Təlal Silo | |
---|---|
ərəb. طلال سلو | |
Şəxsi məlumatlar | |
Doğum tarixi | 1965 |
Doğum yeri |
|
Vətəndaşlığı | Suriya |
Milliyyəti | türkman |
Atası | Əli Silo[1] |
Anası | Rəvdat Namiq Bəy[1] |
Hərbi fəaliyyəti | |
Mənsubiyyəti |
|
Qoşun növü | Suriya Silahlı Qüvvələri (1985–2004) |
Xidmət illəri | 1985–2017 |
Rütbəsi | polkovnik |
Vəzifəsi |
|
Döyüşlər | Suriyada vətəndaş müharibəsi |
Təlal Əli Silo (ərəb. طلال علي سلو; 1965, Çobanbəy[d], Hələb mühafəzəsi) — Suriya Demokratik Qüvvələrinin (SDF) keçmiş müşaviri.[2] O, 2017-ci ilin noyabrında Türkiyəyə təslim olmuş[3][4] və ya fərarilik etmişdir.[5] Onun gedişi SDF-nin ən yüksək sıraları arasındakı ilk böyük fərarilik halı olmuşdur.[6]
Təlal Əli Silo 1965-ci ildə[7] Suriyanın Hələb mühafəzəsində yerləşən Çobanbəy kəndində anadan olmuşdur.[1] Əslən Suriya türkmanı olan Silo[8] 2014-cü ildən 2017-ci ilin noyabrına qədər Suriya Demokratik Qüvvələrinin müşaviri idi, ittifaqın böyük əməliyyatlarını və İŞİD silahlı qruplaşmalarına qarşı döyüşləri əhatə edirdi.
Silo 2017-ci ildən sonra AKP tərəfdarı olan "Daily Sabah" qəzetinə müsahibə verir. O, SDF-nin Raqqa şəhərini İŞİD-dən ələ keçirməsi zamanı minlərlə İŞİD döyüşçüsünün – əvvəlcədən bildirildiyindən daha çoxunun ABŞ tərəfindən təsdiqlənmiş gizli bir müqavilə ilə şəhəri tərk etdiyini iddia edir. Buna baxmayaraq, ABŞ səlahiyyətliləri Silonun şərhlərini "yalan və uydurma" adlandırırlar.[9] Müqavilənin SDF və koalisiya qüvvələri tərəfindən strateji bir hərəkət olduğu iddia edilir.[10]
ABŞ-nin dəstəklədiyi Suriya Demokratik Qüvvələri (SDF) və Suriya Milli Ordusu (SNA) Silonun gedişinin səbəblərinin fərqli surətlərini təqdim ediblər.[6]