Sərhəd zastavası suveren dövlət tərəfindən özünün dövlət sərhədində saxlanılan postdur. Sərhəd nəzarəti, sərhəd mühafizəsi qonşu dövlətlə sərhədi müşahidə etmək və mühafizə etmək məqsədilə yaradılır.[1] Sərhəd mühafizəçiləri və yaxud da digər adı ilə sərhədçilər bu cür missiyalar zamanı istifadə edilirlər və onların daimi olaraq təşkil etdikləri sərhəd patrulları radio əlaqələr vasitəsilə bir-birləri ilə əlaqə saxlayırlar. Sərhəd zastavaları bəzən bir sıra inzibati binalarda, yaşayış binalarında və yaxud da çadırlarla ola bilər. Sərhəd zastavalarında silah-sursat anbarları, səngərlər, sığınacaqlar, məftillərlə və gözətçi qüllələri ilə möhkəmləndirilmiş olan pulemyot məntəqələri, gömrük keçid məntəqələri, sərhəd sədləri və insan postları ola bilər.[2]