termini isə ilk dəfə Həsən əl-Bəsri tərəfindən istifadə olunmuşdur.[3]

Sünniliyin 2 kəlam (əqidə), 4 fiqh məzhəbi var[4].

Kəlam (əqidə) məzhəbləri:

  1. Əşərilik,
  2. Maturidilik.

Fiqhi məzhəblər:

[redaktə | vikimətni redaktə et]
  1. Hənəfi,
  2. Maliki,
  3. Şafii,
  4. Hənbəli.

Əhlis-Sünnə imamları

[redaktə | vikimətni redaktə et]

Əhlis-Sünnə imamlarına Əbu Hənifəni, İmam Şafiini, İmam Malik ibn Ənəsi, Əhməd ibn Hənbəli, Əbu Mansur əl-Maturidini, Əbülhəsən Əşərini, İbn Həcəri, Fəxrəddin Razini və başqalarını misal göstərmək olar.

Sünnilərin əsas iki qaynağı vardır. Bunlar QuranSünnədir.

Sünnilərin hədis qaynaqları

[redaktə | vikimətni redaktə et]

Sünnilərin ilkin hədis kitabları hələ Məhəmməd peyğəmbər sağ ikən beytlər şəklində[5] yazılmağa başlanmışdır ki, bu janr da "Məğazi" adlanır. Erkən zamanda "əl-Məğazi" janrında yazılmış kitab müəllifləri arasında ən tanınmış müəlliflər üç nəfərdir:

  1. Məhəmməd ibn Ömər əl-Vaqidi (hicri 130–207),
  2. Məhəmməd ibn İshaq əl-Muttaləbi (hicri 80–151),
  3. Musa ibn Uqbə əl-Mədəni (vəfatı h. 141).

Sünnilərin digər məşhur hədis qaynaqları bunlardır:

  • Kainatın danılmaz bir həqiqəti vardır. Bu, xəyal yaxud təxəyyüldən ibarət deyildir. Onun özünəməxsus varlığı vardır. İnsanın tanınmasına uyğundur.
  • Kainatın öz varlığı olsa da, bu varlığı hər şeyin yaradıcısı olan Allah tərəfindən verilmişdir. Hər şey kimi bu da sonradan yaradılmışdır.
  • Hər şeyə qadir olan Allahın zatından ayrılmayan əbədi əzəli sifətləri mövcuddur.
  • Dünya həyatında görmək mümkün olmasa da, Allah-Təalanı axirətdə möminlər görünəcəkdir.
  • Qədər haqdır. Lakin qədər bəndənin iradəsinə ziyan vurmaq və ya ona məhəl qoymamaq xüsusiyyətinə malik deyildir.
  • Möcüzələr yalnız peyğəmbərlərin göstərə biləcəyi insan təxəyyülünə meydan oxuyan hadisələrdir. Buna görə də möcüzə doğrudur. Övliyalar üçün də kəramət haqdır.
  • Allahın kəlamı olan Qurani-Kərim qədimdir. Yaranmamışdır. Bundan əlavə, səs və hərflərdən ibarət deyildir.
  • Cənnət, cəhənnəm, sirat, hesab, mizan, şəfaətaxirətlə bağlı bağlı hər şey həqiqətdir. Cənnətcəhənnəmdəki bütün insanlar ölümsüzdür.
  • Peyğəmbərdən sonra ən fəzilətli şəxs möminlərin ilk xəlifəsi Əbu Bəkrdir. Sonra Ömər, OsmanƏlidir. Peyğəmbərin bütün səhabələri fəzilətlidirlər.
  • Müsəlmanam deyən şəxs, etdiyi günahlara görə kafir sayılmır və küfürdə mühakimə edilə bilməz. Mömini küfürdə ittiham edən şəxsin küfründən qorxmaq lazımdır.
İslam dünyasının xəritəsi.

Dünyada İslam dininə etiqad edənlərin 85–90%-ni Əhlis-Sünnə məzhəbinin nümayəndələri təşkil edir.[6][7] Əhlis-Sünnə məzhəbi Şimali Afrikada, Yaxın Şərqdə, Balkan yarımdası ölkələrində, Mərkəzi Asiyada, Cənub Şərqi Asiya ölkələrində geniş yayılmışdır. Misir, Səudiyyə Ərəbistanı, Türkiyə, Qətər, İordaniya, ƏfqanıstanPakistan sünnilərin kompakt yaşadığı ölkələrdir. Bu ölkələrdə əhalinin 80–85 %-ni sünnilər təşkil edirlər.[8][9]

  1. M. Watt. İslam Düşüncəsinin Təşəkkül Dövrü. 388.
  2. E. Ruhi Fığlalı. Çağımızda Îtikādî İslâm Mezhepleri (türk). Ankara. 54.
  3. Darimi. Muqəddimə (ər). 23.
  4. "Sünnilik nedir ne değildir?". 2024-10-05 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2025-01-20.
  5. ibn Uqbə, Musa. əl-Məğazi (ərəbcə). Mədinə şəhəri. VII-VIII əsrlər.
  6. Britannika Ensiklopediyası, Sunnite Arxivləşdirilib 2010-08-09 at the Wayback Machine
  7. "Oxford Islamic Studies Online". 2017-12-14 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2010-06-09.
  8. "Hangi ülkede ne kadar Şii nüfus yaşıyor?". euronews. 2025-02-17 tarixində arxivləşdirilib.
  9. "Ortadoğu Ülkelerindeki Şii-Sünni Oranları". Stratejik ortak. 2025-02-17 tarixində arxivləşdirilib.

Xarici keçidlər

[redaktə | vikimətni redaktə et]