Bu məqaləni vikiləşdirmək lazımdır. |
Taha Akyol | |
---|---|
Doğum tarixi | |
Doğum yeri | Yozğad, Türkiyə |
Təhsili | |
Fəaliyyəti | jurnalist, yazıçı |
Taha Ağyol — 1946-cı ildə Yozğadda anadan olub. Atası Mustafa, anası Fatma Ağyoldur. Yozğadda orta təhsil alandan sonra İstanbul Universitetinin Hüquq fakültəsinə daxil olub və bu fakültəni bitirib. İlk məqalələri 1977-ci ildə "Hər gün" qəzetində çap olunub. 1980-ci il iyul çevrilişinə qədər Milliyətçi Hərəkat Partiyasınin (MHP) rəhbərliyində olub. Çevrilişdən sonra həbs olunub və uzun müddət Mamak Həbsxanada yatıb. Əsgəri məhkəmədə mühakimə olunub, bəraət alıb. "Yanki" jurnalında, "Tərcüma" və "Meydan" qəzetlərində işləyib. Keçən əsrin 80-ci illərinin ortalarından etibarən Türk milliyyətçisi xəttindən uzaqlaşaraq mühafizəkar-liberalizmə meyllənib, bu sahədə böyük bir boşluğu doldurub. Siyasi və iqtisadi olaraq özü tam bir klassik liberal ikən, mədəniyyət və xarici siyasət sahəsində sağ-qanad yanaşmasnı mənimsəməkdədir. Kənar yandan sol düşüncə ədəbiyyatına da müəyyən bir vukufiyeti vardır və zaman zaman iqtisadi mövzularda sol fikirlərdən faydalanar. Hələ də CNN Türk proqram prodüseri və Hürriyet qəzeti yazarıdır. Evlidir, iki övladı var. Oğlu Mustafa Akyol da liberal-demokrat xəttini tutan gənc türk ziyalısıdır. Amerikan neo-con quruluşların hərarətlə dəstəklədiyi Ağıllı Dizayn (intelligent design) adlı layihənin Türkiyədəki nümayəndəsidir. Ayrıca ABŞ-dakı müxtəlif qəzet və elmi jurnallarda, Türk mətbuatında İslam dünyası, Türkiyə, tarix, din, elm və ictimai əxlaq kimi mövzularda yazmaqdadır.