Sürgü qolu

Daxili yanma mühərrikində istifadə edilən sürgü qolu

Sürgü qolu müstəvi mexanizminin üzvü olub, hərəkətli üzvlərlə fırlanma kinematik cütləri vasitələri ilə əlaqələndirilərək mürəkkəb hərəkət icra edir. Sürgü qolu porşenin irəli-geri hərəkətini çarxqolunun fırlanma hərəkətinə çevirən çarxqollu-sürüngəc mexanizminin əsas bəndi hesab edilir. Porşenli mühərriklərdə, kompressorlardanasoslarda sürgü qolunun içliyi iki tavrlı en kəsiyinə malik olur. Sürgü qolunun porşenlə birləşən hissəsi bütöv, valla birləşən hissəsi isə yağlamanı mümkün etmək üçün söküləbiləndir.

Sürgü qolunun işləməsinin animasiyası
  • Rezo Əliyev. Maşınqayırma leksikonu. II hissə, Bakı: Appostrof nəşriyyatı, 2012, 423 s.