Süpürgəvari hortenziya | ||||||||||
---|---|---|---|---|---|---|---|---|---|---|
Elmi təsnifat | ||||||||||
Domen: Klad: Ranqsız: Aləm: Klad: Klad: Klad: Klad: Klad: Klad: Klad: Klad: Klad: Klad: Dəstə: Fəsilə: Cins: ???: Süpürgəvari hortenziya |
||||||||||
Beynəlxalq elmi adı | ||||||||||
|
||||||||||
|
Süpürgəvari hortenziya (lat. Hydrangea paniculata) — hortenziyakimilər fəsiləsinin hortenziya cinsinə aid bitki növü.
Uzaq Şərq, Çin, Koreyada yayılmışdır.
Kolun hündürlüyü 2 m olub, sıx budaqlara malikdir. Cavan kolların qabığı qırmızımtıl, qəhvəyi, sonradan boz və ya bozumtul-qonur olub, soyulandır. Yarpaqları uzunsov-ellips formalı, 3-6 sm uzunluqda, xırda mişardişlidir. Üst tərəfdən səpələnmiş ulduzvari tüklərə malik, alt tərəfdən isə çılpaqdır. Saplaqları 2-6 mm uzunluqdadır. Çiçək qrupu seyrək, süpürgə şəklindədir. Çiçəkləri ağ, 1,5 sm diametrindədir. Kasacığı çılpaqdır. Kasayarpaqları qısa, enli, yumurtavaridir. Ləçəkləri dairəvidir. Erkəkciyin teli üst tərəfdən sıxılmışdır. Sütuncuqları 3 ədəd olub, erkəkciklərə bərabərdir. İyun ayında çiçəkləyir, oktyabr ayında isə meyvə verir. Toxumlarla çoxalır. Təbii halda zəif bərpa olunur.
Bu növ nəmişli, qayalıqlı yamaclarda, kölgədə bitir. Quraqlığa, zəhərli qazlara və tüstüyə davamlı, zərərvericilərlə demək olar ki, zədələnmir. Müntəzəm olaraq suvarmaya və gübrəyə ehtiyacı vardır. Qışa davamlıdır, cücərtilərin üstü qışda örtülməlidir. Qələmlərin 92%-i kök əmələ gətirir.
Böyük Qafqazda rast gəlinir.
Canlı çəpərlərin salınmasında geniş istifadə edilir.