Türkiyə–Yunanıstan sərhədi | |
---|---|
Xüsusiyyətləri | |
Dövlətlər | |
Uzunluğu |
|
Vikianbarda əlaqəli mediafayllar |
Türkiyə–Yunanıstan sərhədi — Yunanıstan Respublikası ilə Türkiyə Respublikası arasında 200 km (120 mil) uzunluğundakı beynəlxalq sərhəd. Sərhəd Yunanıstandakı Qərbi Trakiyanı Türkiyədəki Şərqi Trakyadan ayırır.
Maritsa çayı bəzi yerlərdə, əsasən düzənliklərdə tez-tez məcrasını dəyişir.
İki ölkə arasında sərhəd həm də Avropa İttifaqının xarici sərhədidir. 2012-ci ildə Avropa miqrant böhranı səbəbiylə quru sərhədinin çayla bölünmədiyi yerdə yüksək bir sərhəd hasarı çəkilmişdir[1]. Bundan əlavə bir neçə kilometr enində boğazlardan keçən dəniz sərhədi vardır.
Yunanistanın İstiqlal Müharibəsi 1829-cu ildə bitdikdən sonra Yunanistan dövləti indiki ərazisinin bir hissəsini əhatə edirdi. İlk Yunan-Osmanlı sərhədi Aspropotamos-Sperçeios xətti, ardından 1832-ci ildə Arta-Volos xətti ilə 1881-ci ildə İstanbul müqaviləsinə qədər qüvvədə qalır. 1912-13-cü illərdəki Balkan müharibələri Yunanıstanın şimala doğru uzanmasına səbəb olur. Üstəlik Serbiya və Bolqarıstanın ərazi əldə etməsi ilə Yunanıstan Osmanlı ilə quru sərhədi paylaşmağı dayandırır. Bu 1919-20-ci illərdə Yunanıstanın Qərbi Trakya, Şərqi Trakya və İzmir bölgəsini işğalı zaman yenidən dəyişir.
1919-1922-ci illərdəki Yunan-Türk müharibəsindən sonra, sərhədin indiki yolu 1923-cü ildə Lozanna müqaviləsi ilə qurulur. Ədirnə şəhəri Türkiyə eksklavı olaraq Lozanna danışıqları zamanı Türkiyənin Yunanıstana qarşı müharibə təzminatı iddiasından imtina etməsi qarşılığında verilir.
Lozannanın təyin etdiyi Yunan-Türk sərhədi, on il əvvəl imzalanmış İstanbul müqaviləsi (1913) ilə müəyyənləşdirilmiş Bolqarıstan-Türkiyə sərhədinin təsdiqlənməsidir.
Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan, artıq qaçqın və miqrantların "sərhəd girişinə" "mane olmayacağını" elan etdikdən və Yunanıstanla sərhədi açdıqdan sonra 2020-ci il fevral ayının sonlarında miqrantlar Yunanistan Türkiyə sərhədində toplanmağa başlayır[2][3]. Bundan sonra Türkiyə hökuməti qaçqınları siyasi və pul qazanmaq üçün Avropaya yönləndirilməkdə günahlandırılır[4].
2020-ci ilin mart ayı ərzində miqrantlar dəfələrlə sərhəddi keçməyə çalışır, lakin Yunanıstan ordusu, polisi və Avstriyadan, Kiprdən, Çex Respublikasından və Polşadan olan polislərin kiçik dəstələri tərəfindən gözyaşardıcı qazdan istifadə edilərək mühacirlərə müqavimət göstərilir. Qanunsuz olaraq keçməyə cəhd edənlər arasında Afrika, İran, Əfqanıstan və Suriyadan olan şəxslər üstünlük təşkil edir.
11 mart 2020-ci il tarixinə qədər sərhədləri qanunsuz keçən 348 nəfər tutulur və 44 353 qanunsuz giriş hadisəsinin qarşısı alınır.