Anka-S | |
---|---|
Tipi | Pilotsuz uçuş aparatı |
İstehsalçı | TAI |
Baş konstruktor | Türk Aerokosmik Sənayesi |
İlk uçuş | 30 dekabr 2010 |
İstismara verilmə tarixi | Aprel 2013 |
Status | Aktiv xidmətdə[1] |
İstismarçılar |
Türkiyə Hərbi Hava Qüvvələri Türkiyə Daxili İşlər Nazirliyi |
İstehsal ili | 2010–davam edir |
Buraxılış sayı | 58[2] |
Hazırlanma dəyəri | 200 milyon ABŞ dolları[3] |
Vikianbarda əlaqəli mediafayllar |
TAI Anka Türkiyə Silahlı Qüvvələrinin tələblərinə uyğun olaraq TAI şirkəti tərəfindən istehsal olunan pilotsuz uçuş aparatıdır. PUA-nın baza variantı olan Anka-A orta yüksəklikdə (3 km-dən 9 km-dək) uçuş həyata keçirmək məqsədilə dizayn olunmuşdur.
Hazırlanmasına TAI tərəfindən 30 dekabr 2010-ildə başlanılıb və 2013-cü ildə istismara verilib. Layihənin hazırlanma dəyəri 200 milyon ABŞ dolları olub. Türkiyənin Hərbi Hava Qüvvələri, Hərbi Dəniz Qüvvələri və Daxili İşlər Nazirliyi tərəfindən aktiv istifadə edilir. Anka 2000-ci illərin əvvəllərində taktiki kəşfiyyat missiyaları üçün nəzərdə tutulsa da, sonradan sintetik diafraqmalı radar və döyüş sistemlərinə inteqrasiya olunmuşdur. Bu PUA-nın adı əfsanəvi Simurq quşundan götürülmüşdür. 2019-cu ilin sonunda TAI tərəfindən verilən açıqlamada, əsas parametrlərdə havada uçma müddətinin 24 saat olaraq qeyd edilməsinə baxmayaraq, PUA-nın 26 saat 30 dəqiqə uçaraq yeni rekord qırdığı bildirildi.[4]
Əməliyyatlar başlayan zaman ANKA layihəsinin ilk konfiqurasiyası olan ANKA-A prototipləri Türkiyə Aerokosmik Sənayesinin öz resursları ilə Elazığda yerləşdirildi.[5]
ANKA-A-da qazanılan təcrübə fonunda sintetik radarları kimi yeni missiya avadanlıqlarını daşıyacaq və daha yüksək performansa sahib olacaq ANKA-S-nin ilk uçuşu 30 yanvar 2015-ci ildə həyata keçirilib. Elə həmin il ANKA-S sisteminin detallı dizayn mərhələsi başa çatıb və ilk uçuş 2016-cı ilin sentyabr ayında reallaşıb. ANKA-S-in ilk uçuşundan bir ay sonra ANKA-S-nin qəbul prosesi başa çatdı.
ANKA-S 2017-ci ilin mart ayında Jandarma Ümumi Komandanlığının inventarına daxil olub. İyul ayında ANKA-S "Türksat 4B" peyki üzərindən nəzarəti əldə edən Türkiyədənin ilk pilotsuz uçuş aparatı oldu.
ANKA-S layihəsinin ilk tədarükü 1 fevral 2018-ci ildə tamamlanıb. Bu müddətdə Türkiyə Aerokosmik Sənayesi PUA-ları təkcə qabiliyyət baxımından inkişaf etdirməyib, həm sənaye ekosistemini gücləndirb, həm də tapşırıq kompüteri, mühərrik, İFF sistemi, məlumat qeydetmə sistemi və məlumat bağlantısı sistemi kimi bir çox fərqli alt sistemləri də zamanla yerliləşdirib.[4]
2020-ci ilin iyul ayında yerli resurslar hesabına inkişaf etdirilən portativ peyk rabitə sistemləri "Anka-S" PUA-sına inteqrasiya edilib. "CTech Mobil" adlandırılan sistem hər cür şəraitdə, gündüz və gecə, sabit və dönən qanadlı təyyarələrdə, eləcə də PUA kimi yüksək sürətli platformalarda istifadə edilə bilir. Saniyədə 20 meqabayt qədər məlumat ötürməyə imkan verən sistemin ümumi çəkisi 24 kiloqramdır.[6]
Anka daim təkmilləşdirilir və müasirləşdirilir. 2018-ci ildə Anka PUA-na ASELSAN tərəfindən təkmilləşdirilən "Cats HD" gecə/gündüz kamerası inteqrasiya edilib.[7]
There never was an agreement between Turkey and Egypt for the sale of the Turkish drone ANKA