Təhmasib xan Cəlayir

Təhmasib xan Cəlayir
Şəxsi məlumatlar
Doğum tarixi Bilinmir
Doğum yeri Xorasan, Səfəvi imperiyası
Vəfat tarixi
Vəfat yeri Əfşar imperiyası
Vəfat səbəbi Əliqulu xan Əfşar tərəfindən sui-qəsd
Hərbi fəaliyyəti
Mənsubiyyəti Cəlayır eli
Səfəvi ordusu
Əfşar ordusu
Qoşun növü Süvari
Xidmət illəri 1720-ci illərin əvvəllərindən etibarən 1747-ci ilə qədər
Rütbəsi Xan
Döyüşlər Nadirin yürüşləri

Təhmasib xan CəlayirSəfəvi imperiyasının son dövrlərinin və Nadir şah Əfşarın ən məşhur və ən böyük sərkərdələrindən biri. O, Nadirin Xorasandan başlatdığı fəaliyyətinin ən erkən dövrlərindən etibarən onunla birlikdə olmuş və Nadirin yürüşləri dönəmində ən seçilən sərkərdəsinə çevrilmişdir.[1][2]

Təhmasib xan Cəlair Nadirin fəaliyyəti dövründə baş vermiş döyüşlərin bir çoxunda və Nadir şahın vəliəhd şahzadəsi Rzaqulu Mirzə Əfşarın özbəklərə qarşı həyata keçirdiyi yürüşdə önəmli rol oynamışdır. O, Nadir şahın böyük qələbə qazandığı Karnal döyüşündə Əfşar ordusunun sağ cinahına komandanlıq etmişdir.[1][3]

Nadir şahın hakimiyyətinin son dövrlərində onda paranoya və s. kimi psixoloji problemlər yaranmışdı. Nadir şahın onu xain elan etməsindən sonra Nadir şahın qardaşı oğlu və ondan sonra taxta keçəcək şəxs olan Əliqulu xan Əfşar Təhmasib xanı yeganə çıxış yolunun Nadir şaha qarşı üsyan qaldırmaq olduğuna inandırmağı bacarmışdı. Üsyan başladıldıqdan sonra əməlindən peşman olan Təhmasib xan Nadir şahla barışmaq istədi və buna görə də, Əliqulu xan tərəfindən zəhərlənərək qətlə yetirildi. Xain olmadığı halda üsyana məcbur edilən və üsyan qaldırıldıqdan sonra şahla barışmaq istədiyinə görə qətlə yetirilən Təhmasib xanın ölümü çox ironik idi.[4]

Təhmasib xan Cəlairin öldürülməsindən sonra Nadir şah Əfşar taxt-tacı böyük təhlükə altına düşdü. Öz ən yaxın adamını itirən Nadir şah 1747-ci ildə qardaşının oğlu Əliqulu xan tərəfindən təşkil ediən sui-qəsd nəticəsində öldürüldü.[4] Onun yerinə isə, qardaşı İbrahim xan Əfşarın oğlu Əliqulu xan Əfşar taxta çıxdı və Adil şah adını qəbul etdi.[5]

  1. 1 2 Axworthy, 2018
  2. Süleymanov, 2001. səh. 508
  3. Süleymanov, 2001. səh. 509
  4. 1 2 Süleymanov, 2001. səh. 510
  5. Elton L. Daniel. The History of Iran. Greenwood Press. 2000. səh. 94.
  • Mehman Süleymanov. Nadir şah (PDF). Pərvin Darabadi (elmi redaktor). 741.
  • Michael Axworthy. The Sword of Persia: Nader Shah, from tribal warrior to conquering tyrant. I. B. Tauris. 2009. 348. ISBN 978-1-84511-982-9.