Sətif

Sətif
سطيف
36°11′24″ şm. e. 5°24′36″ ş. u.HGYO
Ölkə
Tarixi və coğrafiyası
Sahəsi
  • 127,3 km²
Mərkəzin hündürlüyü 1.096 ± 1 m
Saat qurşağı
Əhalisi
Əhalisi
  • 288.461 nəf. (2008)[1]
Rəqəmsal identifikatorlar
Poçt indeksi 19000
Xəritəni göstər/gizlə
Sətif xəritədə
Sətif
Sətif
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

Sətif[2] və ya Setif[3] (ərəb. سطيف‎, fr. Sétif)[4]Əlcəzairin şimal-şərqində şəhər, eyniadlı vilayətin inzibati mərkəzi. Dəniz səviyyəsindən təxminən 1096 m yüksəklikdə yerləşir.

Şəhərin tikililərinin çoxusu Fransa müstəmləkəçiliyi dövrünə aiddir, lakin yaxınlıqda Qədim Roma dövründən qalma nekropol və Bizans qalasının xarabalıqları qorunub saxlanılmışdır. 2013-cü ilin məlumatına görə, şəhərin əhalisi təxminən 324 min nəfərdir.

Numidiya mənşəli şəhər romalılara Sitifis kimi tanınırdı. 97-ci ildə imperator Nerva öz veteranlarını burada məskunlaşdırmışdır. İki yüz il sonra Sitifen bölgəsi inzibati olaraq Mavretaniyadan ayrılmışdır. Ərəblərin işğalından sonra şəhər əvvəlki əhəmiyyətini itirmişdir. 1838-ci ildən Fransa qarnizonunun yerləşdiyi şəhər böyük bir kənd təsərrüfatı rayonunun mərkəzinə çevrilmişdir.

Setifdə kimya, elektrotexnika, tikinti maternalları və yeyinti sənayesi müəssisələri var. Xalçaçılıq inkişaf etmişdir.[3]

8 may 2018-ci il tarixində Setifdə tramvay sistemi fəaliyyətə başlamışdır. 11 dekabr 1960-cı ildə 22,4 km uzunluğunda bir xətt açılmışdır.[5]

  1. Sétif (Province Capital, Sétif, Algeria) - Population Statistics, Charts, Map and Location.
  2. Bayramov, Oqtay. "Əlcəzairdə fransız əsgərlərinin qətlə yetirdikləri insanların xatirəsi anılıb". Azərbaycan Dövlət İnformasiya Agentliyi (az.). 20 yanvar 2023 tarixində arxivləşdirilib. İstifadə tarixi: 20 yanvar 2023.
  3. 1 2 Сетиф // Азәрбајҹан Совет Енсиклопедијасы: [10 ҹилддә]. VIII ҹилд: ПрадоСпринт. Бакы: Азәрбајҹан Совет Енсиклопедијасынын Баш Редаксијасы. Баш редактор: Ҹ. Б. Гулијев. 1984. С. 362.
  4. Сети́ф Arxivləşdirilib 2021-12-28 at the Wayback Machine // Словарь географических названий зарубежных стран / Отв. ред. А. М. Комков. — 3-е изд., перераб. и доп. — М. : Недра, 1986. — С. 333.
  5. "UrbanRail.Net > Africa > Algeria > Setif Tram". 2019-06-05 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2022-07-28.

Əlavə ədəbiyyat

[redaktə | mənbəni redaktə et]

Xarici keçidlər

[redaktə | mənbəni redaktə et]
  • Setif Looklex Encyclopaedia  (ing.)