Tabldot (fr. table d’hôte — hərfi tərcüməsi "ev sahibi masası") — pansion, kurort otelləri, restoranlar və digər iaşə müəssisələrində bir kompleks qiymətə məxsus menyu tipi. Bu menyuya qəlyanaltıdan desertə (müxtəlif formalarda) qədər hər şey daxildir. Bu seçimi şirkətin texnoloji imkanlarına uyğun olaraq azaltmağa və hazırlanmış yeməklərin keyfiyyətinə nəzarət etməyə, həmçinin ziyarətçilərə xidmətin sürətini artırmağa imkan yaradır.
Bu tip menyulara biznes-lanç (bu halda yeməklər əsasən bir çox şirkət və təşkilatların nahar fasiləsi ilə üst-üstə düşən müəyyən bir vaxtda verilir) da aid edilə bilər.
Yazıçı və jurnalist Lui Denuaye, Paris adət-ənənələri haqqında yazdığı oçerklərində izah edir: "Parisdə tabldot dedikdə müəyyən saatda ümumi masa arxasında kifayət qədər uyğun qiymətə şorba istənilən yer nəzərdə tutulur…"[1].
Tabldotlar özlərində təkcə restoranlardan daha sərfəli yeri yox, həmçinin ziyarətçilərin daha arxaik xidmət formasını birləşdirir: ümumi masa arxasında oturan seçim haqqına malik olmurdu və hamının yediyi xörəyi yeməyə məcbur olurdu. Bundan əlavə, tabldot arxasında ən yaxşı yeməklər əsas yeməklərin qoyulduğu masanın mərkəzinə yaxın oturan daimi müştərilərə qismət olurdu. Belə olduqda masanın kənarında oturan sadə insan, xüsusilə o yavaş yeyirdisə, masanın arxasından ac durmaq riski ilə üz-üzə qalırdı. Yazıçı L. S. Mersye özünün çoxcildli "Paris rəsmləri" (1781) toplusunda iaşə obyektlərinin bu cür çatışmazlıqların haqqında yazır: "Xaricilər bunlara dözə bilmirlər, amma onların başqa yerdə yemək seçimi yoxdur. Onlar 12 yad insanla bir masa arxasında oturub yeməyə məcbur olurlar və bəzən nəzakətli və utancaq insan pulunu ödədiyi naharı belə sona qədər yeyə bilmir".[mənbə göstərin]
Parislilərin və xaricilərə müxtəlif qiymətlo və keyfiyyətli tabldotlar təqdim edilirdi. Böyük otellər, bu cür yerlərin ən lüks və bahalıları hesab edilirdi[1].