Sədənağac

Kənd
Sədənağac
40°20′30″ şm. e. 45°36′30″ ş. u.HGYO
Ölkə
Tarixi və coğrafiyası
Mərkəzin hündürlüyü 2.014 ± 1 m
Saat qurşağı
Əhalisi
Əhalisi
  • 344 nəf. (2011)[1]
Rəsmi dili
Sədənağac xəritədə
Sədənağac
Sədənağac

Sədənağac (3 yanvar 1935-ci ildən: Güney) — Göyçə mahalının Basarkeçər rayonunda kənd. El arasında digər adı Hacı Qərib olub.[2]

Tarixi və ərazisi

[redaktə | mənbəni redaktə et]

Güney Göyçə mahalının ən qədim kəndlərindən olanSədənağac kəndi Göyçə gölünün sahilində, Basarkeçər-Çubuxlu yolunun üstündə, rayon mərkəzindən 25 km şimal-qərbdə, Basarkeçər –Çubuxlu yolunun üstündə, dəniz səviyyəsindən 2016 m hündürlükdə yerləşir. Kəndin eni 1,5 km, uzunluğu isə 3 km-dir. Kənd qərb tərəfdən Dərə kəndi ilə 3km, şərq tərəfdən Şişqaya kəndi ilə 7 km məsafədə həmsərhəd olaraq Kiçik Qafqaz sıra dağları cərgəsindəki Güney dağ silsiləsi ilə Göyçə gölü arasındakı düzənlik zolağında, soldan İtkəlləsi yüksəkliyi, sağdan "Qoca dağ" zirvəsinın ətəyində, Gədəbəy rayonunu (Qalakənd kəndindən keçməklə) Göyçə gölü ilə birləşdirən "Böyük yoxuş" yol aşırımının Göyçə gölü tərəfində yolun başlanğıcında, dağa qalxan hissəsində yerləşir. Bu yol Göyçə gölünün şimal sahilindən başlayaraq kəndin ortasından keçir və kənd qurtardıqdan sonra Yolçıxan ilə (Yolçıxan - yolun qayalıqlardan ibarət, təxminən 3-4 km uzunluğunda, yuxarı — dağa qalxan hissəsini göstərən toponim) Maralbulağı düzənliyinə qalxır, oradan Şahdağ silsiləsinin suayrıcındakı Qocadağ zirvəsinin (hündürlüyü 3317 m) sinəsində yerləşən "Mədədin yurdu" deyilən düzənlikdən keçib Böyükyoxuşa çatır və Qoca dağın sinəsindən aşağı şimala doğru enərək Şəmkir çayının sol sahili ilə Qalakənd kəndi, oradan isə Azərbaycanın digər bölgələri ilə birləşir.

Sədənağac toponimi iki hissədən: "sədən" və "ağac" söz birləşmələrindən əmələ gəlmişdir. "Sədən" sözü farscada və azərbaycan dilində işlədilən "zədən" sözünün əsrlər boyu azca dəyişilmiş şəklidir. Mənaca "vurulmuş, zərbəyə məruz qalmış, zədələnmiş anlamındadır. Kəndin yerləşdiyi yer bir vaxtlar yüz illər yaşı olan nəhəng palıd ağaclarından ibarət qalın meşəlik olub. Kənd haqqında nəsillərdən nəsillərə keçə rəvayətlərə görə, kəndin üst tərəfində, "İtkəlləsi" dağ təpəciyinin ayağında ildırım vurmuş, çox hündür, nəhəng bir palıd ağacı olub və bu ağac (kolxoz quruluşu zamanı bu ağacı kökündən çıxarıblar-M) yolçulara "yol nişanı", "mayak" rolunu oynayıb, əhali arasında zaman keçdikcə "Zədələnmiş ağac — Zədən ağac" "Sədənağac" şəklinə düşüb. İldırım vurmuş bu nəhəng palıd ağacı uzun zaman relyefin, buradan keçən çoxəsrlik yolun və çayın kənarında başlıca təbiət əlaməti olaraq qalıb, yaşayış məskəni də onun yan -yörəsində təşəkkül tapmışdır. Ərazidən axan çay da yaşayış məntəqəsinin adı ilə tanınıb və tarixi sənədlərdə "Böyük Sədənağac" çayı kimi məlumdur. Hələ X1X əsrin əvvəllərində, İrəvan xanlığının rus işğalına qədər, rus məmurları və İran şahı, eləcə də İrəvan sərdarı arasında gedən yazışmalarda bu toponimin "Sadanaqaгaç", "Sadanaxaç" (rus dilində "Саданагач", Саданахач") kimi" ifadəsinə rast gəlirik (74, s.355; 98, s.325; 99, s. 340; 111, s.891, s.893; 112, s.322–323; 125, s.325).

Sədənağac toponimi ilk dəfə yazılı olaraq Rusiya Ordusunun Qafqaz üzrə Baş komandanı Yermolovun müavini Velyaminova göndərdiyi yazılı təlimatda göstərilir. O, qeyd edirdi ki, "İranlılar təsdiq edirlər ki, Göyçə boyu Böyük Sədənağac çayından Barat gədiyinə qədər torpaq sahəsi onlara məxsusdur…."(125, s. 325).

1825-ci il iyul ayının 13-də baş komandan Yermolov İrəvan sərdarı Hüseynqulu xana yazırdı: "…sizin Qapançaydan Kəpənəkçaya qədər olan əraziləri tutduğunuz əsaslarla da bizim Barat-Gədikdən Sədənağaca qədər tutduğumuz olan ərazidə qışlaq yaratmağa İrəvan əhalisi, ancaq 1821-ci ildə buraxıldı…"(116, s.892).

Sədənağaç toponimini bir yaşayış məskəni, bir kənd kimi, ilk dəfə, İ. Şopenin "Erməni vilayətinin Rusiya imperiyasına birləşdirilməsi dövrünün tarixi abidəsi" əsərində "Erməni Vilayəti"nin dağıdılmış kəndləri sırasında, 303 saylı "Sədan-ağac" (rus dilində,"Сadaнъ-агач") kəndi kimi qeyd olunmuşdur (136, s.517).

Kəndin adının yaddaşlarda qalması, unudulmaması onu göstərir ki, çox da üzaq olmayan keçmişdə bu kənddə yaşayış olmuşdur. Qeyd etdiyimiz kimi, ardı-arası kəsilməyən müharibələr nəticəsində kənd dağıdılıb, lakin xalq arasında, eləcə də bizə məlum olmayan mənbələrdə onun coğrafi mövqeyi, adı yaddaşlarda qalıb və bu məlumatlar İ. Şopenin əsərində ifadəsini tapmışdır.

1814-cü ildə əvvəlcə Göyçə mahalının Daşkənd kəndinə köçürulən, bir neçə il orada yaşadıqdan sonra mahalın Qanlı kəndinə köçmüş və qarapapaq tayfalarına mənsub, Məhəmməd Həsən oğlu öz ailə üzvləri ilə: həyat yoldaşı, oğulları: Qərib, Hüsən, Ramazan, Əmrah, Qəhrəman və adını müəyyənləşdirə bilmədiyimiz bir qızı ilə, heyvanradlıq üçün çox əlverişli olan, əkinə yararlı, qara torpaqdan ibarət geniş sahələrin, təbii örüşlərin və biçənək sahələrinin mövcydluğunu nəzərə alaraq,1845-ci ilin yazında xaraba qalmış Sədənağac kəndini daimi yaşayış yeri seçərək bura köçmüşlər və kəndə ailənin böyük oğlu Hacı Qəribin adını vermişlər. Sonralar bu kənd el arasında Hacı Qərib adlandırılmışdır. Ancaq rəsmi sənədlərdə Sədənağac kimi yazılmışdır. Buna sübut olaraq əldə etdiyimiz sənədi- Yeni Bəyazid qəzasının polis pristavı podporuçik Keqamovun 16 aprel 1870-ci il tarixli, qəza rəisinin adına yazdığı məruzəni göstərmək olar:"Mənə qəza rəisinin dərkənarı ilə daxil olan 1362 saylı sənədi götürüb Yeni Bayazid qəzasının Quşçu Dərəsi kəndinə gəldim. Bu kənddə yaşayan Zodli İbrahim ağa Vəli ağa oğlunun və Sədənağaç kənd sakini Məşədi Hüseyin Hacı Qasım oğlunun iştirakı ilə Quşçu Dərəsi və Karvansara Dərəsinə məxsus torpaq sahələrinin sərhədlərini yoxladım…."(126, s.168).

Sədənağaç toponimi ilə yanaşı kənd ərazisində saysız-hesabsız türk mənşəli toponimlər var idi: Arxac dərəsi, Ağ su, Bala yoxuş, Beşbarmaqlar, Böyük Qarabağlar, Böyük yoxuş, Çayqarışan, Göllüyurd, Güdülün dərəyeri, Güllüdərə, Güney, Daşlı təpə, Diliklər, Dolaylar, Hacıların dərəsi, Kərkibaşın komu, Kirpilər, Kiçik Qarabağlar, Qanqallı, Qara arxac, Qara Qüzey, Qarqalan, Qarovul təpəsi, Qoçqoruğu, Qoruqçu qayası, Qoşunalının qoruğu, Quru dərə, Quştəpəsi, Qüzey, Malqəbri, Mədədin yurdu, Məmmədbağırın dərəyeri, Məşədilərin güneyi, Palantökən, Pürənni, Rəmələır, Sarıqaya, Sarıtəpə, Sarınər, Səkilər, Taxçayurd, Tüklütəpə, Yalaxlı Yolçıxan, Yumrutəpələr, Yurd yeri, və s.

Sədənağac kəndinin ərazisində olan bulaqlar: Abbasın bulağı, Ağbulaq, Daş Bulaq, Dımışın bulağı, Hacıların dərəsinin bulağı, Qangallı bulaqı, Qaya bulağı, Qiblə bulağı, Maral bulağı, Nazlı bulaq, Novçalı bulağı, Pirənninin suyu.

3 yanvar 1935-ci ildə Ermənistan SSR Ali Soveti Rəyasət heyətinin fərmanı ilə bir çox azərbaycanlı kəndləri kimi bu kəndin də adı dəyişdirilərək Güney qoyulmuşdur.

Ermənistan prezidentinin 19 aprel 1991-ci il fərmanı ilə yenidən adı dəyişdirilib Arequni adlandırılmışdır.

Sənədlərə əsasən, Sədənağac kəndində 1873-cü ildə 132 nəfər, 1886-cı ildə 214 nəfər, 1897-ci ildə 299 nəfər, 1908-ci ildə 343 nəfər, 1914-cü ildə 659 nəfər, 1916-cı ildə 430 nəfər, 1919-cu ildə 360 nəfər, 1922-ci ildə 300 nəfər, 1926-cı ildə 327 nəfər, 1931-ci ildə 411 nəfər, 1939-cu ildə 481 nəfər, 1959-cu ildə 562 nəfər, 1979-cu ildə 1223 nəfər, 1987-ci ildə 1890 nəfər əhali yaşamış və bunlar yalnız azərbaycanlılardan ibarət olmuşlar.

1988-ci ilin noyabrın axırlarında və dekabrın əvvəllərində Ermənistan dövləti kəndin köklü sakinləri olan azərbaycanlıları tarixi-etnik torpaqlarından deportasiya etmişdir. İndi ermənilər yaşayır.

Kənddəki tayfalar:

1. Babalılar

2. Çəkməlilər

3. Əmirlilər

4. Əmrahlılar

5. Hacı Ramazanlılar

6. Hüsənlilər

7. Koluxlular

8. Qəhrəmanlılar

9. Məşədi Hüseynlilər (Kələşdilər)

10. Mirzalılar

11. Rüstəmuşağı

12. Tatlar.

Görkəmli şəxsiyyətləri:

Alimlərimiz:

Gülnarə Əhmədli (Qurbanova)- kimya elmləri doktoru, professor;

Rizvan Möhsün oğlu Məmmədov-tibb elmləri doktoru, professor;

Sultan Baxşəli oğlu Qurbanov-kimya elmləri namizədi, professor;

Elmar Yəhya oğlu Şərifov — tibb üzrə fəlsəfə doktoru, dosent;

Ədalət Bilal oğlu Cəlilov- pedaqogika üzrə fəlsəfə doktoru, dosent;

Kamran Sultan oğlu Qurbanov- tibb elmləri üzrə fəlsəfə doktoru;

Lütfiyar Qulu oğlu Nəsibov- İqtisad üzrə fəlsəfə doktoru;

Mehman Məsdan oğlu Qurbanlı — kimya elmləri üzrə fəlsəfə doktoru;

Nofəl İsa oğlu Ələsgərov — texnika elmləri namizədi;

Orxan Lütfiyar oğlu Nəsibov — iqtisad üzrə fəlsəfə doktoru;

Rasim Hüseyn oğlu İbrahimov — texniki elmlər üzrə fəlsəfə doktoru, Əməkdar mühəndis;

Ruslan Aydın oğlu Məmmədov — tibb elmləri üzrə fəlsəfə doktoru

Sahib Məcnun oğlu İbrahimov -tibb elmləri üzrə fəlsəfə doktoru

Səbuhi Nəcəf oğlu Qurbanov -tibb üzrə fəlsəfə doktoru

Tünzalə Ədalət qızı Cəlilova — pedaqogika üzrə fəlsəfə doktoru

Yadigar Tapdıq oğlu Camalov — filologiya üzrə fəlsəfə doktoru, dosent

Rəhbər vəzifələrdə çalışanlar:

Abbas Sayad oğlu İbrahimov — kolxoz sədri, məktəb direktoru

Firuddin Ələkbər oğluMəmmədov — kolxoz sədri, sovxoz direktoru

İbad Qəşəm oğlu İbrahimov –partiya və dövlət xadimi

İsmayıl Hüseyin oğlu Əliyev — partiya və dövlət xadimi, SSRİ Jurnalistlər İttifaqının üzvü,

Məcnun Sayad oğlu İbrahimov — partiya və dövlət xadimi

Yaradıcı həmyerlilərimiz:

Əli İsmayıl oğlu Əliyev — tanınmış rəssam

Məlahət İsmayıl qızı Əliyeva -yazıçı, publisist, Azərbaycan Jurnalistlər Birliyinin və Yazıçılar Birliyinin üzvü;

Sara Qasım qızı Şərifova -şairə, Azərbaycan Jurnalistlər Birliyinin və Yazıçılar Birliyinin üzvü;

Hərbiçilərimiz:

İlqar Məriş oğlu Qəhrəmanov-RF, hərbi dairə komandirinin müavini, general-mayor;

İlqar Nəcəf oğlu Nəsibov- Azərbaycan MN, polkovnik;

Nəbi Oruc oğlu Əhmədov — ehtiyatda olan polkovnik.

Kənddə təhsil:

Sədənağac kəndində ilk ibtidai məktəb (1-4 siniflər) 1930-cu ildə təşkil edilmişdir. İnzibati məktəb binasında siniflərin az olduğuna görə dərslər kənddəki bir neçə imkanlı adamın evlərində təşkil edilirdi.  Kənddə 1936-1961-ci illər yeddiillik, 1961-1974-cü illər səkkizillik, 1974-1975-cı tədris ilindən 1988-ci ilin dekabr ayınadək orta məktəb oldu.

Qaçqınlıq:

1905-ci ilin hərc-mərcliyində Sədənağaç kəndinin əhalisi Azərbaycanın indiki Şəmkir rayonunun Atabəylər kəndinə, Qapanlı kəndinə, indiki Gədəbəy rayonunun Xarxar, Arıqıran, indiki Samux rayonunun Eldar və başqa kəndlərinə köçmüşdülər. 1907-ci ilin yazında kənd əhalisi yenidən doğma yurduna qayıtdı. Həmin vaxt kənddə 45-50 ev, əhalinin sayı isə təxminən 280-300 nəfər olmuşdur. Bu hadisələr zamanı kənd əhalisinin vaxtında gördüyü tədbirlər nəticəsində, başqa kəndlərdən fərqli olaraq ölüm-itki olmadı.

1918-ci ilin payızında kənd əhalisi II dəfə qaçqın olmağa məcbur oldular. Erməni qoşun birləşmələırinin əlinə keçməmək üçün dağ yolu ilə "Böyük yoxuşu" aşaraq aillərini: qocaları, uşaqları, qadınları Gədəbəyin Qala kəndinə, oradan isə Şəmkirə, Daşkəsənə, Gəncə şəhərinə, Tovuz un kəndlərinə köçürmüşdülər. Bu qaçqınlıq zamanı başqa kəndlərə nisbətən Sədənağac kəndinin itkiləri az olmuşdur. Əvvəlcədən görülmüş hazırlıq, dağ yolunun yaxınlığı onların köməyinə gəlmişdir. Əhali arasında ölüm-itim az olub.

Ermənistanda Sovet hakimiyyəti qurulduqdan sonra kənd əhalisi geri qayıdıb öz doğma yurd-yuvalarına sahib çlarında yaşamağa başladılar.

1948–1953-cü illərdəki deportasiya zamanı kənd əhalisi heç bir yana çıxmamış, doğma yurdlarında qalmışdır. Bu zaman kəndin 65–70 evi, 300 nəfərə yaxın əhalisi olmuşdur.

1988–1991-ci illərdəki IV qaçqınlıq zamanı kənd əhalisi Bakı, Gəncə, Şəmkir, Xanlar, Şəki, Sumqayıt, Gədəbəy, və başqa yerlərdə məskunlaşmışdır. Kəndin 135 evi, 830 nəfərə yaxın əhalisi olmuşdur. Kənd əhalisi bu günə qədər həmin yerlərdə yaşayır.

1930–1932-ci illərdə kənddə kolxoz, 1976-cı ildən 1988-ci ilin dekabrına qədər isə sovxoz sistemi olmuşdur.

İkinci Dünya müharibəsindən qayıtmayanlar:

İkinci Dünya müharibəsi başlayanda kənddən 98 nəfər cəbhəyə səfərbər edilmişdir. Onlardan 46 nəfəri aşağıda göstərilənlər döyüşlərdə həlak olmuş və ya itkin düşmüşdür:

Bağırov Məhəmməd Məsim oğlu

Bağırov Süleyman Məsim oğlu

Bağırov Zəkəriyyə Həmid oğlu

Ələkbərov Əli Salman oğlu

Ələkbərov Məcid Salman oğlu

Ələkbərov Mirzalı Salman oğlu

Ələsgərov Əli Rəhim oğlu

Ələsgərov Məşədi Rəhim oğlu

Əmiraslanov Salman Şükür oğlu

Hacıyev İslam Mehdi oğlu

Heydərov Çərkəz Əli oğlu

Heydərov Kərim (Biloş) Əli oğlu

Hüseynov Bayram Muxtar oğlu

Hüseynov Dıvış Rüstəm oğlu

İbrahimov Abbas Cabbar oğlu

İbrahimov Bayram Xəlil oğlu

İbrahimov Xənçəlxan Cəlil oğlu

İsgəndərov Balaca Qasım oğlu

Kazımov Səfər Şaban oğlu

Kərimov Binnət Məsmalı oğlu

Kərimov Əli Məmməd oğlu

Kərimov Firuddin Məsmalı oğlu

Qəhrəmanov Teymur Alı oğlu

Qəhrəmanov Yunis Alı oğlu

Qurbanov Aslanalı İsa oğlu

Məhərrəmov Əsgər Şamil oğlu

Məmmədov Adil Abdulla oğlu

Məmmədov Allahverdi Mürşüd oğlu

Məmmədov Köçəri Allahverdi oğlu

Məmmədov Qədim Əsəd oğlu

Məmmədov Saleh Əsəd oğlu

Məmmədov Şəmşid Yusif oğlu

Məmmədov Tapdıq Camal oğlu

Məmmədov Yusif İsmayıl oğlu

Orucov Əmirxan (Göygöz) Musa oğlu

Ramazanov Allahverdi Rza oğlu

Rəhimov Bayram Sarı oğlu

Rəhimov Xamoy Abbas oğlu

Rəhimov Məcid Sarı oğlu

Rəhimov Məhəmmədəli Abbas oğlu

Rəhimov Talıb Dünyamalı oğlu

Səfərov Əvəz Mursəl oğlu

Səfərov Gülmalı Raşa oğlu

Səfərov Məhəmmədəli Muxtar oğlu

Şərifov Yunis Oruc oğlu

Vəliyev Cavi Qurban oğlu

Əfqanıstanda həlak olanlar:

Vaqif Qəhrəmanov Məriş oğlu SSRİ Ali Soveti Rəyasət Heyətinin 19 iyul 1982-ci il tarixli fərmanı ilə "Qızıl Ulduz" ordeni ilə təltif edilmişdir. İsmayıllı rayonu Keyvəndi kənd orta məktəbinə Vaqifin adı verilmişdir.

Qarabağda şəhid olanlar:

Ələddin Müseyib oğlu Dünyamalıyev,

Füzulu Ziyadxan oğlu Rzayev,

İlyas Cəlal oğlu Cəlilov

Rövşən Duman oğlu İbrahimov

  1. Հայաստանի 2011 թ. մարդահամարի արդյունքները (erm.).
  2. L. Nəsibov. "Göyçə: Sədənağac — Güney". Bakı, "Apostrof-A" MMC, 2019, 696 səh.