T-84 | |
---|---|
| |
Tipi | Əsas döyüş tankı |
Ölkə | |
İstismar tarixçəsi | |
İstismar illəri | 1999-davam edir |
İstismara başlanması | 1999 |
İstismar edənlər | Ukrayna, Tailand, Gürcüstan |
İstifadə edilən döyüşlər | Donbass müharibəsi |
İstehsal tarixçəsi | |
Konstruktor | KMDB |
Konstruksiya tarixi | 1993-1994 |
İstehsalçı | Malişev zavodu |
İstehsal illəri | 1994-davam edir |
Variantları | T-84U, T-84 Oplot, T-84 Oplot-M, T-84-120 Yatagan |
Xüsusiyyətləri | |
Ağırlığı | 46 ton |
Zireh | polad, ERA |
Sürət | 65 km/s |
Güc nisbəti | 26 AG/ton |
Əsas silah | 125 mm yivsiz KBA-3 topu |
Köməkçi silah |
7.62 mm PKT pulemyotu 12.7 mm NSV pulemyotu (hava hədəfləri üçün) |
Uzunluğu | 7.086 m |
Eni | 3.775 m |
Hündürlüyü | 2.215 m |
Ekipaj | 3 |
Vikianbarda əlaqəli mediafayllar |
T-84 — Ukrayna istehsalı olan əsas döyüş tankı. Sovet istehsalı T-80 tankının daha inkişaf etdirilmiş variantdır. Tank ilk dəfə 1994-cü ildə hazırlanıb və 1999-cu ildən Ukrayna Silahlı Qüvvələrində silahlanmaya qəbul olunub. Yüksək performanslı mühərriki onu dünyanın ən sürətli tanklarından biri edir. Güc-çəki nisbəti hər tona 26 at gücü düşür (19 kW/t). Ən qabaqcıl versiyası olan Oplot tankından 2001-ci ildə Ukrayna ordusuna 10 ədəd qəbul olunub. T-84-120 Yatagan isə tankın ixrac versiyasının prototipidir. Bu versiyanın üzərində quraşdırılmış 120 mm-lik top standart NATO sursatı ilə yanaşı həm də, idarəolunan mərmilərdən atəş açmaq qabiliyyətinə malikdir.
Ukrayna istehsalı tank "T-84" Oplot tankı 46 ton ağırlığındadır və saatda 65 km sürətlə hərəkət edir. Sovet İttifaqının dağılmasından sonra Ukrayna T-80 tankını modernləşdirmək qərarına gəldi. Oplot-M bu yenilənmənin məhsuludur. Oplot-M-də yeni növ reaktiv zirehdən istifadə olunur. T-90-da olduğu kimi bu tankda da sursat əsas kabinədə yerləşir. Ukrayna tankı Qərb modelləri kimi sərrast deyil, amma düşmənin tanklarını effektiv vura bilər. Əksər cizgiləri T-90 tankına oxşardır.
Tankın ilk prototipi 1994-cü ildə hazırlanıb və elə həmin il daha bir neçə ədəd istehsal etmək qərara alınıb. 90-cı illərin sonunda sınaq proqramını uğurla keçməsindən sonra, bu tanklar 1999-cu ildə Ukrayna ordusuna qəbul olunub.
2011-ci ilin sentyabrında Xarkovda yerləşən Malişev zavodu ilin sonuna qədər bu tankların ilk partiyasının Tailanda təhvil veriləcəyini bildirdi. 200 milyon USD dəyərində olan müqaviləyə əsasən Ukrayna şirkəti Tailandı 49 ədəd T-84 “Oplot-M” tankı ilə təchiz etməli idi.