Səbinə Babayeva | |
---|---|
Səbinə Babayeva | |
| |
Ümumi məlumatlar | |
Doğum tarixi | 2 dekabr 1979 (45 yaş) |
Doğum yeri | |
Musiqiçi məlumatları | |
Fəaliyyəti | müğənni, cazmen |
Fəaliyyət illəri | 2003-cü ildən |
Janrlar | caz, pop musiqisi, soul |
Təhsili | |
Mükafatları | |
sabina.eurovisiontalents.com | |
Vikianbarda əlaqəli mediafayllar |
Səbinə Eldar qızı Babayeva (2 dekabr 1979, Bakı) — Azərbaycan pop müğənnisi, Azərbaycanın əməkdar artisti (2018). Azərbaycanı 2012-ci ildə Bakı şəhərində keçirilən 57-ci Avroviziya Mahnı Müsabiqəsində təmsil edib və 150 xalla 4-cü yeri tutub.
Səbinə Babayeva 2 dekabr 1979-cu ildə Azərbaycanın Bakı şəhərində anadan olub. Məktəbi bitirdikdən sonra Üzeyir Hacıbəyov adına Azərbaycan Milli Konservatoriyasının nəzdində Asəf Zeynallı adına Musiqi Kollecinin vokal sinfinə daxil olub. Burada o, Azərbaycanın xalq artisti Natəvan Şeyxovadan dərs alıb. Kolleci bitirdikdən sonra Səbinə xanım Azərbaycanı musiqi müsabiqələrində təmsil edib.
2003-cü ildə Səbinə Babayeva "Bəyaz həyat" serialında "Röya kimi" mahnısını ifa edıb və geniş tamaşaçı kütləsinə tanınıb. Sonrakı illərdə o, caz janrında mahnılar ifa edib və Bakı Caz Mərkəzində çalışmağa başlayib.
2013-cü il 28 mart tarixində Səbinə Babayevanın ifa etdiyi və sözləri Emin Ağalarova məxsus olan "Oceans away" mahnısının təqdimat mərasimi keçirilib.[1]
2014-cü ildə 17 yanvar tarixində Səbinə Babayevanın ifa etdiyi və sözləri Günay Malikqızına məxsus olan "Ey Azərbaycanım" mahnısının təqdimat mərasimi keçirilib.[2]
Səbinə Babayeva 2010-cu ildə 56-cı Avroviziya Mahnı Müsabiqəsində Azərbaycanı təmsil etmək üçün ölkədə keçirilən milli seçim turlarında iştirak edib və 5-ci həftədə 8 xalla 3-cü yeri tutub.
2012-ci ildə Səbinə Babayeva yenidən Avroviziya Mahnı Müsabiqəsində Azərbaycanı təmsil etmək üçün milli seçim turlarında iştirak edib və 5-ci həftənin qalibi olub. Yarımfinalda uğurla çıxış edərək finala adlayıb.
12 fevral tarixində Heydər Əliyev Sarayında keçirilən milli seçimlərin finalında Səbinə Babayeva qalib olub və Azərbaycanı 2012 Avroviziya Mahnı Müsabiqəsində təmsil etmək hüququ qazanıb. Onun ifa etdiyi "When the Music Dies" mahnısı 17 mart tarixində təqdim edilib.
Səbinə Babayeva 26 may tarixində 57-ci Avroviziya Mahnı Müsabiqəsinin finalında "When the Music Dies" mahnısını Azərbaycanın xalq artisti, muğam ifaçısı Alim Qasımov ilə birgə ifa edib. Müsabiqənin səsvermə mərasimində Səbinə Babayeva 150 xal toplayaraq 57-ci Avroviziya Mahnı Müsabiqəsində 42 ölkədən gəlmiş iştirakçı arasında 4-cü yeri qazanıb.
26 sentyabr 2012-ci ildə Səbinə Babayeva rejissor Cavidan Şərifov ilə ailə həyatı qurub. 3 yanvar 2016-cı ildə isə Əli adında oğlu anadan olub.[3][4] 2020-ci ildə boşanıb.[5]
İl | Mahnı |
---|---|
2003 | "Röya kimi"[9] |
2012 | "When the Music Dies"[10] |
"Gəl"[11] | |
"Sevgi nəğməmiz"[12] | |
2013 | "Eşq alovu"[13] |
"Oceans away"[14] | |
2014 | "Ey Azərbaycanım"[15] |
2017 | "Can"[16] |
2018 | "Dəli hisslər"[17] |
Əvvəlki: Eldar Qasımov Nigar Camal "Running Scared" |
Azərbaycan Avroviziya Mahnı Müsabiqəsində 2012 Bakı "When the Music Dies" |
Sonrakı: Fərid Məmmədov "Hold Me" |