Bu məqalədəki məlumatların yoxlanıla bilməsi üçün əlavə mənbələrə ehtiyac var.
Lütfən, məqaləyə etibarlı mənbələrəlavə edərək onu təkmilləşdirməyə kömək edin. Mənbəsiz məzmun problemlər yarada və silinə bilər. Problemlər həll edilməmiş şablonu məqalədən çıxarmayın. Daha ətraflı məlumat və ya məqalədəki problemlərlə bağlı müzakirə aparmaq üçün məqalənin müzakirə səhifəsinə diqqət yetirə bilərsiniz.
Risalə-i Nurun İslami məsələlərə yanaşması seçici və ya tənqidi deyil, dəstəkləyici və meydan oxuyandır. O qədər ki, qərəzsizlik belə, onun fikrincə, şeytani bir hiylədir, küfrlə bərabərdir. Səid Nursinin Mucizat-ı Əhmədiyyə kimi risalələrində istifadə etdiyi bəzi rəvayətlər məsəl ənənəsinin əks olunmasından ibarətdir. Bu ənənənin özəlliyi ictimaiyyəti incidən aşkar faktlarda deyil, əksinə povestlərindən sonra tamaşaçıdan yığdıqları pulun miqdarını artıran, duyğularını sığallayan, şişirdən, bəzən ağlatdıran ətraflı dramatik hekayələr verir.[3]
Lətifələr əsasən peyğəmbərlik dəlilləri (Delail En Nubuwwa) kimi sahələrdə istehsal edilmişdir. Məsələn, Huneyn döyüşündə Məhəmmədin atdığı bir ovuc çınqıl bütün kafirlərin gözünə bir-bir daxil olur.[3]
"Bədiüzzaman", "Molla Səid", "Molla Səidi Məşhur", "Səidi Kürdi", "Səidi Nursi" ləqəbləriylə xatırlanmışdır. Zamanla "zamanın xariqəsi" mənasını verən Bədiüzzaman ləqəbi adıyla birlikdə deyilmişdir.
1915–1917-ci illərdə, Birinci dünya müharibəsi dövründə Qafqaz cəbhəsində könüllü alay komandiri olmuş və burada ruslara əsir düşmüşdür. 1917-ci ildə Kostroma Əsir Düşərgəsindən qaçaraq İstanbula qayıtmış və o dövrün ali fitva qurumu sayılan Dar-ül Hikmət-ül İslamiyədə işləməyə başlamışdır.
1925-ci ildə Şeyx Səid üsyanı baş verdi. Üsyan yatırıldıqdan sonra Şeyx Səid və üsyanın digər rəhbərləri həbs olunaraq, məhkəmə qərarı ilə edam edildilər. Səid Nursi isə üsyanla əlaqəli olduğu iddia edilərək Burdura sürgün edildi.[4] 1960-cı ildə ölümünədək Kastamonu, Emirdağ, Barla və İspartada sürgündə yaşamış, 2 dəfə həbs olunmuş, ümumilikdə 20 ay həbsdə qalmışdır.
1960-cı il 23 martda Şanlıurfada vəfat etmiş, Urfa Xəlil-ül Rəhman Dərgahında dəfn edilmişdir. 1960-cı il 27 may hərbi çevrilişindən sonra qurulan yeni Türkiyə hökumətinin qərarı ilə iyulun 12-də qəbri naməlum bir yerə köçürülmüşdür.[5][6]
"Lemeât" Evkāf-ı İslâmiyye Matbaası, 1337–1339 (1921) (Kitabin orijinali 49 səhifə) Sözler kitabinin sonuna 50 səhifə nəşr edilmiş. 32 səhifə Asari Bediyyede nəşr olunmuşdur
Yeni Said dövrü kitabları bunlardır (Risalei Nur külliyatı)