Liberalizm Türkiyəyə ilk dəfə Osmanlı İmperiyası dövründə, tənzimat islahatları ilə gəlmişdir.
Tənzimat sözü (ərəb. تَنْظِيمَات, tanẓīmāt) "yenidən nizamlama, qaydaya salma" mənasını verir və Osmanlı dövlətinin idarəçilik əsaslarında mühüm reformasiyanın aparıldığı, 1839-da Gülxanə xətti-şərifi ilə başlayıb 1876-da Birinci Məşrutiyyət ilə sona çatan dövrü ifadə edir.[1][2] Tənzimat islahatları bir sıra liberal ziyalılar — Dimitri Zambako Paşa, Mehmet Kabuli Paşa, Yeni osmanlılar,[3][4] həmçinin Osmanlı parlamentinin qurucularından hesab edilən Midhat Paşa tərəfindən dəstəklənmişdir.[5][6][7][8]