Bu məqalədəki məlumatların yoxlanıla bilməsi üçün əlavə mənbələrə ehtiyac var. |
Tahir Əliyev | |
---|---|
24 fevral 1992 – 17 mart 1992 | |
Əvvəlki | Şahin Musayev |
Sonrakı | Rəhim Qazıyev |
17 mart 1992 – 25 aprel 1992 | |
Əvvəlki | Tofiq Kərimov |
Sonrakı | İsgəndər Həmidov |
30 iyul 1993 – 10 yanvar 1995 | |
Əvvəlki | İbrahim Vəliyev |
Sonrakı | Kəmaləddin Heydərov |
Şəxsi məlumatlar | |
Doğum tarixi | 1954 |
Doğum yeri | |
Təhsili | SSRİ Daxili İşlər Nazirliyinin Milis Akademiyası |
Hərbi xidmət | |
Mənsubiyyəti | Azərbaycan Ordusu |
Rütbəsi |
General-mayor |
Tahir Yunus oğlu Əliyev (1954, Cılfır, Qubadlı rayonu) — polis generalı, Azərbaycan Respublikasının müdafiə naziri (24 fevral 1992 – 17 mart 1992), Azərbaycan Respublikası Daxili İşlər Naziri (17 mart 1992 – 25 aprel 1992), Dövlət Gömrük Komitəsinin sədri (30 iyul 1993 – 10 yanvar 1995). Vəzifədə olduğu dövrdə Azərbaycan Xalq Cəbhəsi hərəkatını dəstəkləmişdir.[1]
Tahir Əliyev əslən Qubadlı rayonunun Cılfır kəndindəndir. Uşaqlığı Yevlax şəhərində keçib. Orta məktəbi Gorusun Şurnuxu kəndində bitirib. 1971–1972-ci illərdə Mingəçevir şəhərində politexnik texnikumda təhsil alıb. 1975-ci il Kemerova DİO-də işə düzəlib. Sonralar orta milis məktəbi, Omsk şəhər Ali Milis Məktəbi və SSRİ Daxili İşlər Nazirliyinin Milis Akademiyasında təhsil alıb. 1988-ci ildə DQMV Daxili İşlər İdarəsi rəisinin müavini, elə həmin ilin payızında isə Sumqayıt Şəhər Daxili İşlər İdarəsini rəis müavini təyin edilib. 1991-ci ildə Azərbaycan Ali Sovetinə xalq deputatı seçilib. 26 noyabr 1991-ci ildə təşkil edilən Azərbaycan Respublikası Ali Soveti Milli Şurasının tərkibinə daxil edilmişdir[2]. 1992-ci il 24 fevralda Azərbaycanın müdafiə naziri, 21 gün sonra[3], yəni 1992-ci il martın 17-də isə daxili işlər naziri təyin olunub.[4] İki aydan sonra 38 yaşlı general sərəncama göndərilib.[5] 1993-cü ilin ikinci yarısından 1995-ci ilin yanvarına kimi Azərbaycan Respublikası Gömrük Komitəsinin sədri vəzifəsində işləyib.[6][7] Hazırda ehtiyatda olan generaldır.