Tırnıauz

Tırnıauz
Тырныауз
Тырныаууз
Bayraq Gerb
Bayraq Gerb
43°24′ şm. e. 42°55′ ş. u.HGYO
Ölkə
Tarixi və coğrafiyası
Əsası qoyulub 1934
Sahəsi
  • 61,8 km²
Mərkəzin hündürlüyü 1.307 m
Saat qurşağı
Əhalisi
Əhalisi
  • 22.242 nəf. (2024)[1]
Rəsmi dili
Rəqəmsal identifikatorlar
Telefon kodu +7 86638
Poçt indeksi 361621–361624
Digər
admtyrnyauz.ru
Xəritəni göstər/gizlə
Tırnıauz xəritədə
Tırnıauz
Tırnıauz
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

Tırnıauz (kab.-çərk. Тырныауз[2], qaraç.-balk. Тырныаууз[3]) — Rusiya Federasiyası, Kabarda-Balkariyanın ərazisində yerləşən şəhər. Şəhər dairəsinə yalnız bir yaşayış məntəqəsi daxildir.

Şəhər respublikanın cənub-qərb hissəsində, Baksan çayının hər iki sahilində, Nalçik şəhərindən 90 km cənub-qərbdə və Elbrus dağından 40 km şimal-şərqdə yerləşir. Tırnıauz yolu Baksan çayı vadisi boyunca Baksan-Elbrus magistralı ilə Elbrus dağının ətəyinə gedir.

Şəhərin sahəsi - 61.80 km². Aşağıdakı şayış məntəqələri ilə həmsərhəddir: şimalda Bılım və cənubda Yuxarı Baksan.

Şəhər 1934-cü ildə Tırnıauz volfram-molibden yatağının kəşf edildiyi ərazidə Qirxojan kəndi kimi qurulmuşdur[4]..

1937-ci ildə Baksan dərəsində ilk zavodların inşasına başlanılmışdır. Elə həmin il Qirxojan kəndi Aşağı Baksan adını alır və fəhlə qəsəbəsinə çevrilir.

1955-ci ildə Aşağı Baksan qəsəbəsi şəhər statusunu alır və Tırnıauz adlandırılır. 1963-cü ildə Tırnauz respublika tabeliyində olan bir şəhər statusu alır.

1994-cü ildə Tırnıauz regional tabeçiliyə verilir və yeni təşkil olunan Elbrus rayonunun inzibati mərkəzinə çevrilir.

SSRİ-nin dağılması və Tırnıauz molibden zavodunun bağlanması ilə sakinlərin sayı sürətlə azalmağa başladı. 1989-cu ildən 2002-ci ilədək siyahıyaalmalar zamanı şəhər əhalisinin üçdə birini itirdiyini göstərir. Şəhər əhalisinin sürətlə azalmasına 2000-ci ildə baş verən bir sıra selhadisələridə böyük təsir göstərmişdir.

Hal-hazırda şəhər əhalisi yavaş-yavaş azalmaqda davam edir. Şəhərin əvvəlki gücünü özünə qaytarmaqdan ötrü volfram-molibden zavodunun bərpası planlaşdırılır. Soldatskaya stansiyasından 95 km uzunluğunda dəmir yolu xəttinin inşası planı vardır.

Urbanizasiya

2019-cu il 1 yanvar tarixinə əsasən Rusiyanın 1115 şəhəri arasında əhalisinin sayına görə 658-ci yerdədir. Əhalisinin sıxlığı — 331.93 nəf./km².

Milli tərkib

2010-cu il Ümumrusiya siyahıya alınmasının məlumatlarına görə rayonun milli tərkibi haqqında aşağıdakı məlumatlar verilmişdir[5]:

Xalq Say,
nəf.
Ümumi əhaliyə
olan nisbəti, %
balkarlar 10 941 52,1 %
ruslar 4 863 23,2 %
kabardinlər 3 175 15,1 %
tatarlar 333 1,6 %
ləzgilər 212 1,0 %
ukraynalılar 212 1,0 %
digərləri 1 264 6,0 %
ümumi 21 000 100,0 %
Cins tərkibi

2010-cu il Ümumrusiya siyahıya alınmasına olan məlumat[6]:

Yaş. Ümumi
say.
ümumi əhaliyə
olan nisbət, %
0 — 14 yaş 3 785 18,0 %
15 — 59 yaş 14 465 68,9 %
60 yaşdan yuxarı 2 750 13,1 %
ümumi 21000 100 %

Kişilər — 9 374 nəf. (44,6 %). Qadınlar — 11 626 nəf. (55,4 %).

Əhalinin orta yaşı — 36,1 yaş.

  • «Xüsusi Uşaq» Reabilitasiya Mərkəzi - Eneeva k., 11
  • 1 nömrəli uşaq bağçası - Eneeva k., 12
  • 4 nömrəli uşaq bağçası - Elbrus prospekti., 24
  • 6 nömrəli uşaq bağçası - Elbrus prospekti., 80
  • 10 nömrəli uşaq bağçası - Michurina k., 1
  • 5 nömrəli gimnaziya - Baksanskaya k., 15
  • 1 nömrəli lisey - Eneeva k., 27
  • 2 nömrəli orta məktəb - Mir k., 11
  • 3 nömrəli orta məktəb - Elbrus prospekti., 23
  • 6 nömrəli orta məktəb - Zavodskaya k., 1
  • Rayon xəstəxanası
  • Rayon poliklinikası
  • Rayon stomatoloji klinikası

İslam

  • Mərkəzi şəhər məscidi

Pravoslavlıq

  • Müqəddəs Qeorqe Pobedonos məbədi
  1. "Численность постоянного населения Российской Федерации по муниципальным образованиям на 1 января 2024 года"..
  2. Кабардинско-русский словарь. 20 000 слов / Под ред. Б. М. Карданова. М.: Государственное издательство иностранных и национальных словарей, 1957. С. 487.
  3. Суюнчев Х. И., Урусбиев И. Х. Русско-карачаево-балкарский словарь. Около 35 000 слов. М.: «Советская Энциклопедия», 1965. С. 744.
  4. "Тырныауз. Общие сведения". 2014-05-13 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2014-05-13.
  5. "Том4. Таблица 4. Национальный состав РСОА по муниципальным образованиям по переписи 2010 года". 2013-08-19 tarixində arxivləşdirilib.
  6. "Том 1. Таблица 2.2 Население КБР по возрастным группам и полу". 2018-10-01 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2019-05-09.