Aerob oksidləşdirici prosesdir ki, bu zaman substrat sona qədər zəif enerjili qeyri-üzvi maddələrə parçalanır, proses müvafiq olaraq yüksək enerji çıxımı ilə gedir. Bunun üçün oksigen lazımdır. Bu prosesə ATP-nin generasiyası kimi baxmaq olar ki, burada elektronların yekun akseptoru rolunu qeyri-üzvi birləşmələr (məs., O2) yerinə yetirir. Elektronun donoru rolunu həm üzvi, həm də qeyri-üzvi birləşmələr yerinə yetirə bilər.
Tənəffüs aşağıdakı mənalarda istifadə edilirː
Tənəffüs üç mərhələdən ibarətdir:
1. Asetil CoA-nin piruvatdan, yağ turşularından və aminturşulardan oksidləşməklə əmələ gəlməsi;
2. Trikarbon tsiklində asetil qruplarının CO2-nin və hidrogen atomlarının azad olması ilə parçalanması;
3. Tənəffüs zəncirilə elektronların sonuncu elektron akseptoruna-oksigenə diğru daşınması (hidrogenin atomlarına müvafiq olaraq). Bu proses sərbəst enerjinin olduqca azalması ilə müşayət olunur ki, bunun çox hissəsi ADP-nin oksidləşmə ilə əlaqədar olan fosforilləşməsi nəticəsində əmələ gələn ATP şəklində ehtiyat kimi yığılır.
4. Qlükozanın tam oksidləşməsizamanı, yəni onun CO2 və H2O-ya qədər oksidləşməsi zamanı, qlükozanın laktaka anaerob çevrilməsində ayrılan enerjiyə nisbətən daha çox enerji ayrılır. Müqayisə edək:
Qlükoza ---- 2 laktak + 2H+ ∆G0 = -47.0 kkal
Qlükoza + 6O2---- 6CO2+ 2H2O ∆G0 = -686.0 kkal
Bu onunla izah olunur ki, qlikolizin məhsulu olan süd turşusu qlükoza kimi mürəkkəb birləşmədir və onun karbon atomları həmin oksidləşmə dərəcəsinə malikdirlər (karbonun və hidrogenin atomları saylarının nisbətləri qlükozada olduğu qədərdir), lakin tənəffüs məhsulu olan CO2 nisbətən sadə birləşmədir ki, onun yeganə karbon atomu tam oksidləşmişdir.
Tənəffüs prosesi zamanı 1 molekul qlükozanın parçalanmasından 36 molekul ATP yaranır.
C6H12O6 + 36ADP+ 36P1 +36H+ + 6O2--- 6CO2 +36ATP + 42H2O
Tənəffüs iki natamam prosesin cəmindən əmələ gəlir:
1. Substratın hidrogeni almaqla tədricən parçalanması, ayrılmış hidrogen kofermentlə bağlanır [H2] və
2. Onun oksigenə daşınması nəticəsində tədricən oksidləşməsi
Karbohidratlar üçün:
Substratın parçalanması: C6H12O6 + 6H2O--- 6CO2 + 12 [H]
Hidrogenin oksidləşməsi: 12 [H2] + 6O2---- 12 H2O
C6H12O6 + 6H2O + 6O2--- 6CO2 +12H2O G0 = -2875 kC/mol
Tənəffüs sözü bir çox mənada istifadə olunur. Lazımi mənanı dəqiqləşdirmək üçün bu səhifədəki siyahıdan istifadə edin. |