Səəd Həriri

Səəd Həriri
ərəb. سعد الدين رفيق الحريري
9 noyabr 2009 – 13 iyun 2011
SonrakıNəcib Miqati
18 dekabr 2016 – 29 oktyabr 2019
SonrakıHəssan Diyab
Şəxsi məlumatlar
Doğum tarixi 18 aprel 1970(1970-04-18)[1][2][…] (54 yaş)
Doğum yeri
Təhsili
Fəaliyyəti siyasətçi, iş adamı
Atası Rəfiq Həriri
Uşağı 3
Dini islam[3]
saadhariri.com
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar
Səəd Həriri 2009-cu ildə

Səəd əl-Həriri (ərəb. سعد الحريري‎; tam adı Sə’dəddin Rəfiq əl-Həriri; ərəb. سعد الدين رفيق الحريري‎; 18 aprel 1970[1][2][…], Ər-Riyad) — livanlı siyasətçi və milyarder, 2016- ci ildən etibarən Livanın baş naziri olmuşdur. Həmçinin, o, 2009-cu ilin noyabr ayından 2011-ci ilin iyun ayına qədər Baş nazir vəzifəsində çalışmışdır. O, 2005-ci ildə öldürülən keçmiş Livan baş naziri Rəfiq Həririnin ikinci oğludur.
Həriri, 2005-ci ildən "Gələcək hərəkatı "nın lideri olmuşdur. O, 14 mart Koalisiyasının "ən güclü namizədidir". 3 il xaricdə yaşadıqdan sonra 2014-cü il 8 avqustda Livana döndü və 3 noyabr 2016-cı ildə baş nazir təyin edildi. 4 noyabr 2017-ci ildə Səudiyyə dövlət televiziyasında yayımlanan Həriri'nin istefa etmək niyyəti gözlənilməz olmuş, İran-Səudiyyə Ərəbistan vasitəçilik müharibəsinin Livanda bir hissəsi kimi qəbul edilmiş və Livan və Səudiyyə Ərəbistanı arasındakı mübahisəyə səbəb oldu. Prezident Mişel Övnün çıxışından sonra 5 dekabrda Həriri istefasını təxirə saldı.

Səəd Həriri 1970-ci il 18 aprel Ər-Riyad, Səudiyyə Ərəbistanda doğulmuşdur. İlk həyat yoldaşı Nizal Bustani İraqlıdır. 1992-ci ildə Corctaun Universitetində McDonough Business School'da biznes idarəçiliyini bitirmişdir. Daha sonra Səudiyyə Ərəbistana qayıdıb, 2005-ci il atasının sui-qəsdinə qədər Riyadda atasının işinin bir hissəsini idarə etmişdir.
Liviya, Səudiyyə Ərəbistanı və Fransa vətəndaşlığı var. Ərəb dilindən başqa Həriri İngilisfransız dilində danışır. O, təhkükəsizlik səbəbindən 2011-ci ildən 2014-cü ilə qədər Fransada yaşamış və 2014-cü il 8 avqustda Liviyaya dönmüşdür.

İş fəaliyyəti

[redaktə | mənbəni redaktə et]

Siyasətə gəlməzdən əvvəl, Həriri, Oger Telecomun icra komitəsinin sədri idi, hansı ki, 1994-cü ildən 2005-ci ilə qədər Yaxın ŞərqAfrikada telekommunikasiya maraqlarını davam etdirmişdir. Bundan əlavə o, Omnia Holdinqin sədri və Oger International Entreprise de Travaux Internationaux, Saudi Oger, Saudi Investment Bank, Saudi Research and Marketing Group və Liviyanın Future TV televiziya kanalında idarə heyətinin üzvü olmuşdur. 2007-ci ildə Fransa prezidenti Jak Şirak Səəd Həriri'ni Fəxri Legion ordeni ilə təltif etdi.

Siyasi karyerası

[redaktə | mənbəni redaktə et]

20 aprel 2005-ci ildə Həririnin ailəsi, onun əslində sunni hərəkatı olan və mərhum atası tərəfindən yaradılmış, idarə edilmiş "Gələcək Hərəkatı"na liderliyini elan etdi. Sidr inqilabından doğan siyasi qrupların koalisiyası, kütləvi nümayişlər və qərbdən dəstəklə, 29 illik bir dövrdən sonra 2005-ci ildə Suriyalı qoşunların Livandan çıxarılmasına səbəb oldu. Həriri 9 noyabr 2009-cu ildən 13 iyun 2011-ci il tarixinədək baş nazir vəzifəsində çalışmışdır. Hökumətin dağılması 12 yanvar 2011-ci ildə Həriri, prezident Barak Obama ilə Oval Ofisində fotoşəkil çəkdirdikdən sonra, müxalifət partiyaları öz hökumət ofislərindən istefa edərək, onun dağılmasına gətirib çıxardı. Hizbullahın və onun müttəfiqlərinin geri çəkilməsinə Rəfiq Həririnin sui-qəsdinin araşdırılması ilə bağlı siyasi təzyiqlər səbəb oldu. Hizbullah əməliyyatçıları Rəfiq Həririni qətlə yetirməkdə günahlandırıldılar. Həriri dörd ay müddətində müvəqqəti olaraq baş nazir olaraq hakimiyyətə davam etdi.
13 iyun 2011-ci ildə Nəcib Mikati başçılıq etdiyi yeni Livan hökuməti formalaşdırıldı. Mikati 8 martdan başlayan bir hökumət koalisiyasını yaratdı.
12 dekabr 2012-ci ildə, Həriri, Okab Sakra, Luay Almokdadın həbsinə dair bir qərar verilərək onları Suriya müxalifət qruplarını silahlandırmaq və maliyyə dəstəyində günahlandırdılar. Həriri buna cavab olaraq Bəşər Əsədi "canavar" kimi təsvir etmişdir.
İki illik fasilədən sonra Mişel Övn yenidən prezident seçilir və fərman verərək 18 dekabr 2016 cı ildə Həririnin ikinci dəfə baş nazir vəzifəsinə təyin edir. 4 noyabr 2017-ci ildə Səudiyyə Ərəbistanın televiziyasında yayımlanan bəyənatda Həriri İranın və Hizbullahın Yaxın Şərq regionunda siyasi təzyiqlərini artırması və sui-qəsdlərdən qorunması ilə bağlı olaraq vəzifəsindən istefa verdiyini bildirdi. Livan hökumətinin əksəriyyəti onun qaytarılmasını tələb etdi. Daha sonra prezidentin də bu işə fikir bildirməsi ilə o, dekabrın 5-də istefasını ləğv etdi və hökumətin bütün üzvlərinin ərəb ölkələrindəki münaqişələrdən uzaqlaşmağa razı olduğunu açıqladı.

  1. Mallat, Chibli Lebanon's Cedar Revolution An essay on non-violence and justice Mallat. p. 122. Archived from the original (PDF) on 2 February 2012.
  1. Dakroub, Hussein (13 December 2012). "Hariri calls Assad 'monster,' rejects warrants" Arxivləşdirilib 2018-12-30 at the Wayback Machine The Daily Star. Retrieved 13 December 2012.
  1. "Lebanon's prime minister just resigned 'over plot to target his life'" The Independent. 4 November 2017. Retrieved 4 November 2017.
  2. Səəd Həriri baş nazir kimi hökuməti qurmaqla vəzifələndirildi[ölü keçid]
  1. Səəd Həriri istefasını dondurdu

Xarici keçidlər

[redaktə | mənbəni redaktə et]