Tahtakale hamamı

Tahtakale hamamı
Xəritə
Ümumi məlumatlar
Növü Hamam
Memarlıq üslubu Osmanlı memarlığı
Yerləşmə İstanbul, Türkiyə
Koordinatlar 41°01′03″ şm. e. 28°58′04″ ş. u.HGYO
Tikintisinin başlaması 1454
Tamamlanıb 1471
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

Tahtakale hamamıTürkiyənin İstanbul şəhərində yerləşən tarixi Osmanlı hamamı. Hamam Qapalı Çarşı ilə Eminönü arasında, Tahtakale məhəlləsindəki Rüstem Paşa külliyəsinin yanında yerləşir. II Mehmedin dövründə tikilən Tahtakale hamamı şəhərin ən qədim hamamlarından biridir. Tikili 20-ci əsrdə anbar olaraq istifadə edildikdən sonra, 1988-ci ildən etibarən xeyli bərpa edilmişdir və hal-hazırda yerli ticarət mərkəzi olaraq xidmət edir.

Hamam Fatih məscidinin 1470–1471-ci illərə aid vəqf sənədində qeyd olunur. Sənədlərdə hamamın görə 1454–1471-ci illər arasında tikildiyi göstərilir.[1] Türk alim Doğan Kuban hamamın II Mehmedin fəthdən dərhal sonra bu bölgənin yaxınlığında inşa etdiyi Eski Sarayla eyni vaxtda inşa edildiyini, bu səbəbdən hamamın 1454-cü ildən sonraya aid olduğunu və şəhərdə sağ qalan ən qədim hamam olduğunu iddia edir.[1] Şəhərdə II Mehmedin dövründən qalan digər hamamlar 1466-cı ildə tikilmiş Mahmutpaşa hamamı (Mahmud Paşa məscidi kompleksinin bir hissəsi)[1][2] və 1475-ci illərdə tikilmiş Gedik Əhməd Paşa hamamıdır.[3]

Tikili 1900-cü illərin əvvəllərinə qədər hamam kimi xidmət etməyə davam etmişdir.[4] Tikili günümüzə qədər gəlib çatsa da, 1894-cü il zəlzələsi və 1911-ci ildə bölgədə baş vermiş böyük yanğın nəticəsində zərər görmüş ola bilər.[5] Tikili daha sonralar tarixi quruluşunun xarab olmasına səbəb olan soyuq anbar və pendir anbarı olaraq istifadə edilmişdir.[4][6] Binanın daxili hissəsinin böyük bir hissəsi dağıdılmış və beton döşəmələrdən ibarət müasir quruluşla əvəz edilmişdir. Köhnə kişi hamamının yalnız bir hissəsi, qadın hamamının isə yanlız soyuq otağı günümüzə qədər gəlib çıxmışdır.[1][4]

1988-ci ildə (və ya 1989-cu ildə[6]) 1992-ci ilə qədər davam edən böyük bir bərpa layihəsi başladı.[4] Müasir beton konstruksiyalar söküldü və hamamların orijinal döşəmə planı yenidən quruldu.[4] Gələcəkdə tikilnin iqtisadi səmərəliliyini qorumaq üçün binanın ticarət mərkəzinə çevrilməsinə qərar verildi.[6] Binanın orijinal görünüşünün çox hissəsi əhəmiyyətli spekulyasiyalar olmadan yenidən qurula bilmədiyi üçün binanın fərqli hissələri üçün fərqli bərpa üsulları və prinsiplərindən istifadə edilməsinə qərar verildi.[4]

Tikili bu gün də qapalı çarşıdan şimala uzanan daha böyük bir ticarət bölgəsi içərisində (Tahtakale hamamı çarşısı olaraq bilinir) yerli ticarət mərkəzi olaraq xidmət edir.[3]

Bu gün binanın əsas girişində yer alan, əvvəllər kişilərin soyunma otağı ollmuş böyük günbəzli otaq. Qalereyalar və fəvvarə müasir bərpa işlərinə aid olsa da, tikilinin orijinal planını əks etdirir.

Tikili böyük ikiqat hamam idi: kişilər və qadınlar üçün hər birinin öz soyunma otağı və buxar otaqları olan iki bölməsi mövcud idi.[3][4][1] Qadınlar hamamı cənub tərəfdə yerləşirdi və kişilərinkinə nisbətən bir qədər kiçik və dar idi.[1] Bu hissənin əsas küçədə (şərqdə) kişilər hamamının girişi ilə yanaşı öz girişi mövcud olsa da, bu hissə günümüzə gəlib çatmamışdır. Kişi bölməsinin girişi bu gün binanın əsas girişi kimi xidmət edir və bəzi müqarna bəzəkləri olan bərpa edilmiş portala malikdir.[4][1] Tikilinin cənub tərəfindəki əlavə kiçik giriş hamamın müasir ticarət mərkəzinə çevrilməsi zamanı əlavə edilmişdir.[4] İsti otaqlar çoxlu qübbəli sahələri olan kifayət qədər mürəkkəb planlara malikdir.

Kişi bölməsinin kvadrat planlı soyunma otağının (indiki binanın əsas girişi) üstündə diametri təxminən 17 metr olan günbəz var və bu, binanın ən böyük günbəzidir.[1][3] Orijinal tikili ehtimal ki, daha çox dekorasiya ehtiva edirdi. Lakin bunların çoxu sağ qalmamışdır və 1988-ci ildə bərpası zamanı yenidən bərpa edilə bilməzdi.[4]

  1. 1 2 3 4 5 6 7 8 Kuban, Doğan. Ottoman Architecture. Antique Collectors' Club. 2010. 190, 227–228.
  2. Goodwin, Godfrey. A History of Ottoman Architecture. New York: Thames & Hudson. 1971. 113. ISBN 0500274290.
  3. 1 2 3 4 Sumner-Boyd, Hilary; Freely, John. Strolling Through Istanbul: The Classic Guide to the City (Revised). Tauris Parke Paperbacks. 2010.
  4. 1 2 3 4 5 6 7 8 9 10 Büyükdigan, Ilter. "A critical look at the new functions of Ottoman baths". Building and Environment. 38 (4). 2003: 617–633. doi:10.1016/S0360-1323(02)00184-1.
  5. "Historic Hamams (Turkish Baths) in Istanbul | Frommer's". www.frommers.com. 2017-09-19 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2020-10-12.
  6. 1 2 3 "Tahtakale Baths Conversion". Archnet. 2020-10-13 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2020-10-12.