Səfəvi–Rusiya müharibəsi (1651–1653)

Səfəvi - Rusiya müharibələri (1651-1653)
Rus - İran müharibələri
Tarix 1651-1653 müharibəsi, Sunja döyüşü (1653)
Yeri Sunja çayı mənsəbi
Səbəbi Rusiyanın Şimali Qafqazda möhkəmlənmə istəkləri, qəsd və hərb üsulu ilə strateji məntəqəyə yiyələnmək arzusu.
Nəticəsi Tam Səfəvi qələbəsi, "İsfahan" sülhü.
Ərazi dəyişikliyi Səfəvi sərhədlərinin Şimali Qafqaz diyarına qədər uzanması.
Münaqişə tərəfləri

Çar Rusiyası
Kabardinlər
Terek qumuqları

Səfəvi imperiyası
Tərki şamxallığı
Endirey
Qaytaq usmiliyi
Miçkizən və Şibutən cəmiyətləri
Noqay ulusları

Komandan(lar)

Mutsal Çərkəz
İvan Yatsın
İldar Murza

Xosrov xan
Tərki şamxalı Surxay xan
Endirey məliki Qazan Alp
Qaytaq usmisi Əmirxan ağa

Tərəflərin qüvvəsi

10 000

12 000

Səfəvi–Rusiya müharibəsiII Abbasın hakimiyyəti dövründə Səfəvi imperiyasının Qafqazın şimalında öz nüfuzunu artırmaq istəməsi ruslarla toqquşmaya səbəb oldu. 1646-cı ildən etibarən rus hökuməti Səfəvi torpaqlarından İsveçə qədər torpaqlarda ipək ticarəti edən xarici tacirlərin mövqelərini zəiflətməyə başlamış və 1649-cu ildə Sobornoe Ulojenie qəbul edilmişdi. Buna görə, xarici tacirlərin imkanları daha da məhdudlaşdırılırdı.[1] Hakimiyyətinin ilk illərində Abbas ruslarla münasibətlərə əhəmiyyət vermirdi və onların Osmanlıya qarşı münasibətləri inkişaf etdirmək təkliflərini görməzdən gəlirdi. 1647 və 1653-cü illərdə ikili münasibətlərdə karvan quldurluğu hadisələrinə və Səfəvilərdə rus tacirlərin həbsinə görə gərginlik artdı.[1] Həmçinin rusların sərhədlərini cənuba doğru genişlətməsi buraları özlərinin mülkü hesab edən Səfəvilərin qarşı çıxması ilə nəticələndi.[2] Bu gərginliklər də 1651–1653 müharibəsinə və ya münaqişəsinə yol açdı. Bu müharibənin meydana çıxmasında rol oynayan səbəblərdən bir digəri də rusların devrilmiş gürcü kralı I Teymuraz üçün qala tikmək istəmələri idi.[1][3] Ruslara yardım üçün müraciət edən Kaxetili I Teymuraz bu xəbərin II Abbasa çatmasından sonra öz istəyinə nail ola bilmədi. Qəndəharda olan II Abbas dərhal bu məsələ ilə məşğul olmaq üçün qoşun hazırlatdı. Şirvan bəylərbəyi Xosrov xanın komandanlığı altında yerli qumuqlarla əməkdaşıq edən Ərdəbil, Qarabağ və Astara qızılbaşları rusları məğlub etdilər, bazalarını ələ keçirdilər və özlərini qovdular.[4] Bundan sonra İsfahan və Moskva arasında elçilər yekun sülh müqaviləsini həll etmək üçün gedib gəlməyə başladı, lakin sülh müqaviləsi 10 il sonra imzalandı.[1]

Müharibədən əvvəl bölgədəki vəziyyət

[redaktə | mənbəni redaktə et]

XVII əsrdən etibarən Rusiya çarlığının Şimali Qafqazdakı əsas dayaq məntəqəsi Terek qalası oldu. Burada çarlıq voevodası və döyüşçüləri toplanmış idi. XVII əsrin ortalarında Terek məntəqəsi ətrafında 70 Kabardın əsilzadə ailəsi ilə birlikdə, bir çox rus, erməni, Azərbaycan türkü və fars yaşamaqda idi. Onlar ticarət və sənətkarlıqla məşğul olurdular. Şimali Qafqazdan olan əsilzadələr ətrafları ilə birlikdə buraya köçür və rus vətəndaşlığını qəbul edirdilər. Kabardin əsilzadələrindən biri olan Muçal Sunçaleyeviç Çərkəziskinin də burada evi var idi. O, 1645-ci ildə çar fərmanı ilə knyaz olmuş və qeyri-ruslar üzərində hakim təyin edilmişdi. Məntəqədəki qarnizona 2 min nəfərlik döyüşçü, 500 streles daxil idi. Onlara komandanlığı isə polkovnik rütbəsində olan məntəqə hakimi edirdi. Knyaz Muçalın özünün də 500 nəfərlik hərbi dəstəsi var idi və ehtiyac yaranacağı təqdirdə öz dəstəsi ilə rus ordusuna kömək etməyə borclu idi.[5][6]

Terek çayının sağ sahilində, Sunja çayı ilə Terek çayının birləşdiyi və müasir Qroznı şəhərinin şimal-şəörqində 1635-ci ildə ruslar Sunja həbsxanasını bərpa etdilər. 16450-ci ildən bir qədər sonra Knyaz Muçal öz təbəələri ilə birlikdə Terek məntəqəsindən köç edərək Sunja həbsxanasının yaxınlığında Sunjada yerləşdi. Onunla gələnlər kabardinlər, çeçenlər və qumuqlar idi. Həbsxananın 2 verst məsafəsində əvvəldən rus vətəndaşlığını qəbul etmiş olan İldar Mirzənin rəhbərliyində baraqunilər və ya Terek qumuqları yerləşdi. Sunjanın qərbində İvan Qorznı dönəmindən rus protektoratlığını qəbul etmiş olan kabardinlər yaşamaqda idi.[7]

1629-cu ildə Avar xanı rus çarına müraciət edərək Göysuda qala tikməsini istəmiş və bu işdə ona kömək edəcəyini söz vermişdi. Bundan başqa, Avar xanı rus çarından rus vətəndaşlığına girməsinə şərait yaradılmasını istəyir və çara Şimali Qafqazda tikilmiş ilk rus qalası olan Terekin salınmasında onun babasının yardım etdiyini xatırladırdı:[8][9]

" Mən, avar xanı, böyük hökmdarın birbaşa qulu kimi çıxış etdim və oğlumu sənin əlinə verdim. "

Bu dönəmdə Səfəvi imperiyasının Şimali Qafqazda yeritdiyi siyasət qumuqları ruslara yaxınlaşmağa və kömək istəməyə məcbur etdi. 1637-ci ildə qumuq şamxalı rus çarından onu öz təbəəsi kimi tanıdığını ehtiva edən məktub aldı. Bu zaman qumuqlar artıq Səfəvi imperiyasının vassalı olduqları üçün bununla iki qat vassallığı düşdülır, həm ruslardan, həm də qızılbaşlardan, lakin Dağıstanın Səfəvi hakimiyyəti altında olması Rusiyanın maraqlarına uyğun deyildi. 1642-ci ildə Rusiya hökuməti qızılbaşların Moskvadakı səfiri Acı bykə qəti şəkildə bəyan etdi ki, "qumuq xalqı çar əzəmətinin əbədi xidmətçiləridir", lakin qumuqlar həm rusların, həm də qızılbaşların bölgədə möhkəmlənməsinə əngəl olaraq, müstəqil siyasət yürütməkdə idilər. Şamxal III Surxay Başlıda qızılbaşların qala tikməsinin qarşısını aldı. Eyni zamanda onlar rusların bölgədə güclənməsini də istəməməkdə idilər. 1650-ci ildə Surxay xan ruslardan qaçan noqayları öz torpaqlarına qəbul etdi. Buna cavab olaraq onun torpaqlarına soxulan rus ordusu Germerçik döyüşündə noqay-qumuq ordusuna məğlub oldu. Bundan sonra Endirey qumuqlarının rəhbəri olan Qazan Alp Surxayla barışdı və bununla da 1642-ci ildən bəri qumuqlar arasında davam edən daxili mübarizə sonlandırıldı.[10][11][12]

Bunlar baş verərkən bölgədə qızılbaş təsir dairəsi də genişlənməkdə və artıq qumuqları təhdid etməkdə idi. Bölgədəki ən güclü qumuq hakimliyi Tarku şamxallığı idi. Bu hakimliyin rəhbərləri Buynaksk hökmdarı, Dağıstan valisi və yaxın zamana qədər Dərbənd xanı titulunu daşımaqda idilər. Bir digər önəmli qumuq hakimliyi isə Endirey şamxallığı idi. Dərbəndin şimal-qərbində Qaytaq usmiliyi yerləşməkdə idi. 1645-ci ildə II Abbas ruslara yaxın olduğu bilinən Rüstəm xan Qaytaqdan qovdu və onun yerinə özünə tabe olan Əmirxan Sultanı hakim təyin etdi.[13]

Ziddiyətlərin səbəbləri

[redaktə | mənbəni redaktə et]

1639-cu ildə Səfəvi-Osmanlı müharibəsi (1623-1639) qurtardı. Bu iki dövlətin Qafqazda təsir dairələrini müəyyən edən Qəsri-Şirin sülh müqaviləsi bağlandı. Yeni şəraitdə Səfəvilər Dərbənddən Sunjaya qədər, Osmanlılar və Krım xanları isə Qara dənizdən Kabardaya qədər öz hakimiyətlərini yaymaq istəyirdilər. Şimali Qafqazda Səfəvilərin maraqları qaçılmaz olaraq Rusiya ilə toqquşurdu. Şah II Abbas hakimiyətinin əvvəlində Rusiya ilə dinc münasibətlər saxlayırdı, lakin rusların Şimali Qafqazda işğalçı planları onun Rusiyaya qarşı münasibətini dəyişdi. Mübahisənin başlamasına 1650-ci ildə kazak quldurlarının Kabardaya gedən şirvanlı və dağıstanlı tacirlərin karvanına basqını oldu. Şirvan bəylərbəyi şamaxılı Xosrov xan çox narazı qalmışdı, çünki Xosrov xanın mülkiyəti də yağmalanmışdı. Ruslar bəhanə etdilər ki karvanın keçməsi üçün Terek (voyevoda) sərdarlarından icazə alınmamışdı, buna görə kazaklar ona hucum etmişdi. Şamaxı bəylərbəyi Həştərxan sərdarını kazakları dəstəkləməkdə suçladı və ondan təzminat tələb etdi. Xan məktubunda yazdı ki, əgər ruslar özləri qurldurlarla bacarmırlarsa, onda o bir ayın içində onların kökünü kəsməyə hazırdır və lazım gəlsə Terek şəhərciyiniHəştərxanı yerlə bir edər.

" Şirvan Bəylərbəyi Xosrov xan'ın Kazak quldurları ilə bağlı ruslara cavab məktubu. 1650 - ci ilin sonları

...Kazaklar dəfələrlə həm mənim şəxsi mülklərimə, həm də dövlət mülklərinə ziyan vurublar. Və siz həmişə olduğu kimi yenə bir bəhanə ilə cavab göndərirsiniz. Onlara bu cəsarəti Həştərxandan alırlar. Əgər siz öz quldurlarınıza sahib çıxa bilmirsinizsə, mən onlara sahib çıxıb köklərini birdəfəlik kəsərəm. Həştərxan sərdarına deyin, ədavəti varsa, meydanə gəlsin. Lazım gəlsə, mən həm Tərkini həm də, Həştərxanı yerlə bir edərəm. Şahımız bütün bunlardan xəbərdardır və bir daha bu təkrarlansa, biz lazimi tədbirlər görüb"dostluq pərdəsi"ni üzümüzdən atacağıq.

  • 1651-1653 Səfəvi-Rus müharibələri

"

1639-cu ildə Osmanlı və Səfəvi imperiyaları arasında uzun müddətdir davam edən müharibə Qəsri Şirin sülh müqaviləsinin imzalanması ilə sonlandırıldı. Yeni imzalanmış müqaviləyə əsasən Qafqaz iki imperiya arasında nüfuz dairələrinə bölündü. Yeni konfiqurasiyaya görə Osmanlı və Krım xanlığı Qara dəniz sahili boyunca və Kabarda da öz üstünlüyünü qurmağa çalışarkən, Səfəvi şahı Dərbənddən yuxarıya doğru, Sunja çayına qədərki bölgələrdə öz nüfuz üstünlüyünü qura bilərdi. Belə bir şəraitdə bölgə üzərində Rusiya ilə Səfəvi imperiyasının maraqlı toqquşurdu. II Abbas taxta çıxdıqdan sonra ruslarla sülhü davam etdirməkdə qərarlı olub, ticarəti və əməkdaşlığı genişlətmək üçün addımlar atsa da, sonradan bu fikrindən daşındı. II Abbasın yeni məqsədi nəinki ruslasrın Dağıstan ərazisinə daxil olmasının qarşısını almaq, eyni zamanda rusları bütün Şimali Qafqazdan qovmaq idi. Bunun üçün şah dağlıların daxili işlərinə qarışmağa da başladı.[13]

Müharibənin başlamasında Xosrov xanın Xəzər dənizi sahilində fəaliyyət göstərən kazak dəstələrinə qarşı çıxması əsas oldu. Beləki 1650-ci ildə Qreben kazakları şamaxılı və dağıstanlı tacirlərin karvanına hücum eədərək karvanın mallarını yağmaladılar. Yağmalanan karvanda Səfəvi imperiyasının Şirvan bəylərbəyi olan Xosrov xanın da şəxsi malları var idi. Bir qədər sonra məlum olur ki, karvan iki dövlət arasında imzalanmış müqavilənin şərtərinə zidd olaraq hərəkəti barədə Terek hakiminə məlumat verməmiş və buna görə də, kazakların hücumuna məruz qalmışdır. Xosrov xan rus hakiminə göndərdiyi məktubda vurulmuş zərərin kompensasiyasının verilməsini və kazakların cəzalandırılmasını tələb edirdi. Xosrov xan Həştərxanın rus hakiminə yazdığı məktubda rus hökumətinin heç birt addım atmayacağı halda kazakların hökumət orqanları təlimatı üzrə hərəkət etdiyi qənaətinə gələrək bir ay içində "həm Tereki, həm də Həştərxanı qara torpağa" çevirə və kazakları özü cəzalandıra biləcəyini yazırdı. Rusiya ilə Səfəvi arasında hərbi əməliyyatların başlamasının bilavasitə səbəbi Sunja qalasının bərpası idi. Terek və Sunjadakı rus qalaları şahın Dağıstanda öz təsirini yaratmaq planlarına mane olurdu. Doğrusu 1658-ci ildə Moskvadakı qızılbaş səfiri Daqul Sultan bildirmişdi ki, müharibənin başlamasının səbəbi Sunja qalası yox, Terek qumuqları olmuşdur. Sunjada məntəqə salındıqdan və orada qumuqlar məskunlaşdıqdan sonra bölgədəki münaqişələr, qətllər və oğurluqlar çoxalmış, nəticədə Səfəvi təbəələri bölgəyə səfər edə bilməmişdirlər. Səfəvi tərəfinin hücuma hazırlaşdığından xəbərdar olan Tarku şamxalı III Surxay xan 1650-ci ildə Həştərxanın qubernatoru Qriqori Çerkəzskiyə məktub yazaraq hücuma hazırlaşmağın gərəkdiyini bildirdi. Qubernator bu məktuba cavab olaraq terek atamanlarına və kazaklarına əmr göndərərə Sunja həbsxanasına yardım etmələrini və mümkün hücumun qarşısını ala bilmək üçün tədbirlər görməyi əmr etdi.[13][14]

Sunja istehkamına birinci yürüş

[redaktə | mənbəni redaktə et]

1651-ci ildə Şirvanda olan Xosrov xan II Abbasdan fərman alır. Fərmanda ona vaxt itirmədən qızılbaş ordusunun Sunjaya yürüşünü təşkil etmək və orduya komandanlıq etmək əmr edilirdi. II Abbasın əmri sadəcə o qədər də böyük olmayan Sunja istehkamını ələ keçirməklə məhdudlaşmırdı. Xosrov xanın özünün də dediyi kimi II Abbas ona Sunjanı ələ keçirmək və vaxt itirmədən Həştərxana yürüş etməyi tapşırmışdı. Sunja qalasını ələ keçirməyi Xosrov xan Tarku şamxalı Surxay xana həvalə edir. Onun dəstəsinə Tarku qumuqlarından əlavə, Endirey qumuqları və Qaytaq usmiliyinin döyüşçüləri də daxil idi. Endirey qumuqlarına Qazan Alp, Qaytaq usmliyindən gələnlərə isə Əmirxan Sultan komandanlıq edirdi. Onlara kömək üçün Xosrov xan nizami qızılbaş ordusundan 800 nəfərlik dəstə və iki top da göndərir. 800 nəfərin 500-ü Şamaxıdan, 300-ü Dərbənddən idi. Həmçinin hazırlanan bu orduya noqay ordalarından olan dəstələr də Çoban Mirzə və Şatemir Mirzənin komandanlığı qoşuldular. Həmçinin Mıçık və Arqun çayları boyunca yaşayan çeçen camaatlıqları olan çıçkızyanlar və şibutyanlar da bu orduya qatılırlar. Sunjaya hücum etməyə hazırlaşan ordudakı döyüşçülərin sayı ümumilikdə 12 min nəfərə çatırdı. 25 oktyabr 1651-ci ildə birləşmiş ordu Sunja çayının sahilinə gəlib çatdı. İlk toqquşma Kazak Şadrinin məntəqəsi yaxınlığında baş verdi. Müdafiə mövqeyi tutan rus dəstələri müqavimət göstərməyi bacardılar və qızılbaşlarla qumuqların ilk hücumunu dəf edə bildilər.[13]

Uğur qazana bilməyən Surxay xan Tereki keçmək üçün Sunjanın ağızında yerləşən kazak məntəqəsi olan Verxnevo Çerlonova gəlib çatdılar. Artıq buradakı kazaklar özlərinə yeni möhkəmləndirilmiş istehkam qurmağı bacarmışdılar. 1 noyabr tarixində Terek voyvodası Knyaz Şetinin qızılbaşlarla döyüşən rus ordusu komandanı Knyaz Muçalın köməyinə yeni dəstələr göndərdi. Yeni dəstələrə atıcılar, boyar uşaqları və yni xristianlığa keçmiş olan və Tleva Tuqaşevin komandanlığında Yurt tatarları daxil idi. 2 noyabr tarixində Surxay xan yeni hücuma keçmək qərarına gəldi. Çerlenovoya gələn qızılbaş və qumuq ordusu Asmanovskiyə hücum etmək istəyirdilər. 2 noyabrda başlayan hücum yenə də ruslar tərəfindən dəf edildi və Knyaz Muçalın əks-hücumu uğurlu alındı. Qızılbaş və qumuq dəstələri Sunja çayına doğru geri çəkildilər. Mutçal öz dəstələrini Səfəvi ordusunu təqib etmək üçün göndərdi. Mutçalın qətiyyətli addımları və yardımın vaxtında yetişməsi nəticəsində ruslar Səfəvi hücumlarını dəf etməyi bacarmışdılar. Artıq 7 noyabrda Mutçalın gözətçiləri ona Səfəvi ordusunun tamamilə geri çəkildiyi məlumatını verdi. Səfəvi ordusunun hücumlarından ən çox əziyyət çəkən elə Knyaz Mutçalın öz təbəələri olmuşdu. Onun bildirdiyinə görə, hücum zamanı onun 3 minə qədər tatar atı, 500 dəvəsi, 10 min buynuzlu, 15 min buynuzsuz mal-heyvanı ələ keçirilmiş, xeyli sayda insan əsir aparılmışdır. Səfəvi ordusu üçün ilk yürüş uğursuzluqla nəticələndi. Surxay xan bəhanə yaratmaq üçün bildirdi ki, o, biıərəkdən Terek tatarlarının kəndlərini hədəf olaraq seçmişdir. Çünki onlar Kabardaya gedən yolları bağlamışdılar və bu hücumla onlara cavabb verilmiş oldu.[13][15]

Sunja istehkamına ikinci yürüş

[redaktə | mənbəni redaktə et]

1652-ci ildə II Abbas yeni yürüşə hazırlaşırdı. Şamxal Surxay və Qazan Alp öz döyüşçüləri ilə birlikdə Aktaşeyə gəlib Sunja üzərinə yürüşə hazırlaşmağa başladılar. Buradan Krıma göndərilən elçilik onları da ruslar üzərinə olan yürüşdə iştirak etməyə dəvət etdi. Bu zaman çara sadiq olan tatarlar rusların yeni Terek qubernatoru Vasili Voilinskiyə Krım tatarlarının Azova gəlməsi və Həştərxan barədə danışmağa başlamaları haqda məlumat verdi. Rus hökumıti Sunja istehkamlarını gücləndirdi. İkinci yürüşün başlaması ərəfəsində istehkamdakı qarnizonu gücləndirmək üçün Mutçal Çərkəzski kabardın Murza Urus xan Yansoxovun və oğlunun rəhbərliyi altında dəstələr göndərdi. Onun özü isə qalaya daxil olmayaraq qıraqda qamağı və buradan qızılbaş ordusuna hücumlar etməyi üstün tutdu. Sunja istehkamında 800 nəfərlik rus qarnizonu var idi. Buraya 212 nəfər rus atıcılar və kazaklar, Urusxanın rəhbərliyində kabardinlər, İldar Mirzənin rəhbərliyində 500 nəfərlik Terek qumuqları daxil idi. Ordunun ümumi komandanı İvan Yatsin idi. 7 mart 1653-cü ildə Səfəvi imperiyasının qızılbaşlardan, noqaylardan, qumuqlardan, dağlılardan və Qafqaz qorçularından təşkil edilmiş ordusu Sunjanı mühasirəyə aldı. Yenə də orduya Şamxal Surxay xan rəhbərlik edirdi. Qalanı ələ keçirə bilməyən Surxay Terek boyunca olan kabardin və kazak kəndlərini yağmaladı və xarabazara çevirdi. Sunja istehkamında qalmış rus ordusunun vəziyyəti günü-gündən pisləşirdi. Surxay xan qala divarları önündə qüllə düzəltdirmiş və buradan istehkamı top atəşiə tutdurmuşdu. Həmçinin meşədən odunlar gətirilmiş və qala divarları yanında yandırılmışdı.[13]

Terek şəhərindən mühasirəyə alınanlar üçün Semyon Stromilovun komandanlığı altında süvari dəstəsi, həmçinin çeçenlərdən təşkil edən dəstə yardım kimi göndərildi. Çeçenlərə Çepay Murza komandanlıq edirdi, lakin bu dəstə mühasirəyə alınanlara kömək etmək üçün yarıb keçə bilmədi və düşmən tərəfindən dəf edilərək Tərekə qayıtdı. Terekin özünə də hücum təhlükəsi olduğuna görə Terek qubernatoru Sunjanın yardımına çox ordu göndərə bilmirdi. Martın 14-də İvan Dolqovo-Saburovun 200 oxatan döyüşçüsü Həştərxandan Terekə getdi. Həştərxanın da hücuma məruz qalacağı barədə söz-söhbət gəzdiyinə görə oradan da ordunun cəbhəyə göndərilməsi mümkün olmurdu. 19 martda istehkamdakı Terek qumuqları İldar Mirzənin komandanlığı altında Surxay xanla danışıqlara başlayıb qalanı tərk etdilər. Qaladakılar daha 4 gün müqavimət göstərdikdən sonra məsləhətləşərək oranı tərk edib Terekə getdilər. Sunjaya daxil olan qızılbaş ordusu hər yeri yandırdı. Bir qədər sonra Surxay xan da Tarkuya qayıtdı. 1653-cü ildə Aleksey Mixailoviç son münaqişə barədə göndərdiyi məktubda orada döyüşmüş rus zabitlərinə, ruslara yardım edən Yansoxov kimi şəxslərə təşəkkür edirdi. Onlara təşəkkür edilməsinin əsas səbəbi qalada uzun müddət müqavimət göstərmək və çarın xəzinəsini oradan xilas etmək idi.[16][13][17]

1653-cü ilin qarşıdakı hərbi əməliyyatlarında II Abbas daha da irəliləməyi planlayırdı. Onun məqsədi Tereki, Həştərxanı tutmaq və rusları bütün Qafqazdan qovmaq idi. Bunun üçün Surxay xan öz ordusunu toplamış, bölgədəki qızılbaş ordusu Dərbəndə yığışmış, İsfahanda da II Abbasın komandanlığında böyük qızılbaş ordusunun toplanmasına başlanmışdı, lakin vəziyyət gözlənilmədən dəyişdi. Böyük Moğol imperiyasının şərq sərhədlərinə hücum etməsi və Qəndəharı yenidən mühasirəyə alması II Abbasın planlarını dəyişdirdi. İki cəbhədə müharibə aparmaq istəməyən Abbas ruslarla danışıqlara başladı. Rusiya özü də Polşa iləı yeni müharibəyə hazırlaşırdı və Səfəvi imperiyası ilə sülh də maraqlı idi. Knyaz İvan Lobanov-Rostovski və İvan Kominin Həştərxandan 1654-cü ilin aprelində səfir kimi Səfəvi imperiyasına yola düşdülər və Fərəhabadda II Abbasla görüşdülər. Qarşılıqlı güzəştlər əsasında keçən görüşdən sonra oktyabr ayında rus elçilər geri döndülər. Sunja istehkamının ələ keçirilməsi Şimali Qafqazda Səfəvi mövqelərinin güclənməsinə səbəb oldu. Dağlılara təzyiqi daha da artıran II Abbas 1658-ci ildə qumuqların torpaqlarında iki qalanın tikildiyini elan etdi. Bu yerlilərin üsyan qaldırması ilə nəticələndi. 1659-cu ildə Surxay xan, Əhməd xan Djenquteyski, Qazan Alp Endireyski, Buday bəy Maqomatotov rus asılılığına keçdilər.[13][1][3]

  1. 1 2 3 4 5 Matthee, 1999. səh. 169
  2. Bournoutian, 2021. səh. 4
  3. 1 2 Matthee, 2012. səh. 122
  4. Matthee, 2019. səh. 122
  5. Бабулин, 2006. səh. 169
  6. Олеарий, 2003. səh. 363
  7. Кушева, 1963. səh. 365—366
  8. Ризванов, 1969. səh. 202
  9. АН СССР, 1988. səh. 25
  10. Абдусаламов, 2013. səh. 3
  11. Новосельского və Устюгова, 1955. səh. 1032
  12. Кидирниязов və Мусаурова, 2003. səh. 199
  13. 1 2 3 4 5 6 7 8 Бабулин, 2006
  14. Зевакин, 1929
  15. Кабардино-русские отношения в XVI—XVII вв. I. Moskva. 1957. səh. 304.
  16. Попко И. Д. Терские казаки с стародавних времен. Sankt-Peterburq: Исторический очерк. 1880.
  17. "Сурхай - шаухал 1651-1653 гг". 2016-03-30 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2014-05-17.
  • Rudi Matthee. The Politics of Trade in Safavid Iran: Silk for Silver, 1600-1730. London: I.B. Tauris. 1999. ISBN 9781838607074.
  • Rudi Matthee. ʿAbbas II. Encyclopædia Iranica, Online Edition. Encyclopædia Iranica Foundation. Ehsan Yarşater. 2012.
  • George Bournoutian. From the Kur to the Aras: A Military History of Russia's Move into the South Caucasus and the First Russo-Iranian War, 1801–1813. Brill. 2021. ISBN 978-9004445154.
  • Rudi Matthee. ʿAbbas II. Encyclopædia Iranica, Online Edition. Encyclopædia Iranica Foundation. Ehsan Yarşater. 2012.
  • Rudi Matthe. Persia in Crisis: Safavid Decline and the Fall of Isfahan. New York: Taylor & Francis. 2019. ISBN 9781000392876.
  • И. Б. Бабулин. Русско-иранский военный конфликт 1651—1653 гг. Рейтар. 2006.
  • А. Олеарий. Описание путешествия в Московию. Смоленск. 2003.
  • Р.Ризванов. Очерки истории Восточного Кавказа: X-ХХ вв. 1969.
  • Русско-дагестанские взаимоотношения в XVI-начале XX в: тематический сборник. Dağıstan: Дагестанский филиал АН СССР. 1988.
  • М. Б. Абдусаламов. Взаимоотношения кумыкских феодальных владетелей с Cефевидским Ираном в первой половине XVII в. Вестник Забайкальского государственного университета. 2013. 3–12.
  • А. А. Новосельского А. А., Н. В. Устюгова. Очерки истории СССР: период феодализма, XVII в. Moskva: Издательство Академии наук СССР. 1955. 1032.
  • Д. С. Кидирниязов, Ж. К. Мусаурова. Очерки истории ногайцев XV-XVIII вв. Изд-во дом "Народы Дагестана". 2003.
  • Е. С. Зевакин Конфликт России с Персией в середине XVII столетия // Азербайджан в начале XVIII века. Конфликт России с Персией в середине XVII столетия // Азербайджан в начале XVIII века. Bakı. 1929.

Xarici keçidlər

[redaktə | mənbəni redaktə et]