Səhra aslanı

Səhra aslanı
ing. Lion of the Desert
Filmin DVD üz şəkli
Filmin DVD üz şəkli
Janr bioqrafik film, müharibə filmi
Rejissor
Prodüser
Ssenari müəllifi
  • H.A.L. Craig[d]
Baş rollarda
Operator
  • Cek Hildyard[d]
Bəstəkar
Distribütor Anchor Bay Entertainment[d], Netflix
İlk baxış tarixi 1981, 29 oktyabr 1981[3]
Müddət 206 dəq.
Ölkə
Dil ingilis dili
Rəng rəngli
IMDb ID0081059

Səhra aslanı (ing. Lion of the Desert) — Liviyanın xalq qəhrəmanı Ömər Muxtarın İtaliya müstəmləkəçiliyinə qarşı mübarizəsindən bəhs edən 1981-ci il ABŞ-Liviya birgə istehsalı dramatik döyüş filmi.[4]

Prodüserliyini və rejissorluğunu ərəb əslli ABŞ-lı kinematoqraf Mustafa Akkadın etdiyi filmin əsas rollarında Anthony Quinn, Oliver Reed, Irene Papas, Rod Steiger, John GielgudRaf Vallone oynamışdır. Filmin əsas musiqisi Maurice Jarreyə aiddir.

Gerçək hadisələrə əsaslanan bu bioqrafik, epik filmdə 1929-cu ildə İtaliyada iqtidarda olan faşist diktator Benito Mussolininin Böyük Roma İmperiyasını yenidən qurma planlarının bir parçası olaraq Liviyanı müstəmləkələşdirmək üzrə bu Şimali Afrika ölkəsinə göndərdiyi güclü ordularının, Ömər Muxtar liderliyindəki Liviya xalqının inadkar müqaviməti qarşısında heç gözləmədikləri ağır itkilərə uğramaları izah edilməkdədir.[5]

Filmi Liviya lideri Muəmmər Qəddafi maliyyəyələşdirmişdir. Tərcümə edildikdən bir il sonra dövrün İtaliya baş naziri Giulio Andreotti filmin İtalyan ordusunun qürurunu zədələyici fraqmentlər ehtiva etdiyini ifadə etmiş və bunun üzərinə film 1982-ci ildə İtaliyada qadağan edilmişdi.[6] 1988-ci ildən etibarən filmin İtaliyada bəzi festivallarda qeyri-qanuni olaraq göstərilməsinə hökumət tərəfindən göz yumulmuşdu.

Filmin rejissoru 1930-cu ildə Hələbdə (Suriya) doğulan Mustafa Akkad uzun illər ABŞ-da prodüserlik və rejissorluq etmişdir. Hellovin filmlərinin babası olaraq da xatırlanan Akkad 2005-ci ildə İordaniyada məruz qaldığı bombalı terror hücum nəticəsində həyatını itirmişdir.

1922-ci ildə İtaliyada Faşistlərin Benito Mussolini (Rod Steiger) liderliyində iqtidara gəlmələri ilə Böyük Roma İmperiyasını yenidən qurma xəyalları təkrar coşur. 1929-cu ildə bu dəfə General Rodolfo Graziani (Oliver Reed) əmrindəki yeni bir ordu ilə daha əhatəli və genişmiqyaslı bir işğala başlayır. Liviyanın müstəmləkələşdirilməsinə çox əhəmiyyət verən Mussolini hərəkatı İtaliyadan şəxsən idarə edir. Ancaq ilk işğaldan bəri müqavimətin içində olan Ömər Muxtar (Anthony Quinn) bu dəfə müqavimətin başına keçərək bədəvilərdən və kəndlilərdən ibarət olan Liviya xalqını İtalyanlara qarşı təşkilatlandırır. İtalyanların müasir silahlarıtankları qarşısında sadə silahları ilə atlı bədəvilər illərlə müqavimət göstərir və İtalyanlara böyük itkilər verdirirlər. Ömər Muxtarın bu şərəfli müqaviməti işğalçı İtalyan zabitlərində belə heyranlıq və hörmət oyandırır. Ancaq 1931-ci ildə Ömər Muxtarın tutulması və edam edilməsi ilə 20 illik müqavimət sona çatır.

Xəbərdarlığın sonu

Çəkiliş qrupu

[redaktə | mənbəni redaktə et]
Vəzifə Ad
Prodüser Mustafa Akkad
Rejissor Mustafa Akkad
Ssenarist H. A. L. Kreyq
Bəstəkar Maurice Jarre
Montaj John Shirley
Rodolfo BigottiIrene Papas filminin çəklişi zamanı

;

Aktyor Rol
Anthony Quinn Ömər Muxtar[7]
Oliver Reed Gen. Rodolfo Graziani
Irene Papas Mabrouka
Raf Vallone Colonel Diodiece
Rod Steiger Benito Mussolini
John Gielgud Sharif El Gariani
Andrew Keir Salem
Gastone Moschin Major Tomelli
Stefano Patrizi Lt. Sandrini
Adolfo Lastretti Colonel Sarsani
Sky du Mont Prince Amadeo (as Sky Dumont)
Takis Emmanuel Bu-Matari
Rodolfo Bigotti Ismail
Robert Brown Al Fadeel
Eleonora Stathopoulou Ali's Mother
Luciano Bartoli Captain Lontano
Claudio Gora President of Court
Giordano Falzoni Judge at Camp
Franco Fantasia Graziani's Aide
Ihab Werfali Ali
Ewen Solon
Loris Bazzocchi (as Loris Bazoki)
Alec Mango
Filippo De Gara (as Filippo Degara)
George Sweeney Captain Biagi
Luciano Catenacci Italian Soldier
Victor Baring
Pietro Brambilla Young Soldier
Pietro Tordi Field Marshal
Massimiliano Baratta Capture Captain
Mario Feliciani Lobitto
Gianfranco Barra Sentry
Piero Gerlini Barillo (as Pietro Gerlini)
Lino Capolicchio Captain Bedendo
Ömər Muxtarın əsr alınması
realda və filmdə.
  • Həddindən artıq dərəcədə diqqətli bir rejissor olan Mustafa Akkad filmin çəkiliş mərhələsində məkanlardan kostyumlara, silahlardan texnikalara qədər hər şeyin əsil olmasını istəmişdir. Həqiqətə yaxın olma işini o qədər irəli aparıbmış ki, filmdə Benito Mussolini rolunu oynayan Rod Steigerin saçını qırxdırmaq üçün vaxtikən Mussolininin həqiqətən taraş etmiş öz bərbərini tapıb gətirmişdir.
  • Filmin çəkilişinin araşdırma mərhələsində çox da çətinliklə qarşılanılmayıb. Çünki özünə həddindən artıq güvənmiş bir diktator olmuş Benito Mussolini eyni zamanda təbliğata da çox əhəmiyyət vermiş və Liviya səfərinin hər detalını geniş şəkildə lentə aldırıbmış. Bu səbəblə araşdırma mərhələsi yalnız 1,5 il sürmüşdür.
  • Liviya lideri polkovnik Müəmmər Qəddafi tərəfindən maliyyələşdirilən filmin çəkilişləri də Liviya çöllərində edilmişdir. Çəkilişlər üçün çölün ortasında, Benqazidən 1000 km uzaqda yoxdan bir kənd inşa edilmişdir. 500 insanın qala biləcəyi bu kəndə yemək-içmək də daxil olmaqla bütün ləvazimatlar İngiltərədən gətirilmişdir. Qum kamera və linzalara zərər verdiyi üçün hər 2 saatdan bir müntəzəm olaraq təmizlənmişdir. Eyni şəkildə silahlar da tutulmasın deyə eyni nizamla silinmişdir.
  • Bütün bu diqqətli fəaliyyət beynəlxalq genişheyətli bu epik layihəni zərər etməkdən xilas etməmişdir. Filmə 35 milyon dollar yatırılmasına baxmayaraq, beynəlxalq bazarda yalnız 1 milyon dollarlıq bir hasilat əldə edilmişdir. Qəddafi tərəfindən maliyyələşdirildiyinə görə əvvəl-əvvəl tənqidçilər tərəfindən kiçildilən də və laqeyd yanaşılan film bir neçə il keçəndən sonra yenidən qiymətləndirilmiş və bu dəfə tənqidçilər tərəfindən alqışlanmışdır.
  • Mustafa Akkad bütün Hellovin filmlərinin (8 dənədir) prodüseri olmuşdur. Bu səbəblə özünə "Hellovin filmlərinin babası" ləqəbi verilmişdir. Rejissor kimi də sadəcə 3 filmə imza atmışdır. Bunlardan Məhəmmədin həyatından bəhs edən 1976-cı ilin filmi Çağırış (ing. The Message) və Çöl Aslanı (ing. Lion of the Desert) ən məşhurlarıdır.
  1. http://www.imdb.com/title/tt0081059/.
  2. 1 2 3 4 http://www.imdb.com/title/tt0081059/fullcredits.
  3. https://www.filmdienst.de/film/details/40415/omar-mukhtar-lowe-der-wuste.
  4. Mənsur Rəğbətoğlu. ""Səhra aslanı" – İşğalçı ordunun qorxunc kabusu Ömər Muxtar". Teleqraf.com (az.). 2021-09-16. 2024-03-28 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2024-03-28.
  5. Canlı, Enes. "Çöl Aslanı: Ömer Muhtar". www.aa.com.tr. 2024-03-30 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2024-03-29.
  6. "Səhra Aslanı (film)". Milliyyət Araşdırmalar Mərkəzi (az.). 2017-02-13. 2024-03-28 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2024-03-28.
  7. Kənan Rövşənoğlu. "Ömər Muxtarın Vətəni". musavat.com (az.). 2024-03-29 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2024-03-29.

Xarici keçidlər

[redaktə | mənbəni redaktə et]