TVS tez-tez verilən sualların siyahısı (FAQ) və müəyyən bir mövzuya dair cavablar (suallar və cavablar [Q & A] və ya tez-tez verilən suallar) kimi tanınır. Format tez-tez ümumi sualları təkrar edir, məsələn, ümumi məlumat boşluqlarına aid yeni istifadəçilər tərəfindən göndərilən mesajlar və sorğular vasitəsilə yazılır, veb saytlar, elektron poçt siyahıları və onlayn forumlarda istifadə olunur.[1]
TVS məqsədi, tez-tez verilən suallar və ya problemlər barədə məlumat verməkdir. Baxmayaraq ki, bəzən, təqdim olunan sual tez-tez verilən suallardan olmur, lakin format məlumatların təşkili üçün faydalı bir vasitədir və buna görə suallardan ibarət olan mətn tez-tez soruşulan suallar adlandırılır.[2]
Adın yeni olmasına baxmayaraq, TVS formatı özü olduqca köhnədir. Misal üçün, Metyu Hopkins (ing. Matthew Hopkins) 1647-ci ildə "Cadugərlərin kəşfi" adlı əsərini sual-cavab siyahısı olaraq yazmışdı və bunu "Müəyyən Sualların cavablandırılması" kimi təqdim etmişdi.
XIII əsrin ikinci yarısında Akvinalı Foma tərəfindən yazılmış "Summa Theologica" xristianlıq haqqında bir sıra sualların cavablarını əks etdirir. Platonun dialoqları hətta daha qədimdir.
"TVS" 1980-ci illərin əvvəllərində NASA-nın erkən poçt siyahıları texniki məhdudiyyətlərindən irəli gələn İnternet mətninin ənənəsidir. ARPANET-in SPACE poçt siyahısında, arxivlənmiş keçmiş mesajların yeni istifadəçilər tərəfindən FTP (Faylların ötürülmə protokolları) vasitəsilə yükləyəcəyi ehtimal olundu. Praktikada bu nadir hallarda baş vermişdi və istifadəçilər arxivlərini axtarmaq yerinə poçt siyahısına sorğu göndərdilər. "Düzgün" cavablar təkrarlanmışdı və bu inkişaf etməkdə olan şəbəkə etiketinə qarşı idi. NASA-nın TVS-si Yevgeni Miya tərəfindən 1982 və 1985-ci illər arasında SPACE poçt siyahısı üçün hazırlanmışdır. Daha sonra format digər poçt siyahılarında və Usenet xəbər qruplarında tətbiq edildi. Göndərmə tezliyi aylıq, həftəlik və nəhayət gündəlik poçt siyahıları və xəbər qrupları olaraq dəyişdi. İlk həftəlik TVS yazan Usenet net.graphics / comp.graphics xəbər qrupunda Cef Poskanzer oldu. Yevgeni Miya ilk gündəlik suallarla təcrübələrini sınadı.
Bəzi hallarda, ənənəvi Suallar tərzində olmayan informativ sənədlər, xüsusilə də videooyun, məsləhətlər, sirlər və təlimat daxil olmaqla ətraflı təsviri olan TVS kimi təsvir edilir.[3]